Cümə axşamı günü, 17 iyul 2025
     

Hərbi əməliyyatlar barədə saxta məlumatları kimlər və hansı məqsədlə yaydılar...

Image

Elyar İslamoğlu: "Bu feyk xəbərləri yayanlar cəmiyyətdə təşviş yaratmağa, dövlətimizin və ordumuzun gücünə, qüdrətinə ləkə salmağa cəhd ediblər"

Bildiyiniz kimi, martın 31-də saxta müharibə xəbəri yayıldı. Heç bir əsası olmayan bu xəbəri elə işləyib yaydılar ki, az qaldı Azərbaycan ictimaiyyəti buna inansın. Tik-Tok-dakı 1-2 dəqiqəlik saxta xəbəri o şəkildə təqdim etdilər ki, Ermənistanın hücumu nəticəsində guya şəhidlərimiz var, müharibə, əks-hücum əməliyyatı başlayıb. 

Əlbəttə, bu saxta xəbəri hazırlayıb yayanların əsas məqsədi Azərbaycan cəmiyyətində xof yaratmaq və insanları narahat etmək olub.

Yeri gəlmişkən, bu xəbərin saxta olduğuna dair Medianın İnkişafı Agentliyi (MEDİA) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə açıqlama yayıb. Açıqlamada bildirilib ki, "TikTok" sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılıb.

Birgə açıqlamada vurğulanır ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir.

Açıqlamada hər iki qurum Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırıblar. 

"Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir" - deyə açıqlamada bildirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də mətbuata bildirilib ki, bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb. DİN-nin yaydığı məlumatda bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub. Onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

DİN vətəndaşları reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırıb, bu halların  qanunvericiliklə məsuliyyət yaratdığını bəyan edib.  

Hərbi əməliyyatlar barədə saxta məlumatları kimlər və hansı məqsədlə yaydılar?

"Ehtimal ki, onlar bunu xaricdə oturan və Azərbaycandakı stabilliyi, sabitliyi həzm edə bilməyən qüvvələrin maraqlarını təmin etmək məqsədilə..." 

Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu "Bakı-Xəbər"ə şərhində bildirdi ki, yayılan saxta məlumatın arxasında müəyyən qüvvələrin maraqları dayanır. Bu saxta məlumatı yayanların kimliyinin hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacağını deyən E.İslamoğlunun sözlərinə görə, onların hədəfi cəmiyyətimizdə hansısa xof, həyacan yaratmaq olub. "Bilirsiz ki, artıq o feyk xəbəri yayanlar saxlanılıb, onların bunu hansı məqsədlə etdiyi, kimlərin, hansı qüvvələrin sifarişi ilə həyata keçirdikləri araşdırma nəticəsində üzə çıxarılacaq. 

Bu məlumata mən də rast gəldim və feyk olduğunu ətrafımdakı insanlara da dedim. Sosial şəbəkələrdə, xüsusən də Tik-Tokda saxta xəbərlər çox yayılır. Tik-Tok-a kifayət qədər nəzarət olmadığı üçün orada saxta məlumatlar, təşviş, panika yaradan xəbərlər çox yayılır"-deyə E.İslamoğlu bildirdi.

O hesab edir ki, hərbi əməliyyatın başlaması ilə bağlı bu feyk xəbərləri yayanlar ola bilsin xarici xüsusi  xidmət orqanlarının təsiri altına düşən şəxslərdir. "Bu müxtəlif məqsədlərlə edilə bilər. Bir ictimaiyyət nümayəndəsi kimi ehtimallarımdan biri odur ki, ola bilsin, onlar xaricdən idarə olunurlar, xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər. Ehtimal ki, onlar bunu xaricdə oturan və Azərbaycandakı stabilliyi, sabitliyi həzm edə bilməyən qüvvələrin maraqlarını təmin etmək məqsədilə ediblər. 

Məqsədləri də həmin feyk xəbərləri yaymaqla arxa cəbhədə təşviş yaranmasına, hərbiçilərin, əsgəri xidmətdə olanların ailələrinin, yaxınlarının ciddi narahatlıq keçirməsinə nail olmaqdır. Onların bunu hansı məqsədlə etdiyi araşdırma zamanı daha dəqiq şəkildə üzə çıxarılacaq. 

Başqa bir ehtimal da odur ki, bəlkə kimsə "Tik-Tok"da öz səhifəsinin reytinqini yüksəltmək üçün bunu edib ki, guya bunlar məlumatlı şəxslərdir və bütün xəbərləri bunlar birinci paylaşır. Üçüncü ehtimal odur ki, bəzi şəxslər görür ki, Ermənistan tərəfdə sərhəddə hərbi sursat, hərbi texnika, qoşun yığma cəhdlərindən danışılır, belələri də "xəbəri" hamıdan tez vermə üçün belə ediblər. Hər üç hal qınanası haldır. Belələri barədə ciddi tədbirlər görülməlidir ki, başqalarına da görk olsun". 

Özü şəhid qardaşı olan E.İslamoğlu bildirdi ki, belə feyk xəbərlər şəhid ailələrinə, qazilərə mənfi təsir göstərir və onlar həmin hissləri təkrar yaşayırlar, eyni zamanda yaxınları hərbiçi olanlar, övladları ön cəbhədə xidmət edənlər də təşvişə düşür. "Həssas insanlar bu feyk xəbərlərdən çox narahat olurlar. Müharibə "anonsunun verilməsi" kimi xəbərlər belə insanları çox pis vəziyyətə salır. Artıq Daxili İşlər Nazirliyi açıqlama yayıb ki, bu saxta məlumatı yayan şəxslər aşkarlanaraq saxlanılıblar. Düşünürəm ki, gələcəkdə belə halların təkrar olunmaması üçün onlara sərt cəzalar verilməlidir. Düşünürəm ki, "Tik-Tok" sosial şəbəkəsinə də nəzarət etməyin artıq vaxtı çatıb. Çünki oradan həddən artıq çox feyk xəbər yayılır. Bu feyk xəbərləri yayanlar cəmiyyətdə təşviş yaratmağa, dövlətimizin və ordumuzun gücünə, qüdrətinə ləkə salmağa cəhd ediblər. Məqsədlərindən biri bu olub. Bu da Azərbaycan cəmiyyəti tərəfindən şiddətlə qınanılır"-deyə E.İslamoğlu qeyd etdi. 

Müsahibimiz onu da vurğuladı ki, Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələr hər zaman bu cür informasiya təxribatı ilə qarşımıza çıxa bilər, bu məsələdə cəmiyyət olaraq diqqətli olmalıyıq, yalnız rəsmi xəbərlərə inanmalıyıq. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910