Rusiyanın bu şəhərindən Bakıya uçuşlara başlanılıb
![Image](/uploads/posts/2024-04/5cde6ded171203433774446674110201353.webp)
Rusiyanın “IrAero” aviaşirkəti Omsk – Bakı reysinə başlayıb. Aprelin 1-də saat 21:24-də Bakıdan havaya qalxmış təyyarə yerli vaxtla 02:50-də Rusiyanın Omsk şəhərinə çatıb.
Daha sonra 04:00-da Bakıya yola düşmüş təyyarə 05:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək.
Qeyd edək ki, uçuş proqramı oktyabrın 22-dək açıqlanmışdı. Bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə gerçəkləşib.
Mətləb