Lavrov Paşinyanı "bombaladı"
Rusiya xarici işlər naziri Sergey Lavrov “İzvestiya” qəzetinə müsahibəsində Ermənistan barədə danışıb. Qocaman diplomat baş nazir Nikol Paşinyanı ikitərəfli münasibətlərin pozulmasında ittiham edib.
“Müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazir Nikol Paşinyanla da danışmışam. Mənə elə gəlirdi ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avropa İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana nə fayda gətirəcəyini hələ də başa düşür.
Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, bizə Avropa İttifaqına daha çox bel bağlamaq lazımdır. Onların sözlərinə görə, KTMT guya respublika qarşısında öz öhdəliklərini yerinə yetirmir”, - rusiyalı nazir bildirib.
Mətləb