Cümə günü, 30 may 2025
     

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında əsasnamə təsdiq edilib - FƏRMAN

Image

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturuku və əsasnaməsi təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin strukturu aşağıdakı kimidir:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Aparatı (şöbələr və sektorlar).

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və onun yerli bölmələri.

Agentliyin əsasnaməsi aşağıdakı kimidir:

1. Ümumi müddəalar

1.1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları, onların saxlanılmasını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıq istisna olmaqla), su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində (bundan sonra – müvafiq sahə) vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;

2.1.2. müvafiq sahədə dövlət tənzimləməsini və əlaqələndirməni həyata keçirmək;

2.1.3. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;

2.1.4. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.5. Azərbaycan Respublikasının ərazisində su təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görmək;

2.1.6. tabeliyindəki qurumların balansında olan su təsərrüfatı obyektlərinin təhlükəsiz istismarının və etibarlı mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək və onların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək;

2.1.7. Azərbaycan Respublikasının ərazisində yerüstü və yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparmaq;

2.1.8. su obyektlərinin mühafizəsi və onlardan istifadə üzərində dövlət nəzarətini həyata keçirmək;

2.1.9. torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə meliorasiya sahəsində xidmətləri inkişaf etdirmək, eləcə də suvarılan torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirmək;

2.1.10. su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirləri müəyyənləşdirmək və onların həyata keçirilməsini təşkil etmək;

2.1.11. su ehtiyatlarının inteqrasiyalı idarə olunmasını təmin etmək.

3. Agentliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan Respublikasının ərazisində yerləşən su təsərrüfatı obyektlərində, hidrotexniki qurğularda, su təchizatı sistemlərində, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə su obyektlərində monitorinqlərin, dövlət su kadastrının, yerüstü və yeraltı suların dövlət uçotunun aparılmasını təmin etmək;

3.1.2. su obyektlərindən təyinatına görə istifadə edilməsinə dair monitorinq aparmaq və müvafiq tədbirlər görmək;

3.1.3. suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlığın, müəssisələrin (və ya onların bir hissəsinin) və digər obyektlərin istismara buraxılmasının qadağan edilməsi barədə, habelə onların istismarının məhdudlaşdırılması, dayandırılması və fəaliyyətinin qadağan edilməsi ilə bağlı təkliflər vermək;

3.1.4. qanunla nəzərdə tutulmuş hallarda və qaydada su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin sanitariya mühafizə zonaları və dairələrinin rejiminin təyin edilməsi, tabeliyindəki qurum vasitəsilə su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunla nəzərdə tutulmuş sanitariya mühafizə zonalarının yaradılması və ona nəzarətin həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;

3.1.5. su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və onlardan istifadə qaydasının müəyyən edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə müvafiq tədbirləri həyata keçirmək;

3.1.6. yeraltı və yerüstü suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təmin etmək;

3.1.7. təbii fəlakət və texnogen qəzalar nəticəsində zədələnmiş və ya sıradan çıxmış su təsərrüfatı obyektlərinin bərpasına dair təkliflər hazırlamaq, sel və daşqın nəticələrinin aradan qaldırılması üçün su və su təsərrüfatı obyektlərinin tikintisi (bərpası) işlərinin həyata keçirilməsini təşkil etmək;

3.1.8. su təsərrüfatı tədbirlərini və su ehtiyatlarına Azərbaycan Respublikasının perspektiv tələbatını müəyyən etmək, su obyektlərinin mühafizəsini və onlardan səmərəli istifadəni təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə su ehtiyatlarından kompleks istifadə və həmin obyektlərin mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini hazırlamaq;

3.1.9. sudan qənaətlə istifadə olunması, o cümlədən itkilərin qarşısının alınması və içməli suyun keyfiyyətinin texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğunlaşdırılması ilə bağlı tədbirlər görmək;

3.1.10. tabeliyindəki qurumların balansında olan meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması obyektlərinin işlək vəziyyətdə saxlanılması üçün tədbirlər görmək;

