Xətai rayonunda yol qəzası olub, 30 yaşlı qadın xəsarət alıb
![Image](/uploads/posts/2024-04/ea95033d-4611-306c-9462-b4257194d4ba_850.webp)
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Əliyeva Aynurə Qoşqar qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Mətləb