Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul edə bilər, bir şərtlə ....
İrəvan Rusiya tərəfinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiya Federasiyasında görüşünün keçirilməsi təklifinə baxır. Bu barədə “İnterfaks” a Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bildirib . Onun sözlərinə görə, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, lakin hələlik ciddi irəliləyiş yoxdur.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, siyasi iradə olarsa, Moskva Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin rəhbərlərini qəbul etməyə hazırdır.
Leyla SƏMƏNDƏR