Makron Qərbi daha dəhşətli müharibəyə sürükləyir - NATO Moldovaya, Rusiya isə Dnestryanıya ordu yığır...
Rusiya ilə Qərb arasında artan gərginlik fonunda Avropada daha bir kritik bölgə olan Moldova-Dnestryanı xəttində sürətlə müharibə təhlükəsi yetişir. Rusiya Dnestryanıya əsgər və silah göndərir, NATO və Qərb ölkələri isə Moldovada yeni hərbi bazalar tikir.
Türkiyə-Moldova Dostluq Dərnəyinin sədri Rafet Köksal bildirib ki, Moldovanın başına gətirilən Mayo Sando Makronla gizli razılaşmalar əldə edərək ölkəni Qərbin döyüş bazasına çevirir. O, bildirib ki, NATO-nun bölgədə iki min rəsmi əsgəri var, lakin Avropa və ABŞ-dan ekspert statuslu yüzlərlə əsgər Moldovadadır və gərgin təlim işləri davam edir. Bundan əlavə, ölkəyə yeni raketlər, döyüş gəmiləri, təyyarələr, silah və sursatlar daşınır. Digər tərəfdən Rusiya Dnestryanı bölgəni silahlandırır. "Regionda qeyri-adi gərginlik hökm sürür və mənfi enerji formalaşırılır. Rusiyanın Avropaya addım atacağı bu nöqtədə bir növ qiyamət ssenarisi hazırlanır. Hər iki tərəfin nüvə və kimyəvi imkanları nəzərə alındıqda, bu toqquşmanın ciddiliyi daha aydın görünür" - Köksal bildirib.
Tahir TAĞIYEV