Bazar ertəsi günü, 7 iyul 2025
     

Əsgər İbrahim Əliyev - Buzovnadakı 125 saylı məktəbdə oxumuşdu, Şuşa istiqamətində şəhid oldu...

Image

"Qayğısız uşaqlıq" deyirik. Və ya uşaqlara "qayğısız" deyirik, çünki hamı sənin qayğını çəkir, çəkməlidir. Sən kimsənin qayğısına qalmırsan, ya qalmalı deyilsən. Beləmi olub İbrahimin uşaqlığı? Qayğısız dediyimiz uşaqlığını necə yaşayıb İbrahim? Qayğısızmı yaşayıb? Təbii ki, ata-ana qayğısı, sevgisi görüb. Məktəbdə müəllimlərin qayğısını hiss edib. Amma...

Amma bir uşaq kimi nə ürəyi istəyən oyuncağı, nə bahalı geyimi olub İbrahimin qardaşı İsgəndər kimi...

 İqlim Hərbi Sənaye zavodunda işləyən Nəcəfqulu Əliyev ailəni güclə dolandırdığından, arada qayıqla dənizdə balıq ovuna gedərmiş. Bu da İbrahimin uşaqlığına sevincli günlər gətirməyib. 2003-cü ildə atası dənizdə batıb və 72 gündən sonra meyiti tapılıb. 

Bu təkcə ata itkisi deyildi, həm də tənhalıq idi. Maddi çətinlik idi, böyük qayğılar idi. Anası Lalə Əliyeva 14 nömrəli Buzovna poliklinikasında xadimə işləyib oğlanları İbrahim və İsgəndəri böyütmək üçün. Qardaşlar 12-13 yaşlarından dərsdən sonra kiminin həyətində, kiminin bağında işləməli olublar, fəhləlik ediblər. Beləcə böyüyüb İbrahim.Yüksək təzyiqdən əziyyət çəkən anası Lalə xanım oğlunun şəhidliyindən 4 ay öncə infarktdan dünyasını dəyişib. Bəlkə də tale ona bu acını yaşatmaq istəməyib...

Amma maddi çətinliklərlə böyüyən kasıb oğlanın zəngin ürəyi vardı. Bu ürək vətən sevgisiylə dopdoluydu. Bu sevgi onun xəzinəsi idi.

- Həmişə işğalda olan torpaqlarımızdan danışardı. Elə hərbiyə getmək istəyirdi. 2019-cu ildə sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının  hazırlıq kursu"na vermişdi. MAXE olmaq istəyirdi. Həmin il qəbul etmədilər, gözləyirdi. "Birdən müharibə olsa, səni də aparacaqlar" dedim ona. "Elə onu istəyirəm. Birdən müharibə olar, məni aparmazlar, torpaqları mənsiz azad edərlər. Ürəyimə damıb ki, torpaqlarımızı azad edəcəyik, istəyirəm mənim də payım olsun." - cavabını verdi. Savaş başlayan kimi də getdi. İgid idi mənim qardaşım, qorxmaz idi" – bunları söyləyir qardaşı İsgəndər Əliyev.

Buzovnadakı 125 №-li məktəbdə oxuyub İbrahim. Doqquzillik təhsil alandan sonra ailənin maddi durumu çətin olduğundan işləməli olub. Kompyuterləri öyrənib, onların təmiri və formatı ilə məşğul olub.

2012-ci ildə həqiqi hərbi xidmətini Ağdamda N saylı hərbi hissədə motoatıcı bölüyündə keçib. Qumbara atan silahların  bütün sirrlərinə yiyələnib. Atıcı kimi birinci olub. Həqiqi hərbi xidmətini uğurla başa vurub. Əsgər yoldaşlarının, komandirlərin sevimlisi olub.Təmkini, intizamı, məsuliyyəti ilə seçilib.

 Döyüşlərdə də fərqlənib İbrahim. 

-İbrahim mənim ürəyimdi. Canımın bir parçasını itirmişəm elə bil. Bütün döyüş yoldaşlarımız üçün belə idi. Müharibədi, birdən özünü çarəsiz kimi hiss etdiyin anlar olur. Ona baxanda güclü hiss edirdi adam özünü. O qədər cəsur, inamlı idi - deyir döyüş yoldaşı Nurlan.

