Çərşənbə günü, 16 iyul 2025
     

Türk Dövlətləri Təşkilatı dünyada ən yeni güc mərkəzinə çevrildi...

Image

Avrasiyada, ümumiyyətlə isə qlobal miqyasda Türk Dövlətləri Təşkilatının (TDT) yeni güc mərkəzinə çevrilməsi artıq birmənalı həqiqətdir. Bu güc mərkəzinin formalaşdırılmasında isə Türkiyə ilə Azərbaycan müstəsna rola malikdir. 

Xatırladaq ki, prezident İlham Əliyev andiçmə mərasimində də bu məsələyə xüsusi diqqə edib: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır". Azərbaycan türk dünyasının birliyinə hər zaman töhfə verib və bundan sonra da bu birliyə sadiq qalacaq. Hazırkı geostrateji vəziyyət fonunda da türk dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olması üçün ən münasib şərait mövcuddur. Xəzər dənizi, Qara dəniz və Aralıq dənizini əhatə edən coğrafiyada güclü varlığı ilə geostrategiyanın müəyyənedici elementi olan türk dünyasının yeni qlobal nizamın müəyyən edilməsində mühüm rola sahib olacağı artıq bütün dünyada qəbul edilir. Bu arada daha bir məqam türk birliyinə digər ölkələrin də qəbul edilməsi ilə bağlıdır. Artıq Macarıstan bunun əyani nümunəsidir. Digər belə ölkə qismində isə Tacikstanın çıxış edəcəyi gözlənilir. Qeyd edək ki, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov Tacikistanın prezidenti Emoməli Rəhmonu bu ilin oktyabrında türkmən şairi və filosofu Məhtimqulu Fraqinin 300 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fəxri qonaq kimi dəvət edib. Həmin vaxt Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti də keçiriləcək. Məhz burada Orta Asiyada yeganə farsdilli dövlət olan Tacikistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu təklif olunması gözlənilir. Tacikistan artıq regionda infrastruktur layihələrində iştirak edir və tezliklə Xəzər sahillərinə, daha sonra Türkiyəyə çıxış əldə edəcək. Qurbanqulu Berdiməhəmmədov aprelin 5-də Düşənbəyə rəsmi səfər edib və burada prezident Emoməli Rəhmonla qarşıdakı tədbirləri müzakirə edib. Berdıməhəmmədov "Kasri Millat" iqamətgahında Rəhmonla görüşdə  bildirib: "Siz həmişə bizim ən fəxri qonağımız olmusunuz və olacaqsınız, biz sizi bu bayramda görməyi səbrsizliklə gözləyirik". İki ölkənin liderləri Tacikistanın Xəzər sahilinə, Türkiyəyə, Fars körfəzinə çıxışı olacaq nəqliyyat marşrutunun yaradılması üzrə əməkdaşlığın intensivləşdirilməsi imkanlarını müzakirə ediblər. Digər prioritet sahə enerji sektorudur: Türkmənistanın elektrik enerjisi və təbii qazının Özbəkistan ərazisindən keçməklə Tacikistana ixracı planlaşdırılır. Türkmənistan neft məhsullarının tədarük həcmi də, Emoməli Rəhmonun qeyd etdiyi kimi, Tacikistan tərəfinin ehtiyaclarından asılı olaraq artırılacaq.

Mərkəzi Asiya üzrə ekspert Serdar Aytakov son dövrlərdə Türkmənistanın yüksək səviyyəli rəsmilərinin misilsiz diplomatik fəaliyyətini qeyd edir. Onun fikrincə, bu, bir tərəfdən sürətlə dəyişən beynəlxalq vəziyyətdə yeni yer axtarışı, digər tərəfdən isə Türkmənistan rəhbərliyinin özünü "enerji resurslarının etibarlı təchizatçısı" kimi göstərmək istəyi ilə bağlıdır. Yada salaq ki, bu yaxınlarda Türkmənistanın xarici işlər naziri Rəşid Meredov bir sıra Avropa paytaxtlarına, eləcə də Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahına səfər edib. Türkmənistanın paytaxtı Aşqabadda ATƏT-in yüksək vəzifəli şəxsləri, Yaponiya, Cənubi Koreya, Avropa və ABŞ-dan müxtəlif xarici şirkətlərin rəhbərləri səfərdə olub.  Aytakov bu fonda qeyd edir: "Əlbəttə ki, bu fəaliyyətin əsas yolu Avropadır, ona görə də Türkmənistan hakimiyyəti nəhayət Aİ-nin tərəfdaşları arasında yer almaq üçün hər şeyi edir. Əhəmiyyətinə görə digər mühüm məqam türk yoludur - Türkmənistan üçün Avropaya gedən bütün marşrutlar Azərbaycan və Türkiyədən keçir. Bunu başa düşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın Türk Dövlətləri Təşkilatının daimi üzvü statusu alması ilə bağlı Türkmən rəhbərliyindən siyasi qərar istəyir. Bu gün ölkə təşkilatda müşahidəçi statusuna malikdir. Və belə görünür ki, Ərdoğan uğura yaxındır - Türkiyəyə səfəri zamanı Qurbanqulu Berdiməhəmmədov deyib ki, "bəlkə qoşulma Aşqabadda keçiriləcək sammitdə baş tutacaq. Onun Antalyaya səfəri zamanı Türkmənistan-Türkiyə qaz-nəqliyyat sektorunda əməkdaşlığa dair sənədlər imzalanıb, bu, türkmən qazının Türkiyədən keçməklə Avropaya tranzitini nəzərdə tutur. Üstəlik, Berdiməhəmmədov Tacikistan rəhbəri ilə görüşdə Emoməli Rəhmonu təşkilatın oktyabrda Aşqabadda keçiriləcək sammitində iştiraka dəvət edərək, Türk Dövlətləri Təşkilatı üçün bələdçi, apoloq və lobbiçi kimi əvvəllər qeyri-adi olan funksiyanı öz üzərinə götürüb. Tacikistan Mərkəzi Asiyada yeganə türk olmayan dövlətdir və Türk Dövlətləri Təşkilatının üzvlərinin son illər təşkilatın maraqları sferasına cəlb edilməsində göstərdiyi fəallıq da misilsizdir". Serdar Aytakov əmindir ki, Türk Dövlətləri Təşkilatı ciddi şəkildə və uzunmüddətli formada  formalaşır: "Bunu ötən həftəsonu Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarla telefonla əlaqə saxlayan Azərbaycan prezidenti İlham Əliyev nümayiş etdirib. Tatar  Azərbaycan dövlətinin başçısına "...Azərbaycanın Milli Məclisində Azərbaycanla Şimali Kipr Türk Respublikası ilə parlamentlərarası əlaqələr haqqında işçi qrupun yaradılmasına görə təşəkkürünü bildirib". Bu, əslində Şimali Kiprin beynəlxalq səviyyədə tanınması istiqamətində ilk addımdır".  

