Cümə axşamı günü, 24 iyul 2025
     

"Məndən xəbərsiz pensiyamı ləğv etdilər" - Xızı sakini nazirlikdən niyə narazıdır...

Image

Yeganə Quliyeva: "...Heç bir əsas göstərilmədən atamın pensiyası kəsildi" 

Bu günlərdə Xızı rayon,Yeni Yaşma kənd sakini Quliyeva Yeganə Qeno qızı atası, 65 yaşlı (05.10.1958)  Quliyev Qeno Əli oğlunun üzləşdiyi problemlə əlaqədar olaraq redaksiyamıza müraciət göndərib.  Problemini ictimailəşdirməyimizi istəyən vətəndaş Y.Quliyeva bildirir ki, atasına qarşı haqsızlıq edilib. 

O bildirdi ki, atası müayinədən keçdikdən, diaqnozu qoyulduqdan,  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) aidiyyəti komissiyasından keçdikdən sonra ona 2019-cu ildə 5 illik müddətə II qrup əlillik təyin edilsə də, 2020-ci il yanvarın 24-də əlillik təyinatı dayandırılıb: "2019-2024-il müddətinə müvafiq tibb müəssisəsinin göndərişi və eyni zamanda DTSERA-in mərkəzi komisiyyasında əyani müayinə olunduqdan sonra atamın vəziyyəti II qrup əlil kimi qiymətləndirildi. Təyin olunmuş müddətin bir ili tamam olanda heç bir əsas göstərilmədən atamın pensiyası kəsildi. Əsaslı cavab tələb etdikdə isə bizə "təyin olunmuş əlillik xəstənin vəziyyəti ilə uyğun deyil"-deyildi".

Y.Quliyevanın sözlərinə görə, atası bir il pensiya aldıqdan sonra ortada heç bir müayinə sənədi olmadığı halda ona "sənədiniz saxtadır" deyilib. "Bizə deyirlər ki, sənəd saxta olub. Mənə bir məktub göndərlib və orada "saxta" dedikləri əlilliyin səbəbi Xızı rayon xəstəxanasında atamın müayinəsidir. O xəstəxanadan atamın sənədlərini DTSERA-na göndəriblər. Məhz həmin agentliyin həkim komissiyası  baxıb bu işə. Düzdür, oradan birinci dəfə imtina verilmişdi, səbəb göstərilirdi ki, forma 88 tam olaraq doldurulmayıb.  Ondan sonra atamı Agentliyin komissiyasına dəvət etdilər. Ona əlillik həmin komissiya tərəfindən təyin olundu. Təbii ki, əlillik təyin olunubsa demək xəstənin əlində müayinə sənədləri var və əlillik də ona əsasən təyin olunub. Həmin sənədlərlə təsdiq edilən əlilliyi sonra "saxta" adlandırırlar. Əgər belədirsə saxtalığı təsdiq edən sənəd də göstərilməlidir. Amma heç bir təkrar  müayinə aparılayıb və onların dediyini təsdiqləyən heç bir sənəd yoxdur. Deyirlər ki, onların 20 mart 2020-ci il tarixli bir protokolu olub. Mən qəbulda olanda dedilər ki, bizə yenidən bir arayış təqdim edin biz sizin atanızın əliliyini bərpa edək. Mən də həmin arayışı onlara təqdim etdim. Amma sonra neçə dəfə onlara məktub yazıb soruşdum ki, siz məndən arayış tələb etsiniz, dediniz bu arayış əsasında əlillik bərpa ediləcək, mən arayışı təqdim etdim, amma siz bərpa etmədiniz. Bəs verdiyiniz sənəddə niyə o arayışı göstərməmisiniz? Deyirlər ki, arayış protokoldadır. Həmin arayış protokolda varsa surətini versinlər. Mənə heç həmin komissiyanın videosurətini də vermədilər, baxmayaraq ki, verəcəkləri deyilmişdi"-deyə şikayətçi bildirdi. 

"Müraciətimin səbəbi odur ki..." 

Y.Quliyeva bildirdi ki, bütün müraciətləri cavabsız qalıb və atasının əlilliyi bərpa edilməyib. Bundan əlavə, Y.Quliyeva bildirdi ki, 1 il ərzində atası 130 manat civarında əlillik pensiyası alıb. "Atam artıq yaşla əlaqədar 1 aydır ki, pensiya alır. Pensiyası köçən kimi, ödənilən müavinətdən məbləğ tutulur. Hansı əsasla mənim atamın  yaşla bağlı sosial müavinətindən hansısa məbləğ tutursunuz? Guya ki, atamın əlilliyi saxta olub və ona görə də pul tutulur. Mən şikayətimi etdim, iş məhkəməyə qədər gedib çıxdı. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini Bakı İnzibati Məhkəməsinə vermişdim, proses getdi. Qarşı tərəfin nümayəndəsi gəlib məhkəmədə barışıq təklif etdi. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi gəlib "bəlkə elə səhv bizdə olub" dedi, barışıq istədilər. Barışıq ərizəsi yazıldıqdan sonra işə yenidən baxılmalı idi, yenidən sənədlər istədilər. Mən də getmədim. Çünki beş il bu işə görə əziyyət çəkmişim, sosial durumu çox aşağı olan əhali qrupuna aidəm. 

Növbəti məhkəmə instansiyalarına getmədim, bunun da səbəbi anamın səhətində yaranan problem oldu, başım ona qarışdı. Məhkəmə prosesi tamamilə dayandırıldı, mən irəli getmədim. 

Mən dedim ki, atamın istənilən vaxt, istənilən komissiyaya dəvət edilməsi xaricində bütün proseduru təkrar etməyəcəyəm. Atamın müayinəsinin də ona görə təkrar keçirilməsini istəyirəm ki, sonra haqsız duruma düşməyim. Atam istənilən yerdə istənilən komissiyaya gedə bilər, amma təkrar prosedurlardan keçməyəcəyik.

Mənim sizə müraciətimin səbəbi odur ki, atamın yaşlılığa görə aldığı pensiyadan məbləğ çıxılmasın. Çünki pensiyadan keçmişdə ödənilən müavinət çıxılır. Atamın pensiyasından pul kəsiminin dayandırılmısını istəyirəm"-deyə Y.Quliyeva bildirir.

Qeyd edək ki, Y.Quliyeva vatsap üzərindən redaksiyamıza onun ərizəsinə cavab olaraq Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi İ.İ Namazovun imzası ilə verilən  21.08.2019-cu il tarixli arayışın, 13.08.2018-ci il tarixində Quliyev Qeno Əli oğluna ünvanlanan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya  Xidmətinin rəis müavini Gülnarə Hacıyevanın imzası ilə təqdim edilən 18430067601 nömrəli sənədin  surətini də göndərib. Eyni zamanda Y.Quliyevanın müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya  Xidmətinin 12.03.2020 tarixli məktubunda qeyd edilir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya  Xidmətində qəbul zamanı atanız - Qeno Quliyevin əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı ünvamladığınız müraciətə baxılmışdır. 

Bildirirəm ki, Xızı rayon sakini Quliyev Qeno Əli oğlunun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0331AABKU nömrəli göndərişi əsasında onun iştirakı olmadan 21.02.2019-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə 5 il struktur bölmə əməkdaşlarının iştirakı ilə xəstə 24.01.2020-ci ildə nəzarət qaydasında əyani müayinə olunmuş və əlillik dərəcəsinin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə əlil hesab edilməməsi barədə qərar verilmişdir. Qəbulda müraciətiniz əsasında Quliyev Qeno Əli oğlunun tibbi-ekspertiza sənədləri tərəfimizdən araşdırıldı. Müəyyən olunmuşdur ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasın 5383 nömrəli məsləhət vərəqəsində nevropatoloqun obyektik müayinəsində epleptik tutmalar və eplepsiya xarakterizə edən əlamətlər qeyd edilməmişdir. Eləcə də Sumqayıt şəhəri "İnter-med plyus" Diaqnostika Mərkəzinin  29.02.2020-ci il tarixli kompüterli EEQ müayinəsinin nəticəsi-"Lokal və diffuz olan potoloji dalğa, epileptik ocaq aşkarlanmadı. Beyin metobolizminin zəifliyi-hipoksiya izləndi. Neyronların  ləbilliyi izləndi. Sütun strukturklarının disfunksiyası, ləngimə tormozlanmanın üstünlüyü ilə təpə paylarında çox yüngül paroksizmal meyl izləndi"-səhiyyə müəssisəsinin 0331003AABKU saylı göndərişində qeyd edilən diaqnozu təsdiqləmir. Buna görə də təqdim edilmiş sənədlər əsasında Quliyev Qeno Əli oğlunun əlilliyi təsdilmir. Bu barədə Xidmətdə 03.03.2020 il tarixli müvafiq protokol təqdim olunmuşdur". 

Vətəndaşın redaksiyamıza müraciətinə biganə qalmadıq, onu işıqlandırırıq. Ümid edirik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları   Quliyev Geno Əli oğlunun pensiyasından keçmişdə ödənilən məbləğin çıxılması qərarına bir də baxacaq və vətəndaşın sosial durumu nəzərə alınaraq müraciəti araşdırılacaq. 

Məsələ ilə bağlı qarşı tərəfin müraciəti olarsa onu da işıqlandırarıq. 

İradə SARIYEVA




VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 22:35
Ermənistan Zəngəzur dəhlizini ABŞ-a icarəyə verməkdən imtina etdi

24.07.2025 / 21:43
Ermənilərin təxribatları nəticəsində yaralanmış, evləri dağıdılmış, əsir və girovluqda olmuş 60-dan çox zərərçəkmiş şəxs ifadə verdi - MƏHKƏMƏ +FOTO

24.07.2025 / 21:08
Dünyanın diqqəti Zəngəzur dəhlizinə fokuslanır...

24.07.2025 / 21:01
Lerikdə yanğına səbəb olan iki nəfər saxlandı

24.07.2025 / 20:52
Düşmən kəşfiyyatı Azərbaycanın nüfuzlu adamları barədə məlumatlar toplayır... Ayıq olun...

24.07.2025 / 20:36
Ermənistan daxildə qanlı toqquşmalar mərhələsinə girdi...

24.07.2025 / 20:21
Ermənistan Zəngəzurun icarəyə verilməsi məlumatlarını məqsədli yayır...

24.07.2025 / 20:04
Rusiya Azərbaycanla münasibətlərini daha da gərginləşdirir - yeni şok detallar üzə çıxır...

24.07.2025 / 19:49
Fransada islamofobiya yenidən qızışır - müsəlmanlara qarşı repressiyalar kəskinləşdi...

24.07.2025 / 19:35
100 mindən çox sənədsiz ev sahiblərinə Prezidentdən böyük töhfə...

24.07.2025 / 19:20
Suriya İsrailin təcavüzünə qarşı Türkiyədən hərbi dəstək istədi...

24.07.2025 / 19:06
Putin "ekstremist" adı ilə müxalifətin üstünə qanuni yürüşə başladı...

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 18:03
Prezident İlham Əliyev Putinə başsağlığı verdi

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:12
Qarabağda Zəfər bayrağı qaldıranlardan biri – Muxtar Babayev...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910