ABŞ İranın da, İsrailin də "iynəsini vurdu"- 1 aprelin və 14 aprelin mənası budur....
"ABŞ son anda İsraili İrana sarsıdıcı əks -zərbələr etdirməkdən çəkindirdi. Təsadüf deyil.Çox böyük ehtimalla ABŞ aprelin 1- də İsrailin Dəməşqdə İran konsulluğuna raket zərbələri vurmasından da xəbərdar olub. İkili oyun gedir.ABŞ əvvəlcə İsraili İrana müəyyən zərbələr vurmağa həvəsləndirir, bununla İranı indiki kimi cavab zərbələrinə təhrik edir, son anda isə İsraili ağır əks- zərbələrdən çəkindirir.Aydın sxem üzrə proses gedir. Məncə bu, ABŞ və İranın arasında mənafe uzlaşmasının olduğuna daha bir sübutdur...."
Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alıb. A.Quliyev daha sonra yazır: "Təhlillər göstərir ki, Ukraynada Rusiya - NATO müharibəsinin davam etdiyi müddətdə Yaxın Şərqdə ABŞ və İran bir- birinə lazım olacaqlar. Daha doğrusu bir- birinə gərəkli kimi baxacaqlar. ABŞ bu iki regional derjavanın - İran və İsrailin barışmaz düşmənçilik şəraitində hələ bir müddət mövcud olaraq yaşamasında maraqlıdır. ABŞ onların nə barışmasını, nə də açıq müharibə meydanında üz- üzə gəlmələrini hələ istəmir. Çünki üz- üzə gəlib ikisi də məhv olacaq. ABŞ- a bu lazımdı? Xeyr.! Əksinə, regionda İranın İsrailə qarşı ,İsrailin isə İrana qarşı " zəncir gəmirən " düşmənlər kimi qalması ona sərf edir. Bu taktika ilə ikisini də- İranı və İsraili təhdid altında saxlayır.İslam inqilabına qədərki dövrdə İsrail ABŞ- ın əlində ərəb- müsəlman dünyasına qarşı çəkindirici alət idi. ABŞ bu yolla həm İsraili, həm də ərəb ölkələrini əldə saxlaya bilirdi .Lakin bu taktika sonadək uğurlu ola bilməzdi. Axı bu bəziyyətdə İsrail ABŞ- ın dəstəyi ilə hədsiz güclənərək hətta ABŞ-ın özü üçün də bəzi məqamlarda idarəolunmaz qüvvə halına gələ bilərdi. İsrailin belə qüvvəyə çevrilməməsi üçün onun qarşısında əks- balans yaradan qüvvə çıxarılmalı idi. İran belə bir qüvvə rolunda ABŞ- ın dadına yetdi...Hələlik Yaxın Şərqdə İran və İsrail bir- birini həm təhdid edir, həm də bir- birini neytrallaşdırır. ABŞ- a da tam bu lazımdır .
1 aprel və 14 aprel olaylarından sonra İran və İsrail bir- biri ilə bir müddət qismən təmkinli davranacaqlar . Çünki ABŞ ikisinin də "iynəsini vurdu"....
İsrail ABŞ-ın yaxın müttəfiqi, İran isə "mənafe ortağıdır".
Mətləb