"Qərbi Azərbaycana qayıdış" adlı məktəbli olimpiadası Ermənistanı qorxuya salıb...
Ermənistanın özünü elmi-analitik mərkəz kimi təqdim edən "Hehard" adlı fondu "Qərbi Azərbaycan" icmasının təşkilatçılığı ilə aprelin 27-də Azərbaycan məktəbliləri arasında keçirilməsi planlaşdırılan "Qərbi Azərbaycana qayıdış" olimpiadasına qarşı iftira və böhtanla dolu bəyanat yayıb.
Bəyanatda Fond böyük isterika içində məktəbli olimpiadasını Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının açıq forması kimi qiymətləndirib.
Məlumdur ki, bu olimpiada Azərbaycan Təhsil Nazirliyi, Naxçıvan Təhsil Nazirliyi, Təhsil institutu və "Qərbi Azərbaycan İcması" İB tərəfindən təşkil olunur və məqsəd Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını və ədəbiyyatını, habelə tanınmış ictimai-siyasi xadimlərini öyrətmək məqsədi ilə təşkil olunur.
Ermənistan narahatlıq içindədir... Ancaq iftira və böhtanlarından yenə də qalmır....
Namiq Quliyev