Ursula fon der Lyayenin nəslini Hitlerlə nə bağlayır?- SS generalının taleyi....
Avropanın sosial şəbəkə seqmentlərində Avropa Komissiyasının məşhur sədri Ursula fon der Lyayen barədə əsil şok effektinə malik sensasiyalı məlumatlar yayılıb.O qədər konkret sübutlar gətirilib ki, inanmamaq olmur.
Məlumatlara görə xanımın nənəsi və babası Hitlerin "çt" - si ilə yaxından əməkdaşlıq ediblər.Deyilir ki, babası Karl Albrext Oberq SS generalı olub, əvvəlcə Polşada, sonra isə Parisdə minlərlə yəhudinin qətlində təşkilatçılıq edib.Məlumatların içində Ursulanın nənəsinin Hitlerlə çox isti formada əl- ələ görüşdüyünü göstərən foto da var.Ən şokedici isə budur ki, Ursula xanımın öz imzası ilə bu fotonun altında belə bir epiqraf da yer alıb:" Nənəm sevincdən uçur, düz bir ay Hitlerin əlinə toxunmuş əlini sabunla yumayıb "...
Həssas durumdur.
Evronyus televiziyası araşdırma apararaq əks mənzərəni üzə çıxardığını iddia edir. Araşdırmalar bu nəticəyə gəlib ki, Karl Albrext Oberq adlı SS generalı həqiqətən Hitlerin qatillərinin biri olub. Lakin onun Ursulanın babası olmadığı iddia edilir. Deyilir ki, Ursulanın babasının da adı Karl Albrext olub , lakin 1920 - ci illərdə təbabəti öyrənib, 2- ci Dünya müharibəsində isə hərbi həkim olduğu iddia edilir. Ursulanın atası, yəni bu Karl Albrextin oğlu Ernest Albrext isə Avropa Birliyinin rəqabət məsələləri üzrə baş direktoru olub, daha sonra isə Saksoniya torpağının başçısı olub.
İndi gələk Hitlerin əlini öpən qadına. Bu kimdir?
Araşdırılıb ki, Hitlerlə fotosu olan qadın da Ursulanın nənəsi deyil, həmin foto 1936- ci il oktyabrın 3- də Byukeburqda çəkilib və fotodakı şəxs Xildeqard Zantop adlı qadındır, onun isə Ursula Lyayenlə heç bir qohumluğunun olmadığı iddia edilir.
Bəs qəti həqiqətlər haradadır? SS generalı ilə bağlılıq həqiqətdir, ya iyun ayında Avropa parlamentinə keçiriləcək seçkilərdə Avropa Xalq Partiyasının lideri , hazırda həm də Avropa komissiyasının sədri postunu tutan Ursula fon der Lyayenin partiyasının və özünün seçki kampaniyasına qarşı "kompladır"?...
Zamana buraxaq....Ancaq "od olmayan yerdən bu qədər tüstünün niyə çıxması" məsəli havadanmı yaranıb??....
Nahid Salayev