3.1.11. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

3.1.12. su mühafizə zonalarındakı torpaqlardan istifadəyə qanunla nəzərdə tutulmuş qaydada razılıq vermək və bu ərazidəki fəaliyyətə nəzarəti təşkil etmək;

3.1.13. hidrotexniki qurğuların təhlükəsizliyinə təsir edən tikinti fəaliyyətini və konservasiya işlərini dayandırmaq barədə təkliflər vermək;

3.1.14. su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə həmin obyektlərdən (onların bir hissəsindən) istifadənin məhdudlaşdırılması, dayandırılması və qadağan olunması üçün tədbirlər görmək;

3.1.15. dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısını tərtib etmək;

3.1.16. su obyektlərinin istifadəçiləri və su istehlakçıları tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların uçotunun aparılmasına nəzarət etmək və bu məqsədlə istifadə olunan avadanlıq və cihazların vəziyyətinə dair aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə monitorinq aparmaq;

3.1.17. su obyektlərinin təyinatından asılı olaraq, suyun tələbata uyğun paylaşdırılması üçün tədbirlər görmək;

3.1.18. su ehtiyatlarından istifadə sahəsində proqnoz və layihələr hazırlamaq;

3.1.19. su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarlarının doldurulub-boşaldılma rejimlərini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə müəyyən etmək;

3.1.20. suların axım rejiminə, keyfiyyətinə və istifadəsinə dair məlumatların toplanılmasını və təhlilini təmin etmək;

3.1.21. təbii fəlakət və texnogen qəzalar nəticəsində su obyektlərində, meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərində baş vermiş qəzaların səbəblərinin müəyyənləşdirilməsində və bu qəzalar nəticəsində dəymiş zərərin qiymətləndirilməsində, habelə bərpa və yenidənqurma işlərinin təşkilində iştirak etmək;

3.1.22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinə dair rəy vermək;

3.1.23. aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə ölkə, su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının hazırlanmasını təmin etmək;

3.1.24. meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, tikintiyə icazə verilməsinə dair rəy vermək, tabeliyindəki qurum vasitəsilə tikinti obyektlərinin istismarına icazə üçün istismara hazır olması barədə sənədlər vermək;

3.1.25. daşqın və subasma zonalarının müəyyənləşdirilməsində iştirak etmək;

3.1.26. sulardan istifadə və onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş tələbləri pozan şəxslərə qarşı qanunla müəyyən edilmiş tədbirlər görmək;

3.1.27. müvafiq sahədə "Coğrafi İnformasiya Sistemi"nin (GİS) formalaşdırılmasını, aparılmasını və təkmilləşdirilməsini həyata keçirmək;

3.1.28. su ehtiyatlarının idarə edilməsi sahəsində müasir metodların tətbiqi üçün tədbirlər görmək;

3.1.29. transsərhəd su obyektlərinin, hidrotexniki qurğuların, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarının təmin edilməsi üçün tədbirlər görmək;

3.1.30. transsərhəd su obyektlərindən, hidrotexniki qurğulardan, meliorasiya və irriqasiya sistemlərindən istifadə sahəsində beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;

3.1.31. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunması üçün tədbirlər görmək;

3.1.32. sudan ödənişli istifadənin həyata keçirilməsini təşkil etmək;

3.1.33. qanunla nəzərdə tutulmuş qaydada su obyektlərindən balıqçılıq üçün istifadəyə razılıq vermək, sututarlar və ya onların müəyyən hissələrinin idman və həvəskar balıq və digər su bioresurslarının ovu üçün ayırmaq;

3.1.34. xüsusi qorunan su obyektlərinin ölkə, bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilməsi barədə təkliflər vermək;

3.1.35. meliorasiya, irriqasiya, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin pasportlaşdırılmasını həyata keçirmək, habelə meliorasiya və irriqasiya sistemlərinin kadastrını aparmaq;

3.1.36. hidrotexniki qurğuların dövlət reyestrini aparmaq;

