Şənbə günü, 12 iyul 2025
     

Doğulduğu 10 noyabr günü Şuşada şəhid oldu - şəhid Nicat Qasımzadənin anası danışır...

Image

"20 yaşı Şuşada tamam oldu və həmin gün də şəhadətə yüksəldi"

Yuxusu çəkilib göyə,
Ürəyində yarası var.
Bağrı şan-şan olub onun
Oxlanmamış harası var?
Şəhid anasının!..

Yuxusu ərşə çıxar şəhid anasının, gecəni sübhə dirigözlü açar, yastığını isladan göz yaşları da ürəyindəki oğul yarasının sızıltısını dinşətməz. 

Gecələr gözləri ağlayır, gündüzlər ürəyi sızlayır, gedib qayıtmayan balasının yolunu gözləyir hey. Balası gəlmir ki, gəlmir. Deyir ki, üçrəngli bayrağımızı öpüb oxşayır, balasının uğrunda öldüyü, tabutubnun süsləndiyi bayrağa baxıb təsəlli alır,  balasının cismi torpağa köçsə də, elə bilir ki, ruhu da bayrağa köçüb. 

Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulan Vətən müharibəsi şəhidi Nicat Höccət oğlu Qasımzadənin anası Asifə Qasımova belə deyir.  

"Nicat məni nə qədər arxayın salmaq istəsə də onun arxada yox, ön cəbhədə olduğunu bilirdim" 

Asifə xanımla martın 15-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün - Tarixi zəfər" adlı kitabın I və II cildlərinin Biləsuvar rayonunun Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində həmsöhbət olduq. 

Ana deyir ki, iki bacının tək qardaşı olub Nicat, uşaqlıqdan zəhməti çox sevib, ata-ana, torpaq, Vətən qədri bilib. Bütün ruhu ilə Azərbaycan torpağına bağlı olan Nicat Qasımzadə əsgəri xidmətini üç ay idi ki, başa vurmuşdu, işə düzəlmişdi, ailəsinə dayaq olmaq istəyirdi. Lakin müharibənin başlaması onun ürəyindəki ən böyük arzusunu gerçəkləşdirib - Vətən torpaqlarının işğaldan azad edilməsində iştirak etmək istəyini. 

 

Gözü yığılmaz yollardan,

Sığal çəkər şəkillərə...

Balasına həsrət qalıb

Düçar olubdu qəmlərə

Şəhid anası!

 

Dərdi o qədər çoxdur ki, kədər çökmüş yaşlı gözlərini gizlətməyə çalışır...Gah susur, gah danışır, gah xəyallara dalır, gah da üzünü acı bir təbəssüm bürüyür. Ana oğlundan danışır, deyir ki, Nicat 10   noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-cı ildə şəhid Ənvər Rəhmətov adına kənd tam orta məktəbində təhsil almağa başlayıb . 2018-ci ildə təhsilini başa vurub. Nicat Qasımzadə 2019-cu il yanvar ayının 3-ü həqiqi hərbi xidmətə başlayıb. İlk 3 ay Goranboy rayonunda xidmət edib. Daha sonra Ağdama yollanaraq 3 ay artilleriya qoşunlarında xidmətini davam etdirib. N. Qasımzadəyə hərbi xidməti dövründə pulemyotçu vəzifəsi verilir, daha sonra manqa komandiri olur. Xidmətinin axırıncı 2 ayını isə kiçik çavuş rütbəsi ilə başa vurur və 6 iyul 2020-ci il tarixində tərxis olunur.

"Nicat qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırıldı. O, müharibə dövründə Füzuli və Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Mənim oğlum bir qəhrəman olub, düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçə yaralı silah yoldaşını xilas edib. Oğlum doğulduğu 10 noyabrda ürəyindən aldığı qəlpə yarası nəticəsində Şuşada  qəhrəmancasına şəhid olub. 20 yaşı Şuşada tamam oldu və həmin gün də şəhadətə yüksəldi. Mən oğlumun qəhrəmanlığı ilə fəxr edirəm.

Nicatım uşaqlıqdan mənim qəhrəmanım idi. Həmişə oğlumla qürur duyurdum. 2019-cu ildə Ağdam rayonunda hərbi xidmət keçdi, 1 il 6 ayını çox nümunəvi şəkildə başa vurdu. Balamla fəxr edirəm. Müharibədə olduğu vaxt qətiyyən bizim narahat olmağımızı istəmirdi, hey deyirdi ki, yerim rahatdır, məndən narahat olmayın, arxadayam. Nicat məni nə qədər arxayın salmaq istəsə də onun arxada yox, ön cəbhədə olduğunu bilirdim. Çünki mənim balam heç zaman arxada olmağa razı olmazdı".

Ana bildirdi ki, Nicat məktəbi bitirəndən sonra kollecə qəbul olsa da, ancaq kollecdə oxumayıb, rəssamlıq bacarığı olduğundan, arzusu hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmaq olub.

Asifə xanım deyir ki, oğlunun ən böyük arzularından biri  Dövlət Rəssamlıq Akademiyasına qəbul olub rəssam olmaq idi, amma bu arzusu həyata keçməyib.  

Nicat Qasımzadənin 2020-ci ilin 12 noyabrında doğulduğu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunduğunu deyən ana onu da qeyd etdi ki, oğlunun abidə kompleksi və xatirə bulağının açılışı da olub. Bu gün Nicatın təkcə iki bacısının qardaşı deyil, bütün Azərbaycan qızlarının qardaşı olduğunu deyən ana bildirdi ki, elə bir oğul anası olmaqla əbədi olaraq fəxr edir. Ana deyir ki, bütün tədbirlərdə Azərbaycan bayraqları ilə iştirak edir, çünki oğlu o bayraq uğrunda şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Nicat Qasımzadə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" , "Cəsur döyüşçü"medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Asifə xanım deyir ki, oğlunun bu medallarının hamısı ona əzizdir, çünki balasına dövlətin verdiyi qiymətdir. 

Respublika Xatirə Kitabı Redaksiyanın baş redaktoru Nəzakət Məmmədovaya və kollektivinə təşəkkür edən ana bildirdi ki, şəhidlərin adlarının əbədiləşdirilməsi onlar üçün böyük təsəllidir: "Bizim acımız unudulmazdır. Amma balalarımız haqda məqalələr yazılanda, onların adları bu cür kitablara salınanda, barələrində danışılanda bu bizə böyük təsəlli olur. Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət xanıma, o redaksiyanın bütün əməkdaşlarına minnətdarlıq edirik ki, övladlarımızı yaşadırlar. Bu bizə güc verir".

Bir barmaq kağıza, bir kitab səhifəsinə doğma balasına sarılırmış kimi sarılır şəhid anaları. Balalarının ətrini bu yazılardan alırlar. 

Biləsvar rayonun Zəhmətabad kəndinin bir neçə şəhid oğlu var və onların hər birinin məzarı biləsuvarlıların ziyarət yeridir...

Bir ana ürəyinə azacıq da olsun təsəlli ola bilmək böyük səadətdir. Biz o analara, o mərd, cəsur analara minnətdarıq ki, Nicat kimi qəhrəman oğullar böyüdüb Vətənə bəxş edirlər. 

20 bahar yaşayan Nicat həmişə 20 yaşında qalacaq və heç zaman unudulmayacaq...

İradə SARIYEVA
Biləsuvar-Bakı




VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910