Cümə axşamı günü, 5 iyun 2025
     

Qərəz sindromunun fəsadı - ABŞ Azərbaycanı da Qafqazı da itirir...

Image

Dünyanın fövqəldövlət statusu daşımasına baxmayaraq, bu gün ABŞ-ın da xarici siyasətində həm ciddi yanlışılıqlar, həm də getdikcə daha çox ikili standartlar müşahidə olunmaqdadır. Elə Azərbayacana münasibətdə ABŞ daim ikili standartlar nümayiş etdirir. Ərazilərimizin uzun müddət  işğal altında qalmasının səbəblərindən biri məhz ABŞ-ın Ermənistana yardımları olub. 

Elə Qarabağdakı separatçı rejimin də ayaq üstdə qalmasında ABŞ-ın yardımları az rol oynamayıb. Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda ABŞ sepataçılara hər il milyonlarla dollar yardım edib. Bundan əlavə, terrorçu rejimin başçıları hər il ABŞ-a səfərlər edib, marafonlar keçirib, külli miqdarda vəsait toplayıb. Həmin tədbirlərin hamısı ABŞ hakimiyyətinin siyasi himayəsi ilə baş tutub. Heç kimə sirr deyil ki, ABŞ tərəfindən Gürcüstan və Ukraynaya ərazi bütövlüyü məsələsində verilən dəstək heç vaxt Azərbaycana münasibətdə olmayıb. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ əslində heç bir iş görməsə də özünü bitərəf kimi göstərməyə, Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmək görüntüsü yaratmağa çalışdı. ABŞ Ermənistanın işğalçı mövqeyini dəstəkləməklə torpaqlarımızın 30 ilə yaxın müddət ərzində işğal altında qalmasına rəvac verdi, halbuki BMT-nin bir çox qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi öz əksini tapmışdı. Azərbaycan 44 günlük Vətən müharibəsində BMT-nin və digər beynəlxalq qurumların qərar və qətnamələrini döyüş meydanında təkbaşına özü yerinə yetirdi, tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü təmin etmiş oldu.Amma İkinci Qarabağ müharibəsindən sonra da ABŞ Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına ciddi əngəl yaradır. Bunu ABŞ Konqresində ikinci dəfə Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı keçirilən dinləmələr də təsdiq edir.  Ümumiyyətlə, ABŞ Dövlət Departamentində və Konqresdə Azərbaycana qarşı son vaxtlar artan ittihamlar Vaşinqtonun bitərəflik prinsipini pozaraq ermənilərin mövqeyindən çıxış etdiyini göstərir. Nümayəndələr Palatasında baş tutan dinləmələr ABŞ-ın bu mövqeyindən geri çəkilmədiyini göstərir. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlər Vaşinqtona olan inamı tamamilə alt-üst edir. O, Azərbaycanla yüksək səviyyəli bütün əlaqələrin ləğv edildiyi, Azərbaycana yardımı nəzərdə tutan 907-ci məşum düzəlişdən isə bu il yan keçmək niyyətində olmadıqlarını bildirdi. Başqa sözlə, yüksək səviyyəli əlaqələr dayandırılıb, yardımlar da olmayacaq. Azərbaycanın heç buna ehtiyacı da yoxdur. ABŞ Ermənistana sonsuz dəstəyini və Azərbaycana qarşı ritorikasını sərtləşdirməyini guya Azərbaycanın Ermənistana təcavüz ehtimalı ilə əsaslandırmağa çalışır. Azərbaycan rəsmi şəkildə, ən yüksək səviyyədə Ermənistana heç bir təcavüzdən söhbət getmədiyini elan edib, hətta Zəngəzur dəhlizinə marağının azaldığını da bildirib, üstəlik, artıq Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin İran üzərindən keçməsi qərarı verilib, tikinti hazırlıqlarına başlanılıb. Azərbaycanın Xarici İşlər Nazirliyi isə əsassız ittihamlara konkret cavab verib. Burada qeyd olunur ki, dinləmələri və səsləndirilən çıxışları Azərbaycan ilə ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk: "Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır.