3.1.37. dövlət mülkiyyətində olan meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması, qış otlaqlarının su təminatı sistemlərinin istismarını, sel və daşqınlara qarşı mübarizə tədbirlərini, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil etmək;

3.1.38. Sudan İstifadəedənlər Birliklərinin (bundan sonra – Birliklər) xidmət göstərdiyi ərazidə yerləşən torpaqların istifadəçiləri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinin və uzunmüddətli sazişlərə uyğun olaraq Birliklərin suvarma suyu ilə təchizatını tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.39. Birliklərin istifadəsində olan sistemlər istisna olmaqla, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.40. "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Birliklərin reyestrini aparmaq və onların fəaliyyətinə dövlət nəzarətini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.41. meliorasiya və irriqasiya sahəsində ölkə və regional miqyaslı proqramları hazırlamaq və həyata keçirmək;

3.1.42. su və su təsərrüfatı obyektlərindən götürülən suların bölüşdürülməsini və sudan istifadəyə nəzarəti strukturuna daxil olan qurum vasitəsilə həyata keçirmək;

3.1.43. suvarılan və meliorasiya olunmuş torpaqların uçotunu tabeliyindəki qurum vasitəsilə təşkil etmək və monitorinqini aparmaq;

3.1.44. meliorasiya və irriqasiya sistemlərinin layihələrinin dövlət ekspertizasını tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.45. suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətinə, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarına nəzarəti tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.46. tabeliyindəki qurumların balansında olan meliorasiya və su təsərrüfatı obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını, onların saxlanılmasını və qorunmasını təmin etmək;

3.1.47. sudan istifadə ilə bağlı dövlət tənzimləməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşdırılmasında iştirak etmək və bu sahədə təkliflər vermək;

3.1.48. qanunla nəzərdə tutulmuş qaydada tullantı sularının axıdılması üçün su obyektlərindən istifadə edilməsinə razılıq vermək və ya tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasını strukturuna daxil olan qurum vasitəsilə məhdudlaşdırmaq, dayandırmaq və ya qadağan etmək;

3.1.49. sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında, meliorasiya və irriqasiya sistemlərində qalaqların yaradılmasının, su axımının qarşısının özbaşına kəsilməsinin, göllərdən və limanlardan su buraxılmasının qarşısının alınması üçün strukturuna daxil olan qurum vasitəsilə tədbirlər görmək;

3.1.50. ölkə əhəmiyyətli və rayonlararası suvarma sistemləri üzrə sudan istifadəyə dair ümumsistem planlarını təsdiq etmək;

3.1.51. müəyyən müddət üçün sudan istifadə limitlərini tabeliyindəki qurum vasitəsilə müəyyən etmək, qanunla müəyyən edilmiş hallarda və qaydada su ehtiyatlarından istifadəyə icazə vermək;

3.1.52. hidrotexniki qurğuların təyinatı üzrə təhlükəsizlik bəyannamələrini strukturuna daxil olan qurum vasitəsilə təsdiq etmək;

3.1.53. su və meliorasiya sahəsində elmi-praktiki araşdırmalar aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, həmçinin bu sahədə texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını və tədqiqatların aparılmasını tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.54. su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin layihələndirilməsini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.55. su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini strukturuna daxil olan qurum vasitəsilə həyata keçirmək;

3.1.56. su təchizatı üçün suyun mənbədən götürülməsi, emalı, nəqli və satışı sahəsində fəaliyyəti təşkil etmək;

3.1.57. yağış və tullantı sularının toplanması, təmizlənməsi, təkrar istifadəsi, kənarlaşdırılması sahəsində fəaliyyəti tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.58. "Elektron su təsərrüfatı" informasiya sisteminin fəaliyyətinin təşkilini, idarə olunmasını və təkmilləşdirilməsini təmin etmək;

3.1.59. müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılması üçün təkliflər vermək;

3.1.60. müvafiq sahədə dövlət proqramlarının hazırlanmasında iştirak etmək;

