Dani Alveşin başı dərddə: indi də bəstəkarlar onu məhkəməyə verirlər
Zorlama ittihamı ilə 4,5 il həbs cəzasına məhkum edilən və bir neçə gün əvvəl zaminə buraxılan Dani Alveş müəllif hüquqlarının pozulması ilə bağlı növbəti dəfə məhkəmə qarşısına çıxacaq. AS nəşrinin yazdığına görə, 2020-ci ildə Alveş koronavirus pandemiyası ilə bağlı dezinformasiyaya qarşı mübarizəyə yönəlmiş layihədə iştirak edərkən "Aviao" adlı mahnı hazırladıb. Mahnının müəllifləri arasında bir neçə tanınmış sənətçi var, lakin iki braziliyalı bəstəkar Gilano Mateus və Tiaqo Mateus, Alveşin onların adlarını mahnının yaradıcıları siyahısından çıxardığını iddia edib. Artıq braziliyalı futbolçunun vəkilləri növbəti məhkəmə üçün hazırlığa başlayıblar.
Mətləb