çərşənbə günü, 11 mart 2026
     

Avroparlamentin üzvlük vədi Ermənistanın axırına çıxır...

Image


Avropa öz geosiyasi maraqlarına görə Ermənistandan bir vasitə kimi getdikcə daha çox istifadə edir. Bu fonda Ermənistana müxtəlif vədlər də verilir. Hətta "Azatutyun" radiostansiyasının efirində Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət edib-etməyəcəyi sualını cavablandıran Ermənistan  xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirir: 

"Avropa İttifaqı-Ermənistan münasibətlərində gördüyümüz dinamikanı misli görünməmiş kimi xarakterizə etmək olar və bu istiqamətlərdə müsbət dəyişikliklər də irəliləməyə, daha iddialı gündəmlərdən danışmağa imkan verəcək. Düşünürəm ki, Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamə bir neçə ay əvvəl baş nazirin Avropa Parlamentindəki çıxışına birbaşa cavab idi və bu çıxışda, əslində, Ermənistanın Aİ ilə münasibətləri dərinləşdirməyə hazır olduğunu bildirdi. Son aylarda biz əməkdaşlıq gündəliyinin xeyli genişləndiyini gördük və biz bilirik ki, Aİ-nin müşahidəçi missiyası bir ildən artıqdır ki, Ermənistandadır. Hazırda Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması, Ermənistanın Avropa Sülh Alətinə çıxışı və Ermənistan məhsullarının Avropa bazarına çıxışının asanlaşdırılması ilə bağlı müzakirələr davam edir".
 Kostanyan qeyd edib ki, üzvlüklə bağlı  məsələnin parlamentdə müzakirəsi barədə danışmaq hələ tezdir və həm müsbət, həm də mənfi cəhətləri başa düşmək üçün ictimai müzakirələr aparmaq lazımdır". Ekspertlər qeyd edir ki, Ermənistan hələ Avropa İttifaqına üzv olub-olmayacağını bilmir. Çünki Avropanın özünün reallıqda belə bir istəyi yoxdur. Sözügedən xüsusda Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı yazır: "Avropa Parlamentinin üzvləri Aİ ilə Ermənistan arasında daha sıx əlaqələrin qurulması, o cümlədən ona namizəd üzvlük statusunun verilməsi, eləcə də İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasının zəruriliyi ilə bağlı qətnamə qəbul ediblər. Sənəddə qeyd edildiyi kimi, qərar digər məsələlərlə yanaşı, Ermənistanın KTMT-dəki üzvlüyünün dondurulması, respublikanın Rusiyadan asılılığının azaldılması, Fransa və Aİ-nin digər ölkələri ilə əməkdaşlığın genişləndirilməsi nəzərə alınaraq qəbul edilib. Bundan əlavə, avropalı deputatlar bu yolla İrəvanı Moskvadan qorumaq istəyirlər. Avropa Parlamenti ilk addımlar kimi respublika üçün vizasız rejimin tətbiqi, onunla ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi və Aİ-nin Azərbaycanla sərhəddə müşahidə missiyasının 2025-ci ilə qədər uzadılması istiqamətində işə başlamağı təklif edir. Həmçinin Avropa Parlamentinin deputatları bir daha Aİ ölkələrini, Ermənistanın suverenliyinə təhlükə törədəcəyi təqdirdə, Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazır olmağa çağırıblar. Eyni zamanda, İrəvanın 1991-ci il Alma-Ata bəyannaməsi əsasında Bakı ilə sülh bağlamaq və sərhədin sovet xəritələri ilə çəkilməsi təklifini dəstəkləyirlər.

"2017-ci ildə imzalanmış və Ermənistan-Aİ əməkdaşlığının hüquqi əsası olan Ermənistan-Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin mövcudluğunu nəzərə alaraq, bu qətnamə siyasi təsbitdir. Avropalı parlamentarilər rəsmi İrəvanın Aİ ilə daha da sıx əlaqələrə çevralik olmaq istəyini bildiriblər. Lakin indiki mərhələdə biz yalnız bu sazişin tam şəkildə həyata keçirilməsindən, həmçinin Aİ ölkələri ilə viza rejiminin liberallaşdırılmasından danışırıq", - deyə erməni politoloq Conni Melikyan bildirib. Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi təklifinə gəlincə, bu, həm də siyasi jest və Ermənistanın xarici siyasətində dəyişikliklərə nail olmaq istəyi kontekstində nəzərdən keçirilməlidir, ekspert hesab edir. "Nə İrəvanda, nə də Aİ-yə üzv ölkələrin paytaxtlarında bu məsələ hazırda siyasi müstəvidə qaldırılmır. Onun inkişafı əsasən Avropada və regionumuzda gedən geosiyasi proseslərlə, o cümlədən Avropa Parlamentinə və Aİ-nin bir sıra əsas üzv ölkələrinin parlamentlərinə seçkilərlə bağlıdır", - Melikyan vurğulayıb. "Avropa Parlamentinin qətnaməsi Ermənistan üçün vacibdir", - digər erməni politoloq Arşaluys Mqdesyan deyir. "Ölkə hakimiyyəti bunu Avropa İttifaqı ilə yaxınlaşma yolunda növbəti addım kimi qəbul edir. Bu mövzuda müzakirələr hökumət səviyyəsində təşviq olunur. Amma söhbət yalnız imic hekayəsindən gedir, real Avropa inteqrasiyasından yox. Hələlik Ermənistanın Avropa İttifaqı ilə nə vizasız rejimi var, nə də assosiasiya sazişi. Bundan əlavə, Aİ ilə real yaxınlaşma üçün Rusiyanın nəzarət etdiyi bütün təşkilatlardan çıxmaq lazım gələcək. İlk növbədə bu, Ermənistan üçün faydalı olan Aİİ-dir", - ekspert qeyd edib.

Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan hesab edir ki, "Avropa inteqrasiyası Avropa Parlamentinin qətnamələri ilə müəyyən edilməyən mürəkkəb və uzunmüddətli prosesdir". "Birincisi, Aİ-nin özü ölkəni üzvlüyə dəvət etməlidir. İkincisi, Kopenhagen meyarlarına (demokratiya səviyyəsi, qanunun aliliyi, insan və azlıqların hüquqlarının müdafiəsi, kifayət qədər güclü iqtisadiyyat və s.) cavab verməlidir. Üçüncüsü, ərizə vermək, namizəd statusu almaq, üzvlük danışıqlarına başlamaq lazımdır... Bütün bunlar onilliklər tələb edir", - Qafqaz İnstitutunun rəhbəri vurğulayıb. 

Bu arada respublika başqa problemlə üz-üzə qalıb: Azərbaycan Ermənistan hakimiyyətinin indiyədək arxalandığı prinsiplərə uyğun olaraq Tavuş vilayətində ona məxsus olan 4 kəndin dərhal geri qaytarılmasını tələb edir. Baş nazir Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında bildirib ki, onun ölkəsində indiyə qədər Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı adlı yaşayış məntəqələri olmayıb, ona görə də Bakı onları özünə götürə bilər. Düzdür, bu, sərhədlərin delimitasiyası çərçivəsində baş verməlidir. Bundan sonra Ermənistanı Gürcüstan və İranla birləşdirən yolun bir hissəsi Azərbaycan ərazisində olacaq. Paşinyan bunu bilir. Ermənistan hakimiyyətinin ən azı 2022-ci ilin oktyabrından sovet xəritələri üzrə delimitasiyada israr etməsinə baxmayaraq, Paşinyanın qərarı respublikanın bir çox sakinlərində mənfi emosiyalar yaradıb. İrəvan küçələrindəki insanlar etiraf edirlər ki, uzun müddətdir baş nazirin sözləri onların zehnini bulandırdığından ona qulaq asmamağa çalışıblar. Ermənistan paytaxtının sakinlərindən biri deyir: "Şübhə yoxdur ki, o, hər şeydən əl çəkməyə hazırdır". Paşinyanın siyasi rəqibləri apokaliptik mənzərə yaradırlar. Məsələn, "Çiçəklənən Ermənistan" partiyasının siyasi şurasının üzvü Arman Abovyan qