Bazar günü, 15 iyun 2025
     

Azərbaycanlı miqrantların Rusiyadan böyük köç təhlükəsi?...

Image

Məlum olduğu kimi, Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi miqrantlarla müqavilə bağlamaq müddətinin iki ilə qədər məhdudlaşdırılmasını təklif edib. Belə ki, nazirliyin təklif etdiyi qanun layihəsi normativ hüquqi aktların layihələrinin federal portalında dərc olunub.

Sənəddə deyilir: "İşəgötürənlər Rusiya Federasiyasının ərazisində qanuni yaşayan 18 yaşına çatmış əcnəbi vətəndaşları məqsədli mütəşəkkil işə qəbul qaydasında işə cəlb etmək hüququna malikdirlər. Əcnəbi vətəndaşın müvafiq qaydada alınmış iş icazəsi olmalıdır. Əcnəbi vətəndaşa iş icazəsi onunla bağlanmış əmək müqaviləsi müddətinə, lakin iki ildən çox olmamaq şərti ilə verilir". Həmçinin əmək miqrantlarından 30 gün ərzində işəgötürənə rus dilini, Rusiya tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmələrini təsdiq edən sənədi təqdim etmələri tələb olunacaq. Sənəd layihəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsi də nəzərdə tutulur. Bu zaman əcnəbi işçi 30 gün ərzində yeni əmək müqaviləsi bağlamazsa, göstərilən müddətdən sonra Rusiyanı tərk etməli olacaq. Məsələyə ölkə prezidenti Vladimir Putin də Baş Prokurorluğunun kollegiya iclasında toxunub. O qeyd edib ki, Rusiyada miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır. Putin Baş Prokurorluğa qabaqlayıcı anti-kriminal, o cümlədən miqrasiya sahəsində tədbirlər sistemi üzərində düşünməyi tapşırıb. O, həmçinin, prokurorluq işçilərini təhsil müəssisələrində və uşaqların istirahət yerlərində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməyə çağırıb. Beləliklə, Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsilə miqrant axınına nəzarətin sərtləşdirilməsi istiqamətində işləri sürətləndirir. Rusiya Xarici İşlər Nazirliyindəki mənbə isə iddia edir ki,  miqrant axını terrorizmdən ayrı bir mövzudur və bu mövzuya dövlət qurumları tərəfindən son illərdə sistemli şəkildə toxunulur: "Söhbət prosesə daha çox təşkilatçılıq əlavə etməkdən, gəlmələrin miqrasiya qanunvericiliyimizə riayət etmələrinə nəzarətin gücləndirilməsindən gedir. "Crocus"da baş verən faciə, görünür, bu işin sürətləndirilməsinə təsir edəcək". Bütün bunların fonunda Rusiya Dövlət Dumasında miqrantların ölkəyə girişinin məhdudlaşdırılması təklif olunur. Rusiya media orqanlarında isə miqrant siyasətinə yenidən baxmaqla bağlı çağırışlar var. Rusiyanın rəsmi qurumlarının məlumatına görə, hazırda bu ölkədə qonşu ölkələrdən olan 18 milyon əmək miqrantı rəsmi qeydiyyatdadır. 