Sentyabrın 19-20-də Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirən Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın bu addımlarına səbəb olan əsas problemin, yəni, beynəlxalq hüququn norma və prinsiplərinə, habelə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə erməni silahlı qüvvələrinin 10 mindən çox üzvünün qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb. Üstəlik, Azərbaycan tərəfi bütün, o cümlədən ABŞ-la keçirilmiş görüşlərdə sözügedən qüvvələrin bölgədə təhlükə mənbəyi olduğunu dəfələrlə vurğulayıb və onların dərhal çıxarılmasına çağırış edib.

Bundan əlavə, ABŞ tərəfi sülh prosesinin irəliləməsinin vacibliyindən bəhs edərkən Ermənistanın artıq iki aydan çoxdur ki, Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verməyərək prosesi ləngitdiyini unudur. Baza prinsiplər, habelə sülh sazişinin imzalanması, o cümlədən sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiya xətlərinin açılması əsasında sülh prosesini başladan tərəfin Azərbaycan olmasına baxmayaraq, Dövlət katibinin köməkçisi son 3 il ərzində bu istiqamətlər üzrə göstərilən səylərin Ermənistan tərəfindən sarsıldığını və maneə törədildiyini vurğulamaqdan çəkinib. Ermənistandan fərqli olaraq, Azərbaycan ötən il oktyabrın 6-da Praqada keçirilən görüş zamanı da bir daha təsdiqləndiyi kimi, hər zaman Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edib".

Ona da diqqət edilir ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur: "Vaşinqtonun Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və "ikitərəfli münasibətlərimizdə "əvvəlki kimi" ola bilməz" bəyanatına gəlincə, qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik. Üstəlik, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi vurğulamaq vacibdir".

Diqqətə çatdırılıb ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanın xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq. Postsovet məkanında Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi tanıyan, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ-ın daha böyük məhrumiyyətlərə, təzyiqlərə, hücumlara məruz qalan Azərbaycana qarşı göstərdiyi bu ögey münasibət Vaşinqtona başucalığı gətirmir. Bu gün də ABŞ öz rəsmi şəxslərinin dili ilə bildirir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. ABŞ, ümumiyyətlə, neytrallığını tam itirmiş bir dövlətdir. İndi ABŞ siyasətinin əsas istiqaməti Azərbaycanı təxribata çəkmək, ölkəmizə göstərilən yardımı kəsməkdir. Amma təbii ki, Azərbaycanın buna heç bir ehtiyacı yoxdur. Azərbaycan müstəqil, özünü təmin edə bilən bir dövlətdir. ABŞ isə bu hərəkətlərlə özünün regiondakı mövqeyini alt-üst edir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

05.06.2025 / 17:47
İlham Əliyev bəzi neft-qaz ölkələrinin böyük səhvini açıqladı - “biz qazı artırırıq, lakin...”

05.06.2025 / 17:34
Tək nəqliyyatda maaşın bir ildə bu qədər artması normal sayıla bilər?..

05.06.2025 / 17:20
Orta məktəb müəllimlərini bu qədər kağız-kuğuzla yükləmək kimin planıdır...

05.06.2025 / 17:08
Səlcuq Bayraktardan Azərbaycanda qurduğu şirkətlə bağlı paylaşım VİDEO

05.06.2025 / 16:53
Çörək avtomobilində narkotik daşıyan şəxs saxlandı - 14 kiloqram...

05.06.2025 / 16:27
ABŞ kəşfiyyatından xəbərdarlıq – Rusiya Ukraynaya genişmiqyaslı qisas hücumuna hazırlaşır...

05.06.2025 / 16:19
Hökumət binası qarşısında etiraz aksiyası: “Nikolu cəhənnəmdə gözləyirlər”

05.06.2025 / 16:10
Lerikdə 35 yaşlı kişini güllələyib dağın ətəyinə yuvarladılar

05.06.2025 / 16:02
DİN Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət etdi

05.06.2025 / 15:56
“Şərur” MTK zərərçəkənlərə 30 minlik ziyana görə 50 minlik çeklərə imza çəkdirib" - MƏHKƏMƏ

05.06.2025 / 15:40
Zaqatalada narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutuldu

05.06.2025 / 15:35
"Azərbaycan Ordusu azad olunmuş ərazilərdə öz mövqelərini daha da möhkəmləndirir" - Zakir Həsənov

05.06.2025 / 15:28
Prezident mədəni sərvətlərə vahid qaydada pasport verilməsi ilə bağlı dəyişikliyi təsdiqlədi

