İranın yeni bəhanəsi - "Bakını vurmalıyıq"...
Elşən Həsənov: “İran İsraili hər zaman Azərbaycanda ”axtarıb”
İsrailin İranın Dəməşqdəki konsulluq binasını yerlə-yeksan etməsi, nəticədə SEPAH-ın iki generalı və 5 yüksək rütbəli zabitinin, o cümlədən diplomatlarının öllməsindən sonra İran hədəf olaraq Azərbaycanı seçib. İranlı deputat Cəlal Rəşidi Bakıdakı İsrail səfirliyinin hədəf alınmasını “ən yaxşı variant” adlandırıb.
Bunun ardınca isə SEPAH-a məxsus Teleqram kanalı Azərbaycana qarşı növbəti avantürist paylaşım edib.
Azərbaycan Respublikasını yenə də aşağılayaraq “Bakı Respublikası” adlandıran kanal yazıb:
“Göründüyü kimi, İranın Dəməşqdəki səfirliyinə hücum üçün İsrail ilə “Bakı Respublikası” arasında gizli koordinasiya olub.
Dəməşqin qisasını almaq üçün uzağa getməyə ehtiyac yoxdur, İsrailin dinləmə və casusluq bazaları bizim yanımızda, İran sərhədindən bir neçə kilometr aralıda, Zəngilanda yerləşir”.
İranın İsrailin əvəzinə Bakını hədəf alması nə ilə bağlıdır?
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada bir çox amillər üzə çıxır:”Öncədən onu deyim ki, İranın belə bir mövqedə olması bizi qətiyyən təəccübləndirməməlidr. Çünki İran, İsraili hər zaman Azərbaycanda ”axtarıb”. Yəni bu səpkili çıxışlar heç də yeni deyil.
Çox da uzaq olmyan keçmişdə İranın Azərbaycan-İsrail münasibətlərinə həddən artıq qıcıqlı reaksiya verməsi hələ ki, yaddaşlardan silinməyib. İranla sərhədə yaxın ərazilərdə yerləşən toyuq damlarını və yaxud fermaları belə az qala İsrailin Azərbaycanda yerləşən, İran əleyhinə fəaliyyət göstərən hərbi təyinatlı strateji obyekt olaraq qəbul etməsi onların fantaziya “zənginlinin” hansı həddə olmasının bariz nümunəsidir.
Dəməşqdə yerləşən İran konsulluğuna hücum olmasaydı belə, İran ilk məqamda əlinə girəvə düşən zamanda və yaxud məqbul bildiyi anda bənzər mövzu ilə çıxış etməyə hər zaman hazırdır.
İsrail dövləti heç zaman İran dövlətinin ərazilərini işğal etməyib ki, Azərbaycan tərəfi də buna cavab olaraq İsraillə əlaqələrə başqa prizmadan yanaşsın. Amma İran dövləti Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanıa əlaqələri nəinki dondurmayıb, hətta ona maliyyə və hərbi dəstək də verirdi. Elə Rusiyanın Ermənistana göndərdiyi bir neçə milyardlıq hərbi təyinatlə yüklərin İran ərazisi vasitəsilə Ermənistana ötürülməsi də, 44 günlük döyüşlər zamanı məhz İranın Azərbaycan qarşısında törətdiyi əngəllər də heç zaman xatirimizdən silinməyəcək.
Odur ki, İran tərəfinin işlətdiyi və söylədiyi fikirlərin arxasında cəfəngiyat datanırsa və bu, arxasında dəlillər olmayan sərsəmləmələrdirsə, o zaman təbii ki, bütün bunlar qərəzdən savayı bir şey deyil.
“İranın İsrailin əvəzinə Bakını hədəf alması nə ilə bağlıdır” sualına gəldikdə isə onu deyə bilərəm ki, İsrailə və ətraf dövlətlərə nisbətdə İran Azərbaycanı bənddə zəif olan element olaraq görür. İkinci bir tərəfdən, İran dövləti Azərbaycanın mövcudluğunu öz varlığına təhdid olaraq qəbul edir.
İş ki, qaldı İran tərəfinin Azərbaycanı “Bakı Respublikası“ adlandıraraq aşağılamaq cəhdinə, hadisələrin gedişi onu göstərir ki, İran siyasi hakimiyyətinin yürütdüyü siyasət nəticəsində İranın özü Parsistan əyalətindən də kiçik bir əraziyə çevriləcək. Azərbaycanın bütövləşəcəyi, regionun aparıcı dövləti olacağı gün isə çox da uzaqda deyil”.
Məhəmmədəli QƏRİBLİ