“Tarixi Ermənistan” ifadəsi qonşulara ərazi iddialarından başqa bir şey deyil" - Paşinyan
“Tarixi” Ermənistan və real Ermənistan bir-birinə təhlükə yaradır. Trend-in Ermənistan KİV-ə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.
“Hökumət və mən şəxsən belə qənaətə gəldik ki, "tarixi" Ermənistan və real Ermənistan nəinki bir-birinə uyğun gəlmir, hətta çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir, hətta bir-birinə təhdid yaradır", - Paşinyan bəyan edib.
Təbii ki, “tarixi Ermənistan” ifadəsi bu ölkənin bütün qonşularına ərazi iddialarından başqa bir şey deyil. Axı Ermənistanda hələ də “böyük Ermənistan” haqqında miflərlə yaşayan qüvvələr var. Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olmasının əsas səbəblərindən biri də məhz bu fikirdir. Amma problem qalır - Ermənistandakı siyasi və iqtisadi böhran fonunda miflər kütlələrə təqdim olunmaqda davam edir.
Bu miflərin dərin tarixi kökləri var, onlar Ermənistana paralel dünyanı tərk etməyə və regionda mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə imkan vermir.
Mif yaratmaq təkcə erməni cəmiyyətinə deyil, bütövlükdə Cənubi Qafqaz regionuna da ziyan vurub.