Tomas Müller gələn yay futbol ilə vidalaşır...
![Image](/uploads/posts/2024-04/197300_7ps8x1n2o0.webp)
"Bavariya"nın hücumçusu Tomas Müller peşəkar futbolçu karyerasını başa vurmağa yaxındır. Bu barədə "Kicker" məlumat yayıb. 34 yaşlı futbolçu Münhen təmsilçisi ilə müqaviləsi başa çatan kimi - 2025-ci ilin yayında karyerasını başa vuracaq.
"Bavariya" Müllerə uyğun mövqe təklif edərək onu klubda saxlamaq istəyir. Lakin almaniyalı oyunçu qərarını dəyişmək niyyətində deyil.
Mətləb Salahov