Şənbə günü, 31 may 2025
     

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradıldı

Image

Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu təsdiq edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb.

Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilib.

Agentliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:

bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti;

bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti;

tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu;

tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti;

tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu "Azdövsutəslayihə"nin və tabeliyindəki "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu.

Müəyyən edilib ki, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti, Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini, su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən Agentliyin strukturuna daxil olan qurumdur;

Regional Su Meliorasiya Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu su və meliorasiya sahəsində fundamental və tətbiqi tədqiqatlar həyata keçirən publik hüquqi şəxsdir;

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsini və əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini təmin edən, habelə su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin inşası, yenidən qurulması, bərpası ilə bağlı satınalmaları təşkil edən publik hüquqi şəxsdir;

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin layihələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir;

bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır;

bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, habelə onların fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

bu Fərmanın 5.2-ci, 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti onların fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamə fondu onların çevrilmə yolu ilə yenidən təşkil olunduqları qurumların əmlakı (bu Fərmanın 8.1.6.1-ci və 8.1.6.2-ci yarımbəndləri nəzərə alınmaqla) hesabına formalaşır.

Bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

yenidən təşkili və ləğv edilməsi;

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

idarəetmə orqanlarının yaradılması;

Agentliyə:

bu Fərmanın 7.1-ci və 7.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

dörd ay müddətində:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmanın 5-ci və 6-cı hissələri nəzərə alınmaqla, mühafizə olunmalı həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ilə əlaqədar təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmanın 1–6-cı hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

"Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsinin yeddinci abzasına uyğun olaraq, meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən aşağıdakı dövlət əmlakının balansdan balansa verilməsi ilə bağlı tədbirlər görsün:

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə xidmət göstərən su təchizatı və tullantı suları sistemləri üzrə) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansına;

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın və bu Fərmanın 8.1.6.1-ci yarımbəndi nəzərə alınmaqla "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin balansındakı digər əmlakın Regional Su Meliorasiya Xidmətinin balansına;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Agentlik:

bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındıqdan sonra onların strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

bu Fərmanın 10.2-ci bəndi nəzərə alınmaqla, Agentliyin cari ildə fəaliyyətinin təşkili üçün zəruri maliyyələşməni təmin etsin;

bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılan Xidmətin və bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin cari ildə fəaliyyətinin təşkili məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşməni təmin etsin;

Agentliyin, bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılan Xidmətin, habelə bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun;

qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətləri (tarifləri) artırıldığı hallarda, fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin fəaliyyətinin təşkili məqsədilə zəruri əlavə maliyyələşməni təmin etmək üçün tədbirlər görsün.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

30.05.2025 / 13:06
Dəmir yolundan oğurluq edənlər saxlandı

30.05.2025 / 12:55
Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb - Müdafiə Nazirliyi...

30.05.2025 / 12:43
"Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur" - PA rəsmisi

30.05.2025 / 12:30
Azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

30.05.2025 / 12:29
"Naxçıvanda keçirilən konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq" - Əhməd İsmayılov

30.05.2025 / 12:16
Suriyadan 7 milyard dollarlıq enerji müqaviləsi

30.05.2025 / 12:08
"Naxçıvanda yerli gəlirlər artıb" - Prezidentin səlahiyyətli nümayəndəsi mühüm faktlar açıqladı

30.05.2025 / 12:03
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu

30.05.2025 / 12:00
Azərbaycanda nə qədər Türkiyə şirkəti fəaliyyət göstərir? - səfir açıqladı

30.05.2025 / 11:59
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

30.05.2025 / 11:57
“Paşinyanın açıqlaması tərəfdaşlarının belə xoşuna gəlmədi”

30.05.2025 / 11:55
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik etdi

30.05.2025 / 11:51
BMT Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayıb

30.05.2025 / 11:44
Putin Paşinyanı “verbovka” edib - İrəvanda separatçılar üçün meydan açılır...

30.05.2025 / 11:26
Bir gündə bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

30.05.2025 / 11:23
Serj Sarkisyanın 3 milyon dollar rüşvət almasıyla bağlı iş məhkəməyə göndərildi

30.05.2025 / 11:21
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

30.05.2025 / 11:18
Katalikos Paşinyanın “şkaf” sözündən bərk qəzəbləndi

30.05.2025 / 11:14
" 92 milyon iş yerləri ləğv olunacaq, 170 milyon yeni iş yeri yaranacaq" -nazir müavini

30.05.2025 / 11:06
Milli Məclis iclas keçirir, 10 məsələ müzakirə olunacaq

30.05.2025 / 11:00
Ayan Məmmədli – Vətənimin musiqilərini dünyada tərənnüm etməkdən qürur duyuram!

30.05.2025 / 10:51
Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

30.05.2025 / 10:50
ABŞ Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş məsləhətçisi Azərbaycana gəlib

30.05.2025 / 10:18
Pentaqon ŞOKDA! - məxfi məlumatları xaricə ötürməyə cəhd etdilər

30.05.2025 / 10:14
Mingəçevir sakini Kürdə boğulub

30.05.2025 / 10:06
Tramp paylaşım edib, hakimlərə qəzəbləndi

30.05.2025 / 10:00
Bu gün Sabunçunun bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.05.2025 / 09:28
Ağsuda “Mercedes" aşıb, sürücü xəstəxanada ölüb

30.05.2025 / 09:25
Təhsil sistemində ömrü bir neçə gün çəkən düşünülməmiş qərarlar necə meydana çıxır? - Liseylər...

30.05.2025 / 09:20
Bu gün Mirzə Ələkbər Sabirin doğum günüdür

30.05.2025 / 09:18
Ceki Çan qara kəmər alıb

30.05.2025 / 09:13
Balakəndə narkotika satan qadın həbs edildi

30.05.2025 / 09:09
Millimiz bu gün yarımfinal oyununa çıxır

30.05.2025 / 09:02
Trampın bu addımı ABŞ-a 50 milyard dollar qazandırıb - Ağ Ev

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678