Konqres ABŞ səfirliklərinin bağlanmasını araşdırır - Co Bayden təlaşda...
ABŞ-da Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer Co Baydenin prezidentliyi dövründə Amerikanın dünya üzrə səfirliklərinin bağlanması və qismən evakuasiya edilməsini araşdırır. Bu barədə komitənin bəyanatında qeyd edilib. Sənədə əsasən, Komer 2022-ci ildə ABŞ-ın Minskdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını, işçilərin və onların ailələrinin Moskvadakı Amerika səfirliyindən çıxarılmasını araşdırır.
Bundan əlavə, onun diqqəti Əfqanıstan və Sudandakı Amerika diplomatik nümayəndəliklərinin bağlanması, Niger, Myanma və Haitidəki ABŞ diplomatik nümayəndəliklərinin qismən təxliyə edilməsinə yönəlib.
Konqresmenin sözlərinə görə, səfirliklərin bağlanması və məhdudlaşdırılması ABŞ-ın xaricdəki diplomatik mövcudluğunun səviyyəsinin azalmasına gətirib çıxarır. O, bu cür hərəkətləri ABŞ-ın xarici siyasətinin uğursuzluğu adlandırıb.
Mətləb Salahov