05.06.2025 / 15:11
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı

05.06.2025 / 15:02
Süni İntellektin Gündəlik Həyatımıza Təsiri

05.06.2025 / 15:01
Qurban bayramı: ibadət, paylaşma və mənəviyyatın bayramı

05.06.2025 / 14:58
FTB tərəfindən Vaşinqton ştatında həyata keçirilmiş reyd zamanı silah-sursat və nasist simvolları aşkarlanıb

05.06.2025 / 14:57
Bakı şəhərində tıxac yaranmasının səbəbi və bunun həlli yolları

05.06.2025 / 14:31
Məhkəmədə Ermənistan tərəfindən Azərbaycanın ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlərin tədqiqinə başlanılıb

05.06.2025 / 14:16
“Azərbaycanın daxili işlərinə yersiz müdaxiləyə son qoyulmalıdır" - İsveçrə səfirinə açıq məktub...

05.06.2025 / 14:03
Gədəbəydə başına kisə keçirilən qadınla bağlı cinayətin üstü açıldı

05.06.2025 / 13:47
Bank kartlarından 10 minə yaxın pul oğurlandı...

05.06.2025 / 13:26
Kurort və sanatoriya xidmətlərindən ailələrlə birgə istifadə şərtləri açıqlandı

05.06.2025 / 13:12
Давайте, сравним, Азербайджан с Арменией - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

05.06.2025 / 13:06
Paşinyan onu “Qarabağı satmaqda”,” türk çəkmələri” yalamaqda ittiham edənləri görüşə çağırdı

05.06.2025 / 13:05
Paşinyan:-“Rusiya Erməni Apostol Kilsəsinə hakimiyyətlə döyüşmək əmrini verib

05.06.2025 / 13:04
Almaniya kansleri Fridrix Merz Vaşinqtona səfər etdi

05.06.2025 / 13:03
Imamoğludan sonra Özgür Özəlin də həbsinə hazırlıq başladı

05.06.2025 / 12:34
MDB-yə üzv dövlətlərin hökumət başçıları bir sıra sənədlər imzalayıblar

05.06.2025 / 12:24
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

05.06.2025 / 12:15
Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib - FOTO

05.06.2025 / 12:07
“Neftçi” 29 yaşlı futbolçu transfer etdi

05.06.2025 / 12:00
MDB Baş nazirləri sentyabrda Minskdə toplaşacaq

05.06.2025 / 11:41
Yenə İran, yenə narkotika qaçaqmalçılığı...

05.06.2025 / 11:33
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib

05.06.2025 / 11:28
Ukrayna Rusiyanın strateji aviasiyasının 30%-ni məhv etdi - təsdiqləndi

05.06.2025 / 11:19
"Artıq vətəndaşlar ədalətə inanmırlar”

05.06.2025 / 11:16
Putin İran yolçusudur - səfirdən açıqlama

05.06.2025 / 11:15
BDU-nun rektoru Elçin Babayev “EduData Summit - 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

05.06.2025 / 11:06
Babək Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

05.06.2025 / 11:03
İran - Azərbaycan danışıqları. Düşmənə daha bir zərbə! - CANLI

05.06.2025 / 11:01
"Azərbaycan yalnız mənim buna olan inamımı gücləndirir" - Nataliya Bayona

05.06.2025 / 10:34
Zelenski: “Rusiya bütün dünyaya orta barmağını göstərir”

05.06.2025 / 10:30
Qazaxda BMW dirvara çırpılıb, 4 nəfər ölüb

05.06.2025 / 10:20
Trampın Harvard düşmənçiliyi - tələbələrə viza verilməsi dayandırıldı!

05.06.2025 / 10:14
Türkiyəli aktrisa bu serialda baş rola çəkiləcək

05.06.2025 / 10:06
Naxçıvanda anasını öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb

05.06.2025 / 10:00
Daha 62 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - dövlət qurumu açıqlama yaydı

05.06.2025 / 09:44
Türkiyə yenə silkələndi

05.06.2025 / 09:28
Qaraçuxurda işıq olmayacaq - sakinlərə XƏBƏRDARLIQ

05.06.2025 / 09:25
Ronaldo qocalmaq bilmir - almanlara qol vurdu, Portuqaliya finala çıxdı!

