İspaniya Fələstin dövlətini tanımağa hazırlaşır - Aİ daxilində üzv dövlətləri eyni addımı atmağa məcbur edəcək kütlə formalaşır...
İspaniyanın Baş naziri Pedro Sançez aprel-iyun ayları arasında Qəzzadakı qarşıdurmalarla bağlı mühüm hadisələrin baş verəcəyini deyib. Baş nazir Fələstinin tamhüquqlu üzv kimi tanınması da daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatında aparılan danışıqlara diqqət çəkib.
İspaniyanın yaya qədər Fələstin dövlətini tanımağı planlaşdırdığını bildirən Sançez, Avropa İttifaqı (AB) daxilində bir çox üzv dövləti eyni addımı göstərməyə məcbur edəcək "kritik kütlə"nin tezliklə formalaşacağına inandığını dilə gətirib.
Digər tərəfdən, Sançes Avropa Şurasının martın 22-də keçirilən iclasında İrlandiya, Malta və Sloveniya liderləri ilə Fələstin dövlətinin tanınması istiqamətində "ilk addımları atmaq" mövzusunda razılaşdığını bildirib.
Ərəb dövlətləri və Aİ noyabrda İspaniyada keçirilən görüşdə Fələstin-İsrail münaqişəsindən çıxış yolunun “iki dövlətli həll” olması barədə razılığa gəliblər. 1988-ci ildən bəri BMT-yə üzv olan 193 ölkədən 139-u Fələstin dövlətini tanıyıb.
TAHİR