Bazar ertəsi günü, 18 may 2026
     

Ermənistan Rusiya və İrana qarşı qoyulur - İrəvanda həyəcan təbili çalındı...

Image


"Amerikalılar, avropalılar, ruslar və iranlılar Ermənistanda qarşıdurmanın aktiv fazasına daxil olmağa başlayırlar". Belə bir açıqlama ilə erməni siyasi şərhçi Arman Abovyan çıxış edib.

O qeyd edir ki, bu hal Ermənistandın məhvi ilə nəticələnə bilər: "Əslində bir çox ekspertlərin və analitiklərin qorxduğu şey gerçəkləşdi. Amerikalılar və avropalılar bilavasitə bildirirlər ki, regionda mövcud olmalarının əsas məqsədləri Rusiya və İranın bölgədəki təsirini sıxışdırıb çıxarmaq və regional logistikaya nəzarət etməkdir. Öz növbəsində ruslar və iranlılar açıq şəkildə bəyan edirlər ki, onların təsirini zəiflətmək cəhdləri bölgədə sərt reaksiya ilə qarşılaşacaq. Ümumiyyətlə, əsas "film" indi başlayır". Ekspert bildirir ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn tamamilə açıq, birbaşa və aydın şəkildə bəyan edib ki, ABŞ-ın regionda marağı elə bir vəziyyət yaratmaqdır ki, Ermənistan İran və Rusiya ilə birbaşa qarşıdurmaya girsin və sonra öz logistikasını idarə edəcək: "Lakin avroamerikalılar və xüsusən də O'Brayn deməyi unudublar ki, Ermənistanın məxməri hakimiyyətləri tranzit yollarını onların strateji müttəfiqləri olan Qərb ağalarının ciddi rəhbərliyi altında idarə edəcəklər. Ümid edirəm ki, Türkiyənin NATO-dakı varlığını, Türkiyədəki Amerika "İncirlik" bazasını və Aİ ilə Azərbaycan arasında enerji sektorunda strateji tərəfdaşlığı heç kim unutmayıb. 

Düzdür, rəsmiyyət xatirinə qeyri-müəyyən eyhamlar səslənirdi ki, amerikalılar "Azərbaycana silah verməyəcəklər" və ümumilikdə bir neçə amerikalı məmur Bakıya getməyib. Bununla da, guya  Türkiyə-Azərbaycan tandeminin Ermənistana hücum cəhdlərinin yolverilməzliyi ilə bağlı amerikalılar mesaj vermək istəyirlər. Amerikalıların bizi "qorumaq" istəyi məni göz yaşlarına boğdu. Amma kişilərin xəsis göz yaşlarını silib, yenə də düşündüm ki, cənab O'Brayn, yəqin ki, Ermənistan əhalisini amerikalıların və avropalıların nəzarəti naminə fiziki və milli intihara meylli xalq hesab edir. O hesab edir ki, İrəvan "erməni" logistikasına görə ruslar və iranlılarla əlaqələri kəsəcək və ermənilər bununla öz ölkələrini məhv edəcək. Bu faktdır ki, Ermənistanın indiki hakimiyyəti Rusiya-İran oxu boyunca münasibətləri kəskin şəkildə pisləşdirməyə hazırlaşır. O da bir həqiqətdir ki, Qərbin Paşinyan hakimiyyətinin məxməri əlləri ilə onların mövqelərini sarsıtmasına nə iranlılar, nə də ruslar oturub sakit baxacaq. İndi biz beynimizi yoruruq və anlamağa çalışırıq ki, açıq münaqişə harada baş verəcək və bu, Ermənistanın mövcudluğuna necə təsir edəcək".

