Şənbə günü, 12 iyul 2025
     

BAKI ŞƏHİDLƏRİ - Vüsal Əlvəndə oğlu İsmayılzadə

Image

Vüsal İsmayılzadə Bakının Buzovna qəsəbəsində 2001-ci il 17 oktyabrda dünyamıza göz açıb. Ən çox Xəzərlə dostlaşıb, söhbətləşib. Xəzriyə qoşulub dalğalara, qumlu sahillərə sığal çəkib.
Doğulduğu tarixə baxarsan, uşaq sanarsan.
 Osa 2020 - ci ilin 27 sentyabrında yenidən doğular və bir günə böyüyər. Vətəninin ərazi bütövlüyü uğruna canından keçən əsgər olar.
 Buzovnadakı Albalılıq massivində 322 nömrəli məktəbdə təhsil alıb. 2018-ci ilin məzunudur. O qədər mehriban, şirindil, gülərüz, şən olub ki, sinifdə olmayanda yoldaşları darıxarmış.

İdmanı, xüsusilə də futbolu çox sevib Vüsal. Bir də maşınları. Maşın şəkillərindən kolleksiyası vardı.

Vüsalın sinif rəhbəri, həm də tarix müəllimi Kamalə  Nuriyeva: Sentyabrın 15-də dərsə gələndə çox kövrəldim. İndi 8-ci sinfin rəhbəriyəm. Onlara baxırdım. Vüsalı xatırladım. Bütün şəhidləri xatırladım. Düşündüm ki, bir vaxt onlar da beləcə şagird olublar – yenə  kövrəlir Kamalə müəllimə.- Onlarla adam gəlib-keçir həyatımızdan. Hələ müəllimsənsə, yüzlərlə məzunun olur. Elələri olur unudursan, yada salmaq istəmirsən. Eləsi var xatirəsi darıxdırır. Vüsal üçün həmişə darıxırsan. O qədər pozitiv biri idi. Hədsiz səmimi, qayğıkeş idi.  Dəqiq elmləri daha çox sevirdi. Tarixə də marağı çox idi. Tarixi günlər var, xronologiya deyirik, onu öyrənirdi. Xronologiyanı lövhədə yazdırıram. Vüsal xronologiyanı yazandan sonra həmişə sonda öz doğum gününü qeyd edərdi. Uşaqlar soruşanda "Mənim dünyaya gəldiyim gün də mənim tariximdi. Bu da tarixi gündü. Bunu da yadınızda saxlayın. İstəyirəm bu tarixi öz əlimlə yazım" deyirdi. Hiss edirmiş. Tarix oldu doğum günü. Məktəbi bitirəndə ali təhsil almaq istəyirdi. Balı çatmadı. Amma həyat imtahanından, vətən qarşısındakı imtahandan ən yüksək bal topladı. 

Anası Lalə xanım həmin məktəbin rus dili müəllimidir: Uşaqlıqdan çox şən, zarafatcıl idi. Onunla darıxmırdın. Hər işdə köməyimə gəlirdi. Bacısı Rəhiməxanım ondan bir yaş böyük olsa da, bir sinifdə oxuyurdular. Həmişə onun qayğısına qalırdı. Atası bizi tərk etmişdi. Onları tək böyütmüşəm. Çətinliyimiz olurdu. 7-ci sinifdən yay tətillərində işləyirdi. Mənə kömək edirdi. Böyüməyə tələsirdi. Əsgər getməyə də tələsirdi. Elə "Gedib Qarabağı alacağam" deyirdi...Ona qürurla baxırdım. "Vətən oğlu" deyirdim. Qarabağı aldı, vətəninin oğlu oldu...

Elə  oldu Lalə xanım. Tək sizin oğlunuz idi. Vətənin oğlu oldu. Vətəni sevən hər kəsin oğlu, qardaşı, doğması oldu.

2019-cu ilin 23 oktyabrında Həqiqi hərbi xidmətə çağırılan Vüsal Qusarda ağır artileriya və minaatanlar  batalyonunda həqiqi hərbi xidmət keçir. Müddətli hərbi xidmət zamanı ləyaqəti, məsuliyyəti, qavramı, çevikliyi ilə seçilir. 2020-ci ilin sentyabrında ərazi bütövlüyümüz uğruna savaş olacağını, savaşa qatılacaqlarını biləndə sevincdən yata bilmir. 

Savaş başlayanda 19 yaşı tamam olmamışdı. "Cəbhə bölgəsinə getməyi arzulayırdı. Cəbhə bölgəsinə gedəcəyimizi biləndə çox sevinirdi. Elə gülürdü, elə bil bayrama gedirik-dedi əsgər yoldaşları. Vüsalsa "Bayram necə olur? Gedirsən, torpağını azad edirsən-olur bayram. Bu ad günüm əsil bayram olacaq"- deyirmiş yol boyu. 

2019-cu il 23 oktyabrda müddətli hərbi xidmətə çağrılan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal İsmayılzadə düz bir il sonra 2020-ci il 22 oktyabrda şəhid olub. Ad gününü də döyüş yoldaşları ilə azad olunmuş ərazilərin sevinci ilə qeyd edir. Füzuli, Zəngilan, Cəbrayıl uğrunda ağır döyüşlərdən keçib. Füzulinin azad olunmasında şücaət göstərib. 

Sonra Xocavənd uğrunda gedən döyüşlər. Oktyabrın 22-də Xocavəndin Düdükçü kəndini işğaldan azad edilməsi. Atışma ara vermir. Raket atəşləri dayanmır. Düşmən müqavimət göstərir. Mərdlərimiz and içib: "Bir addım geri çəkilmərik"! Onlarla yaralı, şəhid...Düşmən geri çəkilməyə məcbur olur.  Bu çətin döyüşdə Vüsal da yaralanır. Yaralı olmasına baxmayaraq şəhidləri çiynində, qucağında təhlükəsiz yerə aparır. Təcili tibbi yardım maşınını gəldikdə yaralıları daşıyır durmadan. Döyüş yoldaşları, tibbi heyət onun vəziyyətinin yaxşı olmadığını görür. Təkid etsələr də Vüsal getməkdən imtina edir, öz yerinə başqa bir yaralını yerləşdirir. " Onun vəziyyəti ağırdır. Mən yaxşıyam. Növbəti maşınla gələrəm"- deyir. 

Yenə döyüşə qatılır. 

Neçə yaralıya kömək olur Vüsal canı bahasına.

Qanaxmasını isə saxlamaq olmur. Növbəti tibbi maşınla hospitala yetişə bilmir Vüsal...

Onun haqqında deyilənləri, döyüşlərdəki cəsurluğunu, igidliyini 18 yaşa sığdıra bilmirdim. Vətən sevgisini hansı sözlə ifadə etmək olar görəsən? Bu sevgiylə yaşayanları necə təqdim, necə tərif edəsən? 

Vüsal İsmayılzadə haqda məlumatlarda "Hərbi qulluq vəzifəsini yerinə yetirərkən şəhid oldu" yazılıb. Vətənin ərazi bütövlüyünü, torpağını, sərhəddini  qorumaq hər birimizin borcudur, amma hərbi qulluqda olan oğullarımızın həm də
 vəzifəsidi. Bundan böyük vəzifə ola bilməz.
 "Vətən uğrunda", " Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb bu vəzifəsini şərəflə yerinə yetirən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Lalə xanımın dediyi kimi, vətən oğlu olan  Vüsal İsmayılzadə.

Kəmalə Abiyeva




VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910