ABŞ konqresmenindən şok etiraf - Afrikalı hərbçilərə öz ölkələrində çevriliş edə bilmələri üçün təlim keçirik
ABŞ konqresmeni Matt Qaeç ABŞ-ın afrikalı hərbçilərə öz ölkələrində çevriliş edə bilmələri üçün təlim keçdiyini iddia edib. Pentaqondan bununla bağlı hərtərəfli izahat istədiyini ifadə edən konqresmen bildirib ki, Afrika hərbçilərini öz ölkələrində çevriliş edə bilmələri üçün yetişdiririk.
Qaeç ABŞ-ın keçmişdə Afrika ölkələrində çevrilişlər etdiyini də bəyan edib: "ABŞ təhlükəsizlik orqanları tərəfindən təlim keçmiş 15 hərbçi Qərbi Afrikada və daha geniş Sahel bölgəsində 12 müxtəlif çevrilişdə iştirak edib".
Qeyd edək ki, Afrikada artan Fransa əleyhinə əhval-ruhiyyənin ardınca Rusiyanın muzdlu qruplaşması “Vaqner”in dəstəklədiyi çevrilişlər baş verdi, Mali, Niger və Burkina Fasodakı çevrilişlər isə qitədə anti-Qərb əhval-ruhiyyəsini sürətləndirdi. ABŞ-ın qitədə hərbi çevrilişlər planlaşdırmaqla geosiyasi tarazlığı öz xeyrinə dəyişmək məqsədi daşıdığına dair planlar hazırladığı bildirilir.
ABŞ 1953-cü ildə Ajax əməliyyatından sonra müxtəlif ölkələrdə çoxsaylı uğurlu və uğursuz hərbi çevrilişlər təşkil etməkdə ittiham olunur.
Tahir TAĞIYEV