Bu halda Rusiyada xeyli sayda miqrant soydaşımızın çalışdığı nəzərə alınarsa, bu o deməkdir ki, baş verənlər ölkəmizə də təsir edəcək. Miqrasiya orqanlarının məlumatına əsasən, 2023-cü ildə Azərbaycandan Rusiyaya işləmək üçün 100 min nəfər gedib. Bu, əvvəlki illərlə müqayisədə təqribən 15 faiz azdır. Bəzi müşahidəçilərin fikrincə, Rusiyada qanunsuz işləyən miqrantlar, o cümlədən də Azərbaycandan gələnlər ciddi problemlərlə qarşılaşa bilər. Onlar deyirlər ki, 1999-cu ildə Moskvada baş verən terrordan sonra məhz miqrantlarla bağlı müəyyən çətinliklər yaranmışdı. Moskva şəhərində 10 ildən çoxdur taksi sürücüsü işlədiyini bildirən Anar Quliyev adlı soydaşımız "Azadlıq" radiosuna bildirib ki, artıq  Azərbaycana qayıtmaq qərarı alıb. Onun vurğulamasına görə, son hadisələrdən sonra bəzi taksi sifariş edən şəxslər sürücünün kimliyinə, haradan olmasına baxırlar: "Ola bilsin ki, bu müvəqqətidir, amma gəlir də azalıb, adama da pis təsir edir. Onsuz da son vaxtlar gəlir ikiqat azalmışdı, evə az pul göndərirdim. İndi daha pis olub. Qərar verdim ki, Azərbaycana qayıdım". O da faktdır ki, Rusiyada miqrantların deportasiyası da artıq müzakirə olunan məsələlərdən biridir. Amma o da nəzərə alınmalıdır ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qalxıb. Azərbaycanlı miqrantlar orada, əsasən ticarət sahəsində çalışırlar və onlarla bağlı indiyə qədər hər hansı ciddi narahatedici məqamlar ortaya çıxmayıb. Bundan öncə isə Rusiyada qanunvericiliyə edilən dəyişikliyə əsasən, qeydiyyata düşməyən miqrantlara ölkə ərazisində avtomobil idarə etmək, mobil nömrəyə, bank hesabına sahib olmaq, banklar vasitəsilə pul köçürmək, daşınmaz əmlak almaq, hətta yerli vətəndaşlarla nikaha girmək qadağan olunub. Bundan əlavə, Rusiya vətəndaşlığı alıb hərbi qeydiyyata düşməyən şəxslərin müəyyənləşdirilməsi üçün Daxili İşlər Nazirliyi qüvvələrinin reydləri davam edir. Ölkənin müxtəlif yerlərində Mərkəzi Asiya miqrantlarını hədəfləyən ksenofobiya halları da özünü qabarıq büruzə verir. Onu da qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova vətəndaşlarının Rusiya vətəndaşlığına qəbulunu sadələşdirib. Bununla bağlı fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər. Belarus vətəndaşları Rusiya vətəndaşlığına qəbul üçün ərizə ilə yanaşı, yaşayış icazəsi və şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Qazaxıstan və Moldova vətəndaşları üçün ərizə verərkən ölkədə müəyyən edilmiş beş il yaşayış müddətinə  riayət etmək, Rusiya tarixini və qanunvericiliyini bilmək məcburi olmayacaq. Ancaq rus dilini bilmək tələbi onlar üçün hələ də qüvvədə qalır. Bu ölkələrin vətəndaşları da rus dilini bilmələrini təsdiq edən sertifikat təqdim etməlidirlər. 

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

15.06.2025 / 04:15
İrana sızan MOSSAD agentləri raketlərlə Tehranda SEPAH hədəflərini vurdu… - VİDEO

15.06.2025 / 02:26
İran Hayfada İsrailin ən böyük neft emalı zavodunu vurdu

15.06.2025 / 01:44
İran İsrailin iki şəhərinə ballistik raket hücumlarına başladı… - VİDEO

15.06.2025 / 01:34
İsrail Tehranın əsas yanacaq anbarını bombaladı… - VİDEO

15.06.2025 / 00:15
Trampın ad günü paradı ilə eyni anda 50 ştatda güclü etirazlar da keçiriləcək...

15.06.2025 / 00:11
Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib - FOTO

14.06.2025 / 23:21
İsrailin İrana hücumu nəticəsində 30 azərbaycanlı əsgər və bir Qızıl Aypara üzvü həlak oldu

14.06.2025 / 23:15
Beyləqanda bazar yanması və Xaçmazdakı qasırğa riyazi yolla Qurana bağlanır – İLAHİ XƏBƏRDARLIQ

14.06.2025 / 23:12
İran şahının oğlu və Netanyahu iranlıları rejimə qarşı üsyana çağırdılar

14.06.2025 / 22:54
İran İsrailin daha 10 qırıcısını vurdu…

14.06.2025 / 22:33
İsrail İranın ən böyük təbii qaz yatağını bombaladı…

14.06.2025 / 21:09
Pakistan İsraillə bağlı müsəlman ölkələrinə çağırış etdi - Birləşməsək, biz də İranın taleyini yaşayacağıq

14.06.2025 / 20:42
Azərbaycan və Türkiyə prezidentləri İran-İsrail gərginliyini müzakirə etdi...

14.06.2025 / 20:34
İran bölgədəki ABŞ bazalarının da vurulacağını açıqladı…

14.06.2025 / 20:03
“Yaxınlarda elə bir raket atacağıq ki, dünya şoka düşəcək” - SEPAH komandanı…

14.06.2025 / 19:25
İrandan Rusiyaya "təzə qarpız" adı ilə 200 kq-dan artıq narkotik aparan maşın Astarada "ilişdi"... - FOTO

14.06.2025 / 19:01
"Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil" - Ceyhun Bayramov Ərağçi ilə danışdı

14.06.2025 / 18:44
İsrail İranın Hava Hücumundan Müdafiə sistemini sıxışdırdığını təsdiq etdi

14.06.2025 / 18:43
Mangistau vilayətindəki neft yatağı 150 milyon tengeyə çinlilərə verildi

14.06.2025 / 18:42
MAQATE İsrailin zərbələrindən sonra Natanzda radiasiya ilə çirklənmə olduğunu təsdiqlədi

14.06.2025 / 18:35
Prezident İlham Əliyev Britaniya Kralını təbrik edib

14.06.2025 / 18:11
Ceyhun Bayramov Hakan Fidanla İran-İsrail toqquşması ilə bağlı son vəziyyəti müzakirə etdi

14.06.2025 / 17:39
Pakistan İsrailin "sülh üçün ciddi təhlükə" olduğunu bildirdi

14.06.2025 / 17:23
Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

14.06.2025 / 16:35
"Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır" - Hikmət Hacıyev

14.06.2025 / 16:18
Prezidentin köməkçisi: "Avropa İttifaqının nə istədiyi aydın deyil"

14.06.2025 / 16:04
Hikmət Hacıyev: "Orta Dəhliz mövcuddur, işlək vəziyyətdədir və kimsə gəlib onu yenidən qurmalı deyil"

14.06.2025 / 15:49
Polis narkoşəbəkənin izinə düşdü, 3 nəfər saxlandı - əməliyyat davam edir...

14.06.2025 / 15:20
"İnnab ağacı" premyerasını Sankt-Peterburq səhnəsində etdi

14.06.2025 / 15:06
"Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir" - Hikmət Hacıyev

14.06.2025 / 14:16
Dünya Bankı Azərbaycana yeni vergi növü təklif edir...

14.06.2025 / 13:55
İran vurulan kimi neft bahalaşdı - Azərbaycan neftinə mümkün təsirlər...

14.06.2025 / 13:10
Otuz dörd il sonra Şuşada “Son zəng” çalındı

14.06.2025 / 12:39
İsrail İrana hücumlarda 4 əsas hədəfini açıqladı – “Xamneyi hədəfimizdə deyil”

14.06.2025 / 12:21
İsrail Tehranda yaşayış binasını vurdu - 20-si uşaq 60 nəfər öldü…

14.06.2025 / 12:00
İsrail İranın Baş Qərargah rəisinin iki müavinini öldürüb -AÇIQLAMA

14.06.2025 / 11:37
Vüqar Rəhimzadə: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya sübutudur

14.06.2025 / 11:30
ABŞ İrana hücumdan əvvəl İsrailə yüzlərlə lazerlə idarə olunan raket göndərdi

14.06.2025 / 11:29
Taker Karlson Trampı İsrailin İrana hücumunda ittiham etdi

14.06.2025 / 11:28
İsrailin hücumları qarşısında İranın hava hücumundan müdafiə sistemi tamamilə yararsız oldu

14.06.2025 / 10:59
İsrail İranın daha iki nüvə obyektini bombaladı… - VİDEO

14.06.2025 / 10:43
İran İsrailin Müdafiə Nazirliyini vurdu… - VİDEO

14.06.2025 / 10:22
“Azərbaycanın Ermənistana hücum edə biləcəyi barədə məlumat yoxdur”

14.06.2025 / 10:21
İsrail ordusu Təbriz aviabazasını vurduğunu bildirdi

14.06.2025 / 10:17
"Bir günün ehtiyatsızlığı bir ömür peşmanlığına çevrilməsin!" - Yol polisi “Son zəng”lə bağlı xəbardarlıq edib

14.06.2025 / 10:06
Rusiyanın oğurladığı təyyarələrə görə 1 milyard dollardan çox pul ödənildi...

14.06.2025 / 10:00
Bu gün 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq

14.06.2025 / 09:28
Kilosu 450 manata çayın nə özəllikləri var?...