23 oktyabr, növbəti doğum gününü səngərdə keçirən İbrahimə " Eybi yox, İbrahim, qələbədən sonra sənə gözəl bir doğum günü keçirərik" deyən döyüş yoldaşlarına "Torpaqlar azad olunur. Hansınıza belə hədiyyə olub doğum günündə? Necə xoşbəxtəm, necə rahatam ki, 27 illik ömrüm hədər olmadı. Nə yaxşı ki, bu savaş mənim ömrümə yazıldı.  100 il yaşasan da, torpaqların əsirdisə, boşuna yaşayırsan əslində. Müharibədə bunu daha yaxşı anladım"- deyib igid əsgərimiz. 

Deyirlər, insanın alın yazısı var, onu yaşayır. Belədirmi həqiqətən? İnsan özü heç nə yazmırmı taleyinə? 

Məncə insanın dünyaya gəlişidi onun alın yazısı, ömür kitabınısa özü yazır gördüyü işlərlə, məqsədi, arzuları, düşüncəsilə. 

İbrahim də özü yazmışdı: Hərbiçi olmaq istəyirdi. Müharibədə torpaqlar uğrunda savaşmaq, şəhid olmaq...Özünə belə bir tale yazmışdı...

Bax, doğum günümə qədər azad olunan torpaqlar həyatımın ən özəl, ən müqəddəs hədiyyəsi olacaq-deyirmiş tez-tez. Elə də oldu. 

1993-cü il 23 oktyabrda Buzovnada dünyaya göz açmışdı İbrahim Nəcəfqulu oğlu Əliyev. 

İkinci Qarabağ savaşı başlayan kimi könüllü olaraq cəbhəyə getdi. İlk gündən Suqovuşan və Talış kəndi uğrunda gedən ən ağır döyüşlərdə iştirak etdi 708 nömrəli hərbi hissədə. Sonra Zəngilan, Cəbrayıl, Füzulinin azadlığı uğruna savaşdı.  2020-ci il 26 oktyabrda Şuşa istiqamətində gedən çətin döyüşlərdə  döyüş yoldaşı İsayev Ceyhun Rüstəm oğlu ilə birlikdə  şəhid oldu.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İbrahim Əliyev döyüşlərə qumbaraatan kimi qatılıb. Düşmənin neçə-neçə hərbi texnikasını, canlı qüvvəsini məhv edib.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

"Şuşayacan getmək idi ən böyük arzusu. Şuşa istiqamətində gedən döyüşlərdə şəhid oldu. Şuşaya gedə bilmədi. Çox istərdim ki "Şuşanın azad olunmasına görə" medalına da layiq görülsün həmin döyüşlərdə şəhid olanlar kimi. Müdafiə Nazirliyinə də müraciət etmişəm. Baxacaqlar. Elə bilirəm, qardaşım arzusuna çatacaq" - deyir İsgəndər Əliyev.

Əliyevlər ailəsinin yeganə üzvü indi İsgəndərdir. Təəssüf ki, qardaşa "Şəhid ailəsi" statusu verilmir...Ailənin yeganə üzvü İsgəndər maddi və mənəvi çətinlikləri ilə təkbətək qalsa da, qardaşının adına layiq olmağa, xatirəsini əziz tutmağa, yaşatmağa çalışır.

"Ən çətin döyüşlərdə də öndə olurdu. "Qorxmayın, 23 oktyabra qədər mənə heç nə olmayacaq. Biz qalibik. Torpaqların azadlığı uğrunda qalib kimi doğum günü keçirməyi xəyal edə bilərdim. Sonra şəhid olsam da, elə bilin ki, yenidən doğuldum" - deyirdi. Şəhid olanda inana bilmədik...İgid kimi öldü. Ölmədi əslində bizim üçün"- söyləyir döyüş dostları.

Döyüş dostların haqlıdı: ölmədin, İbrahim. Özünün dediyin kimi yenidən doğuldun. Bir ailədə dünyaya gəlmişdin. Bütün xalqın oğlu oldun.

Və qəfil düşündüm ki, doğum-ölüm tarixini qeyd edirik başdaşlarında. Şəhidlərin ölüm tarixi yoxdu axı...Onların şəhid olduğu tarixdən sonra sadəcə bir xətt qoymalıyıq. Sonsuzluğa gedən, sonu olmayan...

Kamalə Abiyeva
P.S. Əlaqədar təşkilatların İsgəndər Əliyevə dəstək olacağına ümid edirəm.




VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 23:45
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını nəzərdən keçirir - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910