"Burada yerin altından çıxan alov artıq 4 min il ərzində sönmür" - “Senest” portalı Yanardağdan yazdı
Danimarkanın “Senest” informasiya portalında Abşeron yarımadasının ən ecazkar məkanlarından olan Yanardağa həsr olunmuş məqalə dərc edilib.
Yazıda bu məkanın unikallığı qeyd olunub. Oxucuların diqqətinə çatdırılıb ki, hava şəraitinə baxmayaraq, burada yerin altından çıxan alov artıq 4 min il ərzində sönmür. Yazıda vurğulanır ki, Azərbaycanın zəngin təbii qaz ehtiyatları yerin səthinə sızaraq əbədi məşəl yaradıb və bu, uzun illər səyahətçiləri valeh edib, qədim dinin - zərdüştün tərəfdarlarını özünə cəlb edib.
Mətləb Salahov