İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinə cavab göndərib
İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinə cavab göndərib. Trend xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, söhbət sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərin 8-ci redaksiyasından gedir.