3.1.61. müvafiq sahənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərinə uyğun proqnoz və layihələrin hazırlanmasını təşkil etmək;

3.1.62. müvafiq sahədə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasını təşkil etmək;

3.1.63. müvafiq sahə üzrə tövsiyə xarakterli metodiki sənədlər hazırlamaq və onları təsdiq etmək;

3.1.64. müvafiq sahə üzrə statistik uçot aparılmasını təmin etmək;

3.1.65. müvafiq sahə üzrə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.66. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və qanunla qadağan olunmayan digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.67. müvafiq sahədə elektron xidmətlərin təşkilini təmin etmək;

3.1.68. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.1.69. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;

3.1.70. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.71. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.72. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.73. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.1.74. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.75. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

4.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.1.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti orqanları (qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

4.1.5. müvafiq sahəyə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunması üçün aidiyyəti üzrə təkliflər vermək;

4.1.6. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.7. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

4.1.8. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.9. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanı (qurumu) Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Agentliyin strukturunu, Agentliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Sədr Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Sədrin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi birinci müavini və 3 (üç) müavini vardır. Sədrin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Sədr:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Agentliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (və ya əsasnamələrini) təsdiq edir, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Agentliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

5.5.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində onların gəlir və xərclər smetasını təsdiq edir;

5.5.5. Agentliyin Aparatının işçilərini, habelə strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini, onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.6. Agentliyin strukturuna daxil olan qurumların digər işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir;

5.5.7. Agentliyin işçilərinə, strukturuna daxil olan qurumların rəhbərlərinə və onların müavinlərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir, habelə xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

5.5.8. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Agentlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.9. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

5.5.10. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Agentlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarının icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.11. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları (qurumları) ilə, hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla münasibətdə Agentliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.5.12. Agentliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.13. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir.

5.6. Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.7. Sədr öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını birinci müavininə və ya müavinlərindən birinə həvalə edə bilər.

5.8. Agentlikdə sədrdən (Kollegiyanın sədri), sədrin birinci müavini və müavinlərindən, Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanının (qurumunun) rəhbərindən və Agentliyin digər rəhbər işçilərindən ibarət tərkibdə Kollegiya yaradılır. Agentliyin Kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

5.9. Agentliyin Kollegiyası üzvlərinin sayını və tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.10. Agentliyin Kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

5.11. Agentliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Agentliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Agentliyə tapşırılmış konkret normativ hüquqi aktları;

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

5.11.5. sədrin təşəbbüsü ilə Agentliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulan normativ hüquqi aktları;

5.11.6. bu Əsasnamənin 5.11.1 – 5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Agentliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktları ləğv edən və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.

5.12. Agentliyin Kollegiyasının iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.13. Agentliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, sədr bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Agentliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.14. Agentliyin Kollegiyasının iclaslarına digər dövlət orqanlarının (qurumlarının), habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər.

5.16. Agentlikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyin və ya onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.



VİDEO

SON XƏBƏRLƏR

29.05.2025 / 22:31
Ceyhun Bayramov amerikalı senator Stiv Deynslə görüşüb

29.05.2025 / 22:18
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

29.05.2025 / 21:32
Azərbaycan-Türkiyə-Pakistan üçbucağında yeni regional güc mərkəzi formalaşır...

29.05.2025 / 21:17
Paşinyanın yeni alternativi tapıldı - Moskvaya "emissar səfərləri" başladı...

29.05.2025 / 21:04
Avropa Birliyi Macarıstandan müstəqil siyasətin qisasını alır...

29.05.2025 / 20:50
Azad edilmiş Laçından mesajların əsas istiqaməti - “lazımi ünvan”...

29.05.2025 / 20:44
Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda Azərbaycan ərazilərində mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı sənədlər tədqiq edilib - FOTO

29.05.2025 / 20:37
Əmiraslanov dedi və dəstək aldı - 65 tibb işçiləri üçün nə yaşdır ki...

29.05.2025 / 20:23
Tramp Əliyevin sülh, enerji və təhlükəsizlik kursunu tam dəstəklədi... Ziyanlı Bayden mərhələsi bitdi...

