Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Anklavlarımızı qaytarmaq istəməyən kimdir - Paşinyan, revanşistlər, ya hər ikisi...

Image

"Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur". Belə bir açıqlama ilə Ermənistan baş naziri Nikol Paşinyan Tavuş vilayətinin kənd sakinləri ilə görüşündə çıxış edib:

"Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Bu o deməkdir ki, Ermənistan sərhədinin əslində harada olduğunu dəqiqləşdirmək lazımdır. Bizim siyasətimiz müharibənin qarşısını almaqdır. Biz görürük ki, Bağanisdən Bibişə qədər bu hissədə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var". 

O bildirib ki, Azərbaycan dörd qeyri-anklav kəndi ilə bağlı məsələ qaldırır: "Azərbaycan belə arqumentdən çıxış edir ki, Ermənistanda heç bir yaşayış məntəqəsinin faktiki ərazisi Azərbaycanın nəzarəti altında deyil, yəni heç bir kəndin yaşayış ərazisi Azərbaycanın nəzarətində deyil. Deyirlər ki, gəlin insanların məskunlaşdığı yerləri azad edək, sonra kəndlərin həyati əhəmiyyət kəsb edən ərazilərindən danışaq. Bizim siyasətimiz ondan ibarətdir ki, müharibəyə imkan verməməliyik. Ona görə də biz qərara gəldik ki, bu ərazidə Ermənistan sərhədini tənzimləməliyik. Biz bunu təkcə Ermənistan naminə deyil, həm də konkret olaraq Əskipara və Kirants kəndləri üçün, bu kəndlərin təhlükəsizliyini təmin etmək üçün edirik". Paşinyan bundan əvvəl Ermənistan SSR-in hüdudlarından kənara çıxanları əvəz etmək üçün yeni yol hissələri tikməyi planlaşdırdığını bildirib. O, xüsusilə İrəvan-Tiflis yolunun Tavuş rayonunun Voskepar kəndi yaxınlığındakı hissəsini göstərib. Ümumilikdə, baş nazirin sözlərinə görə, SSRİ-nin dağılması zamanı Alma-Ata Bəyannaməsinə və Praqa Bəyannaməsinə uyğun olaraq müəyyən edilmiş sərhədlər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas götürülür. Amma bəzi revanşist qüvvələr delimitasiya prosesinə əngəl olmağa çalışır. Məsələn, Voskepar məktəbinin hərbi təlimatçısı Nver Beqlaryan  Paşinyanla görüşdən sonra bildirib: "Kənd sakinləri Nikolun qərarına tabe olmamaq və Azərbaycanın irəliləməsinə mane olmaq qərarına gəldilər. Paşinyan deyib ki, biz sülhə doğru gedirik, əks halda Azərbaycan Ermənistana qarşı müharibəyə başlayacaq. Paşinyan Türkiyənin də bizə hücum edəcəyini söylədi. O, insanları qorxutmaq üçün bir yol tapmağa çalışdı. Sakinlər başqa həll yolları tapmağı və torpaq mübadiləsini də təklif etdilər, lakin Paşinyan inadında qaldı. Azərbaycanın məqsədi Ermənistanın bir neçə kəndini deyil, altı rayonunu: Tavuş, Lori, Qeqarkunik, Sünik, Vayots Dzor, Araratı tutmaqdır. Belə olan halda Ermənistan 10 min kvadrat kilometr ərazisi olan amorf bir şeyə çevriləcək". Ekspertlər hesab edir ki, Paşinyan ərazi anlayışlarının Ermənistan SSR-in ərazisi ilə üst-üstə düşdüyünü deməklə öz cəmiyyətini eksklavların Azərbaycana qaytarılmasına hazırlaşdırır. Delimitasiya və demarkasiya prosesi fonunda bu cür çıxışlar təsadüfi ola bilməz.  Ermənistan SSR dövründə eksklavlar tam Azərbaycana məxsus olub.  Bundan əvvəl isə prezident İlham Əliyev Ermənistanın müvəqqəti nəzarəti altında olan 8 Azərbaycan kəndi ilə bağlı məsələyə konkret aydınlıq gətirib. O, anklav olmayan 4 kəndimizin qeyd-şərtsiz qaytarılmalı olduğunu deyib, digər 4 kəndlə bağlı isə ayrıca ekspert qrupu yaradılmasının vacibliyini bildirib. Dövlət başçısı Ermənistan tərəfinin sərhədlərin delimitasiya və demarkasiyasının 1975-ci il xəritələrinə əsasən aparılması barədə təklifinə də cavab verib. O, Ermənistanın daha çox Azərbaycan torpaqlarını pay aldığı xəritələri əsas götürdüyünü deyib. Dövlət başçısı delimitasiya və demarkasiya prosesinin ya siyasi metodologiya, ya da xronoloji metodologiya ilə aparılmalı olduğunu, ya da bütövlükdə heç bir xəritə əsasında iş qurulmamalı olduğunu deyib: "Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq XX əsrin əvvəlində xəritələr nə idi və bu xəritələr üzərində işimizi quraq". Bununla yanaşı, rəsmi Bakı sülh müqaviləsinin delimitasiya prosesi olmadan imzalanmasının tərəfindədir. Paşinyan hakimiyyətinin ata biləcəyi yeganə rasional addım Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi əsasında sülh müqaviləsi imzalamaq, Zəngəzur dəhlizini açmaq, işğal altında saxladığı Azərbaycanın 8 kəndini azad etmək və sərhədlərin delimitasiya prosesinə başlamaqdır.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910