14.06.2025 / 09:26
İranın İsrailə səhər hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb

14.06.2025 / 09:20
Azərbaycan İrandan gələn xarici ölkə vətəndaşlarının keçidinə şərait yaradır

14.06.2025 / 09:12
Yaxın Şərqdə gərginlik zirvədə: İsrail-İran Toqquşması

14.06.2025 / 09:03
Təbriz hava limanındakı partlayış İranı şoka saldı

14.06.2025 / 08:42
Avropada "qızıl böhranı" başladı - hamı Azərbaycan sarıdan narahatdır...

14.06.2025 / 03:04
İsrail yenidən hücuma başladı - Xameneinin evi və prezident sarayı da hədəf alındı...

14.06.2025 / 01:30
İranda qorxulan oldu... İsrailin zərbələrindən sonra Natanz nüvə obyektində təhlükəli sızma aşkarlandı...

14.06.2025 / 00:58
İsrail hücumlarında İranın Qüds Qüvvələrinin komandanı da öldürüldü...

14.06.2025 / 00:22
İran biri F-35 olmaqla İsrailin 2 qırıcısını vurdu - pilotu əsir götürdü...

14.06.2025 / 00:07
İran İsrailə qisas hücumuna başladı - Təl-Əvivdə şiddətli partlayışlar...

13.06.2025 / 22:29
İsrail yaxın 14 gün ərzində İrana qarşı silsilə zərbələr hazırlayır

13.06.2025 / 22:08
Masallı rayonunda Türk Birliyi mövzusu müzakirəyə çıxarıldı

13.06.2025 / 21:32
İsrailin zərbələrinin ardınca Tramp İranı danışıq masasına çağırdı - ABŞ işin içindəymiş....

13.06.2025 / 21:17
Paşinyan Ankaraya sülh üçün gedir, ya öz hakimiyyətini bərkitmək üçün?...

13.06.2025 / 21:10
Levon Mnatsakanyan: "Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq" – MƏHKƏMƏ + FOTO

13.06.2025 / 21:03
Serbiya prezidenti Vuçiç də Putindən döndü...

13.06.2025 / 20:48
Təbriz də vuruldu... Təbrizdə nüvə obyektləri varmı?

13.06.2025 / 20:34
İran-İsrail savaşı Qafqaza təsirsiz ötüşməyəcək... İzlər görünür...

13.06.2025 / 20:20
"Azərbaycanın etnik azərbaycanlıları İrana agent kimi yerləşdirməsi iddiaları absurddur" - Hikmət Hacıyev

13.06.2025 / 20:16
Paşinyanın Türkiyəyə səfəri Ermənistanı şoka salıb... Gərginlik yeni dalğada...

13.06.2025 / 20:03
Qızıl dünya bazarını çalxalayır – 41 dollar bahalaşma?..

13.06.2025 / 19:50
Məşhur muğamçının birdən-birə "rep"ə keçidi hamını çaşdırıb...

13.06.2025 / 19:41
Bakıdan Naxçıvana avtobus reysləri dayandırıldı...

13.06.2025 / 19:34
Ermənistanda yeni korrupsiya didişməsi başladı - hakimiyyət də, müxalifət də...

13.06.2025 / 19:21
İsrail 200-dən çox qırıcı ilə İrana zərbələr endirdi - Tehranın ən güclü 4 adamı öldürüldü...

13.06.2025 / 19:16
Tramp bu mövzuda Azərbaycana tələb qoymayıb və qoya da bilməz - erməni təbliğat şousu ifşa edilir...

13.06.2025 / 19:15
ABŞ İsrailə dünyanın ən ölümcül silahlarını verib - Tramp

13.06.2025 / 19:02
Azərbaycanda bu ailələrin hər birinə ayda 2200 manat az pul deyil...

13.06.2025 / 18:49
“Ulu Öndər Heydər Əliyev yolu: Qurtuluşdan Qayıdışa” - Əhliman ƏMİRASLANOV yazır...

13.06.2025 / 18:40
Fransadan Çinə quru marşrut – İrəvanda yeni xəyallar...

13.06.2025 / 18:39
Mossad İranın içərilərinə silah sızdirıb

13.06.2025 / 18:33
Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdü - FOTO

13.06.2025 / 18:27
Hər uşağa görə 140 manat əlavə alan ailələrin durumu xeyli dəyişəcək...

Erməni əsillilərin Bakı məhkəməsi dövlət və ictimai maraqlara tam uyğun faktları təsdiqləyir...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456