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 23:10
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

16.07.2025 / 20:20
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTO

16.07.2025 / 20:03
Tramp bir sözü ilə dolları elə möhkəmləndirdi ki, təsiri manata da dəyə bilər...

16.07.2025 / 19:48
Azərbaycan-Suriya münasibətlərinin normallaşması İran mediasında böyük vəlvələ yaratdı...

16.07.2025 / 19:34
26 illik geosiyasi tələ qırılır, kəmər işə düşür - Azərbaycanın planı işlədi...

16.07.2025 / 19:20
Zirədə zibil dizə çıxır...

16.07.2025 / 19:07
Cənubi Qafqazın geosiyasəti yenidən şəkillənir - Azərbaycan işin başındadır...

16.07.2025 / 18:52
Dəhliz ABŞ-a verilsə Rusiya bu addımları atacaq...

16.07.2025 / 18:37
Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

16.07.2025 / 18:23
Keçmiş nazir Zəngəzura qarşı ABŞ-da hansı dairələrdən sifariş alıb?..

16.07.2025 / 18:15
Paşinyan Zəngəzur dəhlizilə bağlı ABŞ-dan təklifin daxil olduğunu təsdiqlədi

16.07.2025 / 18:10
Pakistanlı nazir Azərbaycan haqda niyə bu sözləri eşitməli idi? - Dini liderin ətrafında çirkin intriqa...

16.07.2025 / 17:56
70 illik problem ancaq 2 dövlət prinsipi ilə həll oluna bilər - prezident ABŞ-a mövqe göstərdi...

16.07.2025 / 17:43
Vardanyan Bakıda məhkəmədə istədiyi vəsatəti qəbul etdirə bilir...

16.07.2025 / 17:30
Azərbaycanın ixracı ilin sonunadək azalmaqda davam edə bilər - pis proqnoz...

16.07.2025 / 17:23
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdü...

16.07.2025 / 17:18
Bakıda kişi arvadını güllələdi

16.07.2025 / 17:05
Kukla Teatrı “Bakı-Xəbər”in əməkdaşını “Teatrın dostu” mükafatı ilə təltif etdi...

16.07.2025 / 17:02
Dövlət Komitəsinin 2025-ci ilin ilk yarımilində fəaliyyəti müzakirə edilib

16.07.2025 / 16:52
DİN-dən əməliyyat - narkoşəbəkənin daha iki üzvü 67 kq narkotiklə yaxalandı

16.07.2025 / 16:39
"Əkinçi" qəzeti - maarifçilik, inkişaf, milli özünüdərk məktəbi

16.07.2025 / 16:27
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi

16.07.2025 / 16:23
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

16.07.2025 / 16:20
Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

16.07.2025 / 16:16
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Heydər Əliyev Mərkəzində olub - FOTO

16.07.2025 / 15:49
"Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq" - Paşinyan

16.07.2025 / 15:41
Cəlilabadda doğuldu, Füzulidə şəhadətə qovuşdu – şəhid Elvin Bayramov...

16.07.2025 / 15:24
Paşinyan Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü barədə danışdı

16.07.2025 / 15:09
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi

16.07.2025 / 15:01
BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16.07.2025 / 14:38
Makron Fransanı borc bataqlığında batırır - hər saniyədə 5 min avro borc... hökumət devrilə bilər...

16.07.2025 / 14:05
Paşinyan Zəngəzura “HƏ” dedi, - Rusiya tətikdədir...

16.07.2025 / 13:45
Magistraturaya qəbul imtahanında esseyə minimal tələb qoyula bilər...

16.07.2025 / 13:21
Leyla Əliyeva Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb - FOTO

16.07.2025 / 13:06
Россия обязана возместить ущерб, нанесённый Азербайджану за 200 лет оккупации - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.07.2025 / 12:57
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib*

16.07.2025 / 12:21
"Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi" - Prezident

16.07.2025 / 12:09
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşü olub - FOTO

16.07.2025 / 12:05
Avropa İttifaqından Ukrayna SÜRPRİZİ - 88 milyard avroluq yardım...

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:03
Paşinyanı devirmək üçün Rusiyanın yeni planı ortaya çıxdı - CANLI

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910