29.05.2025 / 20:10
Ukrayna sərbəst şəkildə Sibir şəhərlərini də vura bilər - dünya izn verdi...

29.05.2025 / 19:58
Hamı İrəvana nazirini göndərdi - Fiko özü gəldi...

29.05.2025 / 19:45
Laçın görüşü - Dehlidə İrəvanla gizli Zəngəzur müzakirələrinin üstü açıldı...

29.05.2025 / 19:32
Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

29.05.2025 / 19:31
Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

29.05.2025 / 19:18
İbadət yerlərinin "rəislərini" QMİ yox, Komitə təyin edəcək - nə fərqi var?

29.05.2025 / 19:10
Vüqar Rəhimzadə: Azad Laçın Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz dostluğunun rəmzinə çevrildi

29.05.2025 / 19:05
Ermənistan delimitasiya danışıqlarının dalandan çıxmasına imkan vermir...

29.05.2025 / 18:51
Niyə məhz 28 Mayda, niyə məhz azad Laçından? - Bir proses başladı...

29.05.2025 / 18:44
Üç qardaş ölkənin strateji əməkdaşlıq modeli - Əhliman Əmiraslanov yazır...

29.05.2025 / 18:38
Bu həqiqətən böyük ədalətsizlik olub - erməni mediası İlham Əliyevdən sitatlar gətirir...

29.05.2025 / 18:31
"Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı" - Zərərçəkmiş şəxs

29.05.2025 / 18:25
Üçtərəfli hərbi əməkdaşlıq böyük məkanda sülhü təmin edir - Laçında düstur müəyyən edildi...

29.05.2025 / 18:11
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli müttəfiqlik və müdafiə sazişi... Proses başlanıb...

29.05.2025 / 17:57
Qərbi Zəngəzurda vəziyyət Müdafiə Nazirliyini xüsusi bəyanata məcbur etdi...

29.05.2025 / 17:56
Sadır Japarov Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 17:49
Ermənistan parlamentinin sədri: "Müharibə olmayacaq, sülh olacaq”

29.05.2025 / 17:47
Uşaqları təhlükəli informasiyalardan qorumalıyıq!

29.05.2025 / 17:38
Azərbaycan, Türkiyə və Pakistan arasında 3 müasir mövzuda əməkdaşlıq başladı...

29.05.2025 / 17:25
Azad edilmiş rayonlarımızda dəfnə icazə verildi - Laçın ilk oldu...

29.05.2025 / 17:20
Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - İrandan da dəstək gözləyirik...

29.05.2025 / 17:18
Kinematoqrafiya istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları hazırlanacaq - SƏRƏNCAM

29.05.2025 / 17:12
İsrail səfiri Holokostu təhqir edən ermənilərlə dostluq qurur... - VİDEO

29.05.2025 / 17:10
Daha 41 ailə Laçının Bəylik kəndinə köçürüldü

29.05.2025 / 17:05
Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı sammitin keçirilməsini təklif etdi

29.05.2025 / 17:02
Xorvatiyanın Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

29.05.2025 / 16:53
Xan Tanrı/Xan Tenqri dağı ətəklərində soyqırım faciələri...

29.05.2025 / 16:34
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda şəhid ailələrini və Culfada 100 yaşlı sakini evlərində ziyarət edib

29.05.2025 / 16:33
28 May Müstəqillik gününə həsr olunmuş konsert keçirilib

29.05.2025 / 16:29
Prezident Ərdoğan İranı Zəngəzur dəhlizini dəstəkləməyə çağırdı

29.05.2025 / 16:28
Suriyalı iş adamı Ukraynanı on minlərlə pilotsuz təyyarə ilə təmin edir

29.05.2025 / 16:21
Əbdülxaliq Hüseynovun “sən azadsan ” laylası

29.05.2025 / 16:07
Araz Musayevin Antalyada bıçaqlanması ilə əlaqədar 6 nəfər saxlandı

29.05.2025 / 15:50
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

29.05.2025 / 15:26
Oman Sultanı Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 15:25
"Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən istifadə edirdilər" - Aprel döyüşlərində yaralanmış hərbçi

29.05.2025 / 14:19
Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayətin üstünü açdı...

