Avropa İttifaqı Azərbaycanın sərt tənqidinə belə cavab verdi....
Avropa ittifaqı Azərbaycan XİN- ə cavab verib.Bundan əvvəl Azərbaycan Avroittifaqın Ermənistana dəstəyini gərginliyi artırmaq məqsədi daşıdığını bildirmişdi. Avroittifaqın rəsmi nümayəndəsi Piter Stano bununla bağlı müsahibə verib. Stano deyib ki, birtərəfli hərbi addım atan Avropa İttifaqı deyil. Birtərəfli addım Dağlıq Qarabağda atıldı və ermənilər bölgəni tərk etməyə vadar edildi .Azərbaycanı ittiham edir. Avropa İttifaqından daha bir ermənipərəst mövqe deyilmi?
Stano sonra deyib ki, Azərbaycan da, Ermənistan sa bizə gəlib demişdilər ki, Rusiya ədalətli vasitəçi deyil və biz sizinlə işləmək istəyirik. Yalana baxırsız?
Stano daha sonra deyib ki, Rusiya Ermənistanın qarşısında öhdəliklərini yerinə yetirmədi.Baxırsınız? Adama deyərlər sənin nə borcuna ki, Rusiya Ermənistanın qarşısında borcunu yerinə yetirmədi? Hesab edirsən ki, Rusiya öhdəliklərini yerinə yetirərək Ermənistanın tərəfində Azər aycana savaş açmalı idi?!...
Başdan ayağa qərəzli, ermənipərəst bir müsahibə...
Namiq Quliyev