Tanınmış aktyor prokurordan 40 milyon tələb edir - təzminat kimi...
"Taxt oyunları" serialının aktyoru Cozef Qatt onu pedofil adlandıran Los-Anceles prokurorunu məhkəməyə verib. Bu barədə “The Independent” məlumat yayıb. İddianın məbləği 40 milyon dollarıdır. Həmçinin təqsirləndirilənlər arasında Los-Anceles dairəsinin özü, yerli polis detektivi və prokuror müavini də var.
Qeyd edək ki, Qatt 2022-ci ildə azyaşlıya təcavüz etməkdə şübhəli bilinərək həbs olunmuşdu. Sonradan isə ittiham ləğv edilib. İndi sənətçi əsassız ittihamlarla onun karyerasının məhv edildiyinə və şəxsi nüfuzuna xələl gətirildiyinə görə təzminat istəyir.
Mətləb