05.06.2025 / 09:23
QR kodlar da təhlükəlidir - iaşə-xidmət obyektlərində pul ödəyərkən ehtiyatlı olun…

05.06.2025 / 09:18
Şirvanda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib - DİN

05.06.2025 / 09:14
Ölkənin polis rəisinin kriminal avtoritetlə qohumluğu təsdiqləndi

05.06.2025 / 09:09
Kim Çen In Şoyqu ilə görüşdü, Putinə dəstək mesajı göndərdi

05.06.2025 / 09:05
İnzaqi də Ərəbistan yolunu tutdu - ilinə milyonlar qazanacaq...

05.06.2025 / 09:00
Ermənistanın baş naziri: “Subaylıq andını pozan ruhanilər ruhumuzun evini tərk etməlidirlər”

05.06.2025 / 08:44
Tramp 12 ölkə vətəndaşları üçün ABŞ-a səyahət qadağası qoydu!

05.06.2025 / 08:35
DİM öz tarixçilərimizi qoyub “Kembric Ensiklopediyasının” yalan məlumatına əsaslanıb...

04.06.2025 / 23:26
Putin Trampı xəbərdar etdi - Ukraynanın son hücumlarına cavab veriləcək...

04.06.2025 / 22:06
Prezident İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı olub

04.06.2025 / 22:03
“Hörümçək toru” belə başladı: Ukrayna ordusunun xüsusi əməliyyatının görüntüləri ortaya çıxdı

04.06.2025 / 21:58
“44 günlük müharibədə işğal etdiyimiz əraziləri itirdik, amma dövlət qazandıq”

04.06.2025 / 21:57
Ukraynanın Rusiya bazalarına hücumları ABŞ-ı da narahat etdi

04.06.2025 / 21:52
Putin Kiyevlə yüksək səviyyəli danışıqları rədd etdi: - "Nədən danışaq?"

04.06.2025 / 21:48
Türkiyənin “AJet” aviaşirkəti iyunun ortalarında Dəməşqə uçuşlara başlayacaq

04.06.2025 / 21:47
Pakistan Hindistanla danışıqlara hazır olduğunu bildirdi

04.06.2025 / 21:25
Zelenski-Tramp-Putin-Ərdoğan görüşü baş tutan şeyə oxşamır, hətta baş tutsa...

04.06.2025 / 21:11
Azərbaycanı sevməyən alman nazirə dünya üzrə daha böyük vəzifə verildi...

04.06.2025 / 20:56
Sərgidə Azərbaycanın ixrac coğrafiyasını genişləndirmək üçün əla formul təqdim edildi - 3 tərəfli balans, sərmayə...

04.06.2025 / 20:42
Gorusda Fransa konsulluğunun əsas işi iranlılarla viza alveri olacaq...

04.06.2025 / 20:29
Azərbaycanla sülhə maneçilik kilsənin "evini yıxdı"…

04.06.2025 / 20:15
Neft bazarında böyük qeyri-müəyyənlik - Azərbaycan üçün də təhlükəli vəziyyət yarana bilər...

04.06.2025 / 20:02
Məktəblərimizdə hərf və rəqəm tanımayan 9-cu sinif şagirdləri var...

04.06.2025 / 19:48
Ermənistanın bütün qüvvələri seçki qərarı verdi - oliqarx məmurlar partiya yaratdı...

04.06.2025 / 19:35
Ləyişdə “Əhli Beyt” məscidi və köhnə şəhid məzarlığı məhv edilmək üzrədir - Rəna xanımın döymədiyi qapı qalmayıb...

04.06.2025 / 19:22
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”

04.06.2025 / 19:10
Urbanizasiya kəndlərimizdə demoqrafik vəziyyəti dəyişir, bu ciddi təhdidlər yaradır

04.06.2025 / 18:55
Azərbaycanda Gender Bərabərliyi: Qadınların Özəl Sektorda Rolu və İştirakı

04.06.2025 / 18:52
Deputat səhv danışır, ya "dağıdıcı TV-lərin" sahibləri "güclüdür"?..

04.06.2025 / 18:37
Bakıda tüstüyə görə kütləvi cərimələr... Nəticə yoxdur, restoranlar öz işindədir...

Urbanizasiya kəndlərimizdə demoqrafik vəziyyəti dəyişir, bu ciddi təhdidlər yaradır

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456