Çərşənbə günü, 9 iyul 2025
     

Arazdəyən, Qarakilsə, Dəvəli adları erməniləri dəli elədi...

Image

Elnur Kəlbizadə: "İndi Ermənistan adlandırılan ərazidə istifadə olunan "erməni" yer adlarının çoxu saxtadır, qondarmadır"

İndiki Ermənistan dövlətinin tarixi Azərbaycan ərazisində - Qərbi Azərbaycanda mövcud olduğunu nədənsə bu ölkədəki bəzi şəxslər qəbul etmək istəmir. Uydurma, saxta tarix düzəltməklə erməniləri "yerli xalq" kimi təsdiqləmək üçün dəridən-qabıqdan çıxan bəzi erməni tarixçiləri illərdir ki, erməniləri bu nağılların, miflərin əsirinə çeviriblər. 

İrəvan Dövlət Universitetinin (YDU) Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan uzun illərdir ki, öz saxta yazıları, cəfəng fikirləri ilə Ermənistan cəmiyyətini yanıltmaqla məşğul olur. V.Voskanyan Vətən müharibəsindən sonra davamlı olaraq Azərbaycanı "toponim müharibəsi" aparmaqda ittiham edir, tarixi toponimlərimizin artıq rəsmi sənədlərdə, mətbuatda, dərsliklərdə yer alması onu qıcıqlandırır və buna başqa don geydirməyə çalışır. O, özünün Telegram kanalında yazıb ki, Azərbaycan heç bir rəsmi mesajda Ermənistan ərazisinin bir toponimindən də istifadə etmir. Azərbaycanda  Qərbi Azərbaycandakı toponimlərin öz əzəli adları ilə qeyd edilməsi Voskanyanı yandırır.  

Üzdəniraq iranşünas Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan ordusunun Naxçıvan istiqamətini atəşə tutması ilə bağlı rəsmi məlumatında yer alan "...Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub" ifadələrdən yaman narahat olub. Onu yandırıb-tökən, narahat edən rəsmi xəbərdə Qərbi Azərbaycandakı Dəvəli, Qarakilsə, Arazdəyən toponimlərinin yer almasıdır. Bundan başqa, o, Aşağı Əskipara kəndinin adının da ermənilərin qoyduğu qondarma adla deyil, məhz öz tarixi adı ilə qeyd edilməsindən də narahatlıq keçirir. Əgər o həqiqi alim olsaydı, etiraf edərdi ki, Qərbi Azərbaycan ərazisində bütün Azərbaycan toponimləri süni şəkildə erməniləşdirib və Azərbaycan da o toponimləri bərpa edib. Amma bunu dilə gətirmir, saxtaşdırdıqları toponimlərimizin bərpasından, rəsmi sənədlərdə, rəsmi xəbərlərdə ifadəsindən narahatlıq keçirir. Unudur ki, onlar nə qədər bizim toponimlərimizi saxtalaşdırsalar da, onların bu çirkin niyyətləri özünü doğrultmayacaq. Dəvəli, Arazdəyən, Qarakilsə, Aşağı Əskipara kəndləri də, başqaları da bizim tarixi məskənimizdir, ermənilər isə ora gəlmədir. 

"...Ərazilər tarixən bizə aid olduğu üçün biz onları istədiyimiz kimi adlandırmaq haqqına malikik"

 AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə "Bakı-Xəbər"ə şərhində "Qərbi Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin adlarının Azərbaycanın rəsmi dövlət qurumları tərəfindən tarixən olduğu kimi səsləndirilməsi ilə bağlı Vardan Voskanyanın çığırtısı ənənəvi daşnak xislətinin təzahürüdür. Voskanyan özü çox yaxşı bilir ki, XIX əsrə qədər Cənubi Qafqazda heç bir məntəqədə ermənilər kütləvi şəkildə yaşamayıblar. Çar Rusiyasının işğalından sonra hayların  böyük bir qisminin İranın daxili vilayətlərindən köçürüldüyü elə ermənilərin öz mənbələrində də əksini tapmış faktdır. İndi Ermənistan adlandırılan ərazidə istifadə olunan "erməni" yer adlarının çoxu saxtadır, qondarmadır. Ermənistanın ərazi bütövlüyündən, haqdan-hüquqdan o ünsür danışır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini uzun illər işğal altında saxlamış bir dövlətin vətəndaşıdır, hələ də revanşist, terrorçu çağırışlar edir. Burada deyiblər: utanmasan oynamağa nə var ki...

Əvvəla, ərazilər tarixən bizə aid olduğu üçün biz onları istədiyimiz kimi adlandırmaq haqqına malikik və bunun üçün babaları XIX əsrdə bu torpaqlara köçmüş bir terrorçu-alimciyəzdən icazə almaq fikrimiz yoxdur"-deyə bildirdi.

E.Kəlbizadənin sözlərinə görə, Vardan Voskanyan bilməlidir ki, 1930-cu ildə Cəlaloğlu Stepanavana çevrilib. "Sərdarabadı 1932-ci ildə Oktamberyana, 1992-ci ildə Armavirə çeviriblər.  1935-ci ildə Axta Hrzadan, Dəvəli Ararat, Qarakilsə Kirovakan (1993-cü ildən isə Vanadzor) adlandırılıb.  Basarkeçər 1945-ci ildə Vardenis olub. 1948-ci ilə qədər Spitakın adı Hamamlı olub. 1950-ci ildə Alagöz saxta Araqats, Düzkənd isə saxta Axuryan adı ilə əvəzlənib. Yuxarı Qəmərli 1962-ci ildə Artaşat edilib. Bu siyahını uzatmaq da olar. Ermənilərin yer adlarını necə dəyişdirdikləri ilə bağlı sənədləri Ermənistan arxivlərindən də tapmaq olar. 

İkincisi, işğalçı təfəkkürlü Vardanyan bir ərazinin adını öz dilində ifadə etməyin işğal iddası demək olduğunu söyləyirsə, ona ritorik bir sual vermək lazımdır. Ermənilər Gürcüstanın Samtsxe-Cavaxeti regionunun Cavakx, Gürcüstanı Vrastan, Afrikadakı Toqonu Qnal, Yunanıstanı Hunastan, Rusiyanı Rusastan adlandırırlar. Bunu hayların o ərazilərə iddiası və təcavüzü kimi qəbul etmək olarmı?!"-deyə E.Kəlbizadə vurğuladı.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910