Bazar günü, 13 iyul 2025
     

Azərbaycançılıq ölkəmizin gələcək uğurlarının da təminatçısıdır...

Image

İdeologiya sosial-mənəvi hadisə kimi müasir ictimai elmlərdə getdikcə daha böyük maraq doğurur. Bu məsələnin aktuallaşması cəmiyyətin postsənaye dövründəki inkişafa keçidi kontekstində sözügedən konsepsiyanın mahiyyətinin və məzmununun yenidən nəzərdən keçirilməsi ilə bağlıdır.

Bu gün, kütləvi informasiya vasitələrinin təsir dairəsinin artması və qloballaşma dövründə ideoloji formalarda, metodlarda və üsullarda baş vermiş dəyişiklikləri əsaslı şəkildə izah etmək, bilmək olduqca vacibdir.

Ölkəmizdə azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna azərbaycançılıq ideologiyası müstəsna töhfələr verir 

Araşdırmalar göstərir ki, ideologiyanın xüsusiyyətləri aşağıdakı məqamlar üzrə qruplaşdırıla bilər: ideologiya insanın bu dünyada yeri və roluna diqqət yetirərək dünyanın vahid mənzərəsini verir; ideologiya əvvəlki nəsillərin işləyib hazırladığı bilikləri birləşdirir; ideologiya insan davranışını stimullaşdırır və istiqamətləndirir; - ideologiya ictimai həyatın təşkiledici formasıdır. ideologiyalar bəşər tarixində cəmiyyətin transformasiyasını, inkişafını və fəaliyyətini müəyyən edir.

Yuxarıda deyilənlərə əsaslanaraq, ideologiya fenomeninin əsas xüsusiyyətlərini müəyyən edə bilərik. Belə ki, ideologiya onun özəyini yaradan bir sıra prinsiplərə əsaslanır və formalaşan ideologiya maraq və arzularla funksional əlaqə ilə xarakterizə olunan bütöv bir sistemə çevrilir. Bundan başqa, ideologiya öz mahiyyətinə görə onda olan ideyaların inkişaf prosesini ifadə edir. Baxışlar sistemi kimi ideologiya, bir tərəfdən, nəzəri ideya və baxışları, sosial qrupların mənafeyini ifadə etməyə qadir olan müəyyən ideal modeli özündə cəmləşdirir, digər tərəfdən isə qrupların praktiki ehtiyacları əsasında qurulur. Beləliklə, ideologiya inkişaf edən ideya və baxışlar sistemi kimi nəzəri konstruksiya formasını ala bilər. Elə azərbaycançılıq ideologiyasına da məhz bu prizmadan yanaşmaq mümkündür. Bəllidir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva edir. Daha bir mühüm nüans ondan ibarətdir ki, azərbaycançılıq təkcə Azərbaycan ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək, dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. ən əsası isə azərbaycançılıq ideologiyası real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlıdır. Məhz bu fonda qeyd edə bilərik ki,  azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və ölkəmizdə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Dövlətin vahid ideologiyası vətəndaşın maraqlarını nəzərə almadıqda cəmiyyətlə dövlət arasında boşluq yaranır. Amma azərbaycançılıq ideologiyası bu məsələni həll edir. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycanda insanların düşüncələrində azərbaycançılıq ideologiyasının formalaşması, onların fəaliyyətlərində bu ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə də zəmin yaradır. Azərbaycan dövlətçiliyinin ideologiyası təkcə ölkə vətəndaşlarının siyasi və sosial məkanlar üçün baxışlar sistemi deyil, həm də siyasətin ən vacib subyekti kimi xalqın maraqlarını əsaslandırmaq və təmin etmək üçün nəzərdə tutulub. 

Dövlət siyasəti ideologiyasız həyata keçirilə bilməz 

Bir məsələni də qeyd edək ki, müasir elmin nəzəri-metodoloji tədqiqinin ən mühüm problemlərindən biri cəmiyyətin inkişafının sosial-siyasi istiqaməti kimi dövlət ideologiyası problemidir. Dövlət ideologiyasının problem sahəsi müxtəlif aspektləri əhatə edir, çünki fərqli siyasi sistemlərdə bu fenomen müxtəlif institusional modellərə malikdir. Amma azərbaycançılıq ideologiyası sayəsində ölkəmiz bu məsələni uğurla həll edə bilib. 

Bəzən fikirlər səslənir ki, plüralizm prinsiplərinə əsaslanan cəmiyyətdə dövlət ideologiyasının olması mümkün deyil. Sözügedən tezisə etiraz olaraq qeyd edək ki, bu heç də cəmiyyətin ideologiyasız inkişaf edib möhkəmlənə biləcəyi demək deyil. Onu da qeyd edək ki, dövlət ideologiyasının mövcudluğu mümkünlüyü ilə bağlı qəti mühakimələr onun həm də tarixi inkişaf boyu formalaşmış ümumi mədəni, ümumi sivilizasiya dəyərlərinə əsaslana biləcəyini nəzərə almır. Dövlət ideologiyası öz fəaliyyətində onlara arxalanan vətəndaşların əksəriyyətinin paylaşdığı ideyaları bir araya cəmləmək üçün nəzərdə tutulub.  Tarix sübut edir ki, dövlət siyasəti ideologiyasız həyata keçirilə bilməz. Məhz ideologiya qanunvericilik bazasında təsbit edilmiş milli ideyaları, maraqları, dəyərləri, o cümlədən ayrı-ayrı şəxslərin və  qrupların həyat fəaliyyətinin əsas istiqamətini əks etdirir. Dövlət ideologiyası bütün sahələrə: iqtisadiyyata, siyasətə, təhsilə, mədəniyyətə və sairə sirayət edir.  Mahiyyət etibarı ilə bu, dövlət quruculuğu proqramıdır ki, onun həyata keçirilməsi üçün qanunvericilik bazası, təşkilat və qurumlar lazımdır. İdeologiyanın həyatda uğurla reallaşmasının göstəricisi vətəndaşların əksəriyyətinin ehtiyac və maraqlarının ödənilməsidir. Əks halda ideologiya ictimai şüurda sındığı üçün sosial inqilablara qədər kütləvi etiraz hərəkatını istisna etmək olmaz. Azərbaycançılıq ideologiyası ölkəmizdə buna lüzum yeri qoymur. Çünki o,  hüquqi dövlət və demokratik rejimin formalaşmasında rol oynayan, azad xalqları birləşdirən, hüquq elmində kifayət qədər təhlil olunan konstitusionalizmin elementlərini özündə cəmləşdirir. Bu ideologiyanın əsas məqsədlərindən biri də məhz akimiyyətin şəffaf və effektiv hüquq çərçivəsində idarəçiliyini təmin etməkdir. Eyni zamanda azərbaycançılıq ideologiyası yeni mərhələdə də milli maraqlara əsaslanan strateji hədəflərin gerçəkləşdirilməsində mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra ölkəmizdə, eləcə də regionumuzda yeni reallıqlar yaranıb. Azərbaycanın qarşısında yeni imkanlar açılıb, ölkəmiz yeni hədəflərə doğru irəliləyir. Məhz bu hədəflərə uğurla nail olunmasının təməl daşlarından biri azərbaycançılıq ideologiyasıdır.

Ramil QULİEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borcun içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910