29.05.2025 / 14:04
İran Azərbaycana Biləsuvar gömrük məntəqəsinin iş saatının artırılmasını təklif etdi

29.05.2025 / 13:50
DİN narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirdi

29.05.2025 / 13:25
Prezident İlham Əliyev BƏƏ-nin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib - FOTO

29.05.2025 / 13:18
Hərbi qulluqçumuz Kəlbəcərdə minaya düşdü

29.05.2025 / 13:10
Азербайджан жестко ответил Лаврову! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

29.05.2025 / 12:53
İsrailin İrəvandakı səfiri İlham Əliyevdən nümunə götürsəydi, çox yaxşı olardı...

29.05.2025 / 12:45
Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - RƏSMİ AÇIQLAMA

29.05.2025 / 12:38
Müdafiə Nazirliyi Ermənistanın yalanını ifşa etdi - növbəti təxribatlarına zəmin yaratmağa cəhd edirlər

29.05.2025 / 12:26
“Lavrovun Ermənistana səfəri də Sünikdə konsulluğun açılması məsələsini həll etmədi”

29.05.2025 / 12:25
Moskva münaqişəyə son qoymaq planını ABŞ-la bölüşməkdən imtina etdi

29.05.2025 / 12:13
Laçından kimlərə tarixi mesajlar verildi?

29.05.2025 / 12:04
ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələdi

29.05.2025 / 12:04
Ağdam sakini göbələk zəhərlənməsindən öldü

29.05.2025 / 12:00
Mask Trampın daxili xərclər haqqında qanun layihəsindən narazılığını bildirdi

29.05.2025 / 11:55
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

29.05.2025 / 11:41
Bakıda 5 tondan çox narkotik vasitə yandırılaraq məhv edilib

29.05.2025 / 11:28
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində olmadığını bildirdi

29.05.2025 / 11:22
“Rusiya Gürcüstanda təsirini artırır, Ermənistanla münasibətlər pisləşir”

29.05.2025 / 11:13
"815” Çağrı Mərkəzinə aprel ayı ərzində 13 minə yaxın zəng daxil olub

29.05.2025 / 11:06
BƏƏ şirkətinə 50 milyon dollar investisiya yatırıb - Fond açıqlama yaydı

29.05.2025 / 11:03
Putinin yeni yeni tələbləri sadəcə absurddur - CANLI

29.05.2025 / 11:00
Türkiyə mediası Ərdoğanın Laçın səfərindən yazır

29.05.2025 / 10:35
Bu Hollivud ulduzu ilə şəkil çəkdirmək 550 dollardır...

29.05.2025 / 10:26
52 nəfər şübhəli saxlanılıb - polis

29.05.2025 / 10:20
Şabran sakini yol qəzasında öldü

29.05.2025 / 10:16
"Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndiririk" - ABŞ rəsmisi

29.05.2025 / 10:09
Cənubi Koreyada təyyarə qəzası olub - 4 nəfər itkin düşüb

29.05.2025 / 10:05
Ərdoğan ABŞ-a gedir? - Hakan Fidandan açıqlama

29.05.2025 / 10:02
Həftəsonu 45 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

29.05.2025 / 10:00
Xətai rayonunun bir hissəsi 4 saat işıqsız qalacaq

29.05.2025 / 09:46
Liseylərə qəbulla bağlı bu qadağa aradan qaldırıldı

29.05.2025 / 09:30
"Zadəganlar" Konfrans Liqasının qalibi oldu

29.05.2025 / 09:22
Almaniyadan Rusiyanı qəzəbləndirəcək QƏRAR

29.05.2025 / 09:13
Mask Ağ Evi tərk edir: -“Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”

29.05.2025 / 09:12
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Laçına səfərindən görüntülər paylaşılıb - VİDEO

Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678