Ekspert bu halda məhz Ermənistanın qarşıdurma məkanı olacağını proqnozlaşdırır: "Bu, sadəcə olaraq dəhşətlidir və mənim təxəyyülüm bir tərəfdən ruslar və iranlılar, digər tərəfdən isə türklər, amerikalılar və avropalıların Ermənistan ərazisində bir-birini döydüyü mənzərəni təsəvvür etməkdən imtina edir. Tiqran Köçəryanın dediyi kimi, bu, birotaqlı mənzilinizə begemot və fili buraxmaq, onları bir-birinə qarşı qoymaq və ölkənizi məhv etmək istəyənlərlə geosiyasi nəhənglərin mübarizəsindən dinc gələcək qurmağa çalışmaq kimidir. Ermənistan hakimiyyətinin etdikləri Ermənistanın siyasi sisteminə diaqnoz qoymaqdır, bu cüzamdır, çürüməkdir, dövlət olaraq yaşamağa imkan verən hər şeyi məhv etməkdir. Qlobal Qərb-Şərq qarşıdurmasını Ermənistanın başına gətirmək ölkəni istənilən seçimdə itirmək deməkdir. Ölkəni seçim qarşısında qoymaq, geosiyasi nəhəngləri oyundan çıxarmaq və Türkiyə-Azərbaycan tandemi ilə vulqar formada flört etməkdə davam etmək Ermənistanın məhvidir". Bunlar fonunda Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Armen Rüstəmyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə Nikol Paşinyanın KTMT-nin iclasında iştirak etməyəcəyi məsələsinə toxunub. Rüstəmyanın sözlərinə görə, Paşinyanın KTMT-nin iclasında iştirak etməməsini diplomatiyada qəbul edilən demarşdan fərqli şəkildə adlandırmaq çətindir: "Artıq aydındır ki, birinci dərəcəli şəxs qismində iştirak etmədikləri dördüncü haldır. Bunu diplomatiyada qəbul edilən demarşdan fərqli şəkildə adlandırmaq çətindir. Əgər Ermənistanın siyasəti bir-birini tamamlamaq, təhlükəsizliyimizin əhatə dairəsini təmin etmək üçün biri ilə alınmadıqda digəri ilə tamamlamaq olsaydı, əlbəttə, bunu başa düşərdim". Erməni deputat bildirib ki, amma burada söhbət bir-birini tamamlamaqdan yox, düşərgələri dəyişdirməkdən gedir: "Bizim də ruslardan şikayətimiz çoxdur, bəli, problemlər çoxdur, bəs biz niyə onları özümüzə düşmən olmağa məcbur edirik?". Rusiyanın "RIA Novosti" portalı isə bunlar fonunda yazır ki, Rusiya Ermənistan baş naziri Nikol Paşinyanın Qərb xəttini tutmasını bağışlaya bilməz: "Ermənistan son vaxtlara qədər Hindistan, İran və Fars körfəzinin digər ölkələrini Rusiya, Şimali və Qərbi Avropa ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin "qolu"ndan birini əldə etmək imkanına malik idi. İndi Paşinyanın sayəsində tərəfdaşlar tərəfindən bunun üzərinə böyük bir "krest" qoyulub və Ermənistan ərazisindən yan keçməklə çoxşaxəli dəhlizin bütün qolları açılır. Bu, ölkəni regionun gələcəyini müəyyən edən layihələrdə, demək olar, bərabərhüquqlu oyunçu olmaq imkanlarından məhrum edir. Ermənistanı məhv etmək onun baş naziri Paşinyanın məqsədi idisə, bizə ancaq gözlənilməz nəticələrlə dolu bu mənzərəni passiv izləyən, bizə yaxın olan bir ölkənin vətəndaşlarına rəğbət bəsləmək qalır. Ermənistanın taleyi onun xalqının əlindədir və onları Sorosun qəyyumlarının öz ölkələrini hara sürükləmələri maraqlandırmırsa, o zaman Rusiya onları cənnətə getməyə məcbur etməyəcək".

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

2-ci Qarabağ müharibəsini yarımçıq dayandırmağa çalışan ölkələr... təzyiqlər keçmədi...

Keçmiş hakimlərin vəkil işləməsi hüquq dövlətçiliyinə ziddir...niyə?...

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

17.05.2026 / 22:31
İraq səhrasında İsrailin İrana qarşı istifadə etdiyi daha bir gizli baza aşkarlandı – birinci bazanı ifşa edən çoban ortadan götürüldü...

17.05.2026 / 21:48
İranda ABŞ və İsrail casuslarına qarşı genişmiqyaslı əməliyyat – saxlananların sayı 6500-ü keçdi...

17.05.2026 / 21:10
Trampdan İrana yeni təhdid - vaxt daralır, əks halda onlardan heç nə qalmayacaq...

17.05.2026 / 20:47
Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO

17.05.2026 / 20:39
İrandan Trampa xəbərdarlıq - yeni hücumun bədəli ağır olacaq...

17.05.2026 / 20:06
"Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir" - Aleksandar Vuçiç

17.05.2026 / 19:26
Sadır Japarov Azərbaycana səfərə gəlib

17.05.2026 / 19:07
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb - FOTO

17.05.2026 / 18:43
WUF13-ün ilk gününün yekunlarına dair bəyanat səsləndirilib

17.05.2026 / 18:25
"Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır" - UN-Habitat rəsmisi

17.05.2026 / 17:45
Rusiya Ermənistandan gələn mallara nəzarəti gücləndirir...

17.05.2026 / 17:14
Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

17.05.2026 / 16:56
Prezident İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

17.05.2026 / 16:50
"Azərbaycanın təcrübələrini öyrənəcəyik" - Braziliya səfiri

17.05.2026 / 16:27
Tramp “Fırtınaqabağı sakitlik” paylaşımı etdi…

17.05.2026 / 16:17
BƏƏ-də nüvə stansiyasına hücum edildi...

17.05.2026 / 16:14
Starmer istefa qərarı verdi - amma şərti var…

17.05.2026 / 16:01
Bolqarıstan Prezidenti İliyana Yotova Bakıya gəldi

17.05.2026 / 15:53
Sabiq millət vəkili Hacıbaba Əzimov vəfat etdi

17.05.2026 / 15:44
Kamran Məhərrəmli vəfat etdi

17.05.2026 / 15:36
ABŞ danışıqlar üçün İranın bütün şərtlərini rədd edən beş yeni təklif irəli sürdü...

17.05.2026 / 15:10
WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası keçirilib - YENİLƏNİB

17.05.2026 / 14:56
WUF13 çərçivəsində nazirlər səviyyəsində görüş keçirildi

17.05.2026 / 14:38
Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub

17.05.2026 / 14:18
Slovakiya Baş nazirinin müavini Azərbaycana gəldi

17.05.2026 / 14:05
Prezident İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

17.05.2026 / 13:49
WUF13: Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb

17.05.2026 / 13:40
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTO

17.05.2026 / 13:35
Vuçiç Bakıya gəldi... - FOTO

17.05.2026 / 13:27
WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

17.05.2026 / 13:07
Zelenski qisas sözü verdi - 500-dən çox dronla Moskvaya hücum edildi...

17.05.2026 / 12:45
BMT-nin proqram rəhbəri Azərbaycana təşəkkür etdi...

17.05.2026 / 12:28
Güclü yağışa qarşı gərəkli addımlar atılır...

17.05.2026 / 12:03
Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurmaya dəstəyini yüksək qiymətləndirdi...

17.05.2026 / 11:51
Özbəkistan Prezidenti Azərbaycana gəlir...

17.05.2026 / 11:32
Prezident Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib - FOTO/YENİLƏNDİ

17.05.2026 / 11:27
Prezident İlham Əliyev Tokayevə zəng edib

17.05.2026 / 11:21
"1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır" - BMT-nin nümayəndəsi

17.05.2026 / 11:06
Naxçıvana uçuşlar bərpa edildi

17.05.2026 / 10:55
"Forum çərçivəsində Bakının Baş planına dair təqdimat da təşkil olunacaq" - Anar Quliyev

17.05.2026 / 10:42
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO/YENİLƏNDİ

17.05.2026 / 10:30
Prezident İlham Əliyev Esvatini Kralı ilə görüşdü - FOTO/YENİLƏNDİ

17.05.2026 / 10:24
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

17.05.2026 / 10:18
"Nazirlərin görüşü dayanıqlı urbanizasiya üçün mühüm imkandır" - Anaklaudia Rossbax

17.05.2026 / 09:42
WUF13 çərçivəsində Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilir

17.05.2026 / 07:58
Makronun şillə “yeməsinə” səbəb olan aktrisa - İranın düşmən elan etdiyi Fərəhani…

17.05.2026 / 07:40
Hörmüz böhranı əczaçılıq sektoruna da təsir etməyə başladı - Dərman çatışmazlığı gəlir…

17.05.2026 / 07:28
Bəzi terror qrupları ABŞ-dan maliyyələşib? - Vensdən şok açıqlama…

17.05.2026 / 07:16
Almaniya daha 6 Ermənistan vətəndaşını deport etdi - 5 ayda 3-cü reys…

17.05.2026 / 06:54
Camal Qaşıqçı cinayəti yenidən gündəmdə - Paris araşdırmalara başladı

16.05.2026 / 21:36
Tramp Pekində təyyarəsinə minən kimi göstəriş verdi – Çində verilən bütün hədiyyələr zibil qutusuna atıldı…

16.05.2026 / 21:11
İran Dövlət Televiziyasında BƏƏ bayrağına atəş açıldı…

16.05.2026 / 19:47
BMT-nin Proqram rəhbəri Bakıdan dünyaya mesaj göndərdi

16.05.2026 / 19:40
Sabah Bakıda WUF13 tədbiri işə başlayır

16.05.2026 / 19:14
Almaniya kanslerindən gənclərə qalmaqallı məsləhət - ABŞ-a getməzdən əvvəl iki dəfə düşünün...

16.05.2026 / 18:11
Ukrayna böhranı “Finlandiya ssenarisi” ilə başa çata bilər – “Kiyev ərazi itkisini qəbul edə, neytrallığını elan edə bilər”...

16.05.2026 / 17:53
Naxçıvana uçuşlar təxirə salındı - səbəb...

16.05.2026 / 16:07
WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq keçirilib

16.05.2026 / 15:26
İran zənginləşdirilmiş uranı Trampa yox, Putinə verəcək – Moskva ilə danışıqlar başladı...

16.05.2026 / 15:09
WUF13 tədbiri üçün 480 taksi cəlb edilib

16.05.2026 / 14:16
Daha 18 ailə Cəbrayılın Şükürbəyli kəndinə köçdü

16.05.2026 / 13:50
Ermənistan AİB çərçivəsində bütün imtiyazlarını itirə bilər – Lavrovdan İrəvana mesaj...

16.05.2026 / 13:14
Samir Şərifov Səudiyyə nümayəndə heyəti ilə görüşdü

16.05.2026 / 12:58
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - FOTO

16.05.2026 / 12:51
WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib

16.05.2026 / 11:14
“EFES-2026” - dənizdən sahilə hücum tapşırığı uğurla icra edildi

16.05.2026 / 10:31
TDT-yə üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir

16.05.2026 / 10:17
Sabah Bakıda WUF13 başlayır

15.05.2026 / 22:40
“Qarabağda ermənilər rusla Köçəryanın girovları idilər” - Paşinyan kökdən baltaladı...

15.05.2026 / 22:18
ABŞ-nin dünyadakı hegemonluğu bitir: Tramp harada səhv etdi?

15.05.2026 / 21:52
Ermənistandakı siyasi proseslərin regionun təhlükəsizlik mühitinə təsiri nələrdir? - EKSPERT DANIŞDI

15.05.2026 / 21:35
Çin-Azərbaycan strateji tərəfdaşlığı yeni mərhələyə doğru - Bakı səfərindən gözləntilər...

15.05.2026 / 21:17
Azərbaycanda danışma və eşitmə qüsuru olanların “hərəkət dilinə” rəsmi status...

15.05.2026 / 21:05
WUF13 Hava Limanı avtobus xidməti 24 saat fasiləsiz fəaliyyət göstərəcək

15.05.2026 / 20:48
Əliyevin erməni revanşistlərə xəbərdarlığı Avropanın özünə də xəbərdarlıqdır...

15.05.2026 / 20:22
Vətən müharibəsindən sonra ölkəmizdə uşaq doğumu sürətlə azalmağa başlayıb...

15.05.2026 / 19:54
Qarabağ məsələsinin sonu niyə “tam, birmənalı və mütləq qələbə” sayılmalıdır?...

15.05.2026 / 19:06
Polşada ukraynalı həkimlər kütləvi şəkildə işdən çıxarılır...

15.05.2026 / 18:43
BƏƏ 2027-ci il üçün Hörmüzə alternativ tapdı - boğazdan yan keçən neft kəməri…

15.05.2026 / 18:37
Vüqar Rəhimzadə: Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır

15.05.2026 / 18:22
Si Trampa doğru bir addım da atmadı - çox ilginc qarşılanma...

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verəcək

XƏBƏR ARXİVİ