Tayvanda güclü zəlzələ olub, 4 nəfər vəfat edib
Tayvan adasının şərq sahillərində baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində azı 4 nəfər ölüb, 97 nəfər yaralanıb. Bu barədə Tayvanın “Zhongshi Xinwenwan” informasiya portalı məlumat yayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib.
Bundan başqa, Çinin materik hissəsində və Filippində də sunami xəbərdarlığı elan olunub. Zəlzələdən sonra maqnitudası 3,4-6,5 arasında dəyişən 20-dən çox yeni təkan qeydə alınıb.
Mətləb