İsrailin Bakı səfirliyi təxliyə xəbərini təkzib etdi
İsrailin Azərbaycandakı səfirliyi təxliyə barədə yayılan məlumatı təkzib edib.
Bu barədə Trend-ə səfirlikdən bildiriblər.
"İsrail səfirliyi təhlükəsizlik məsələlərini şərh etmir. Səfirlik adi rejimdə fəaliyyət göstərməyə davam edir", - deyə diplomatik nümayəndəlikdən vurğulanıb.
Qeyd edək ki, bir qədər əvvəl İran mənbələri bildiriblər ki, İranın Dəməşqdəki konsulluğuna aviazərbəyə mümkün cavabı fonunda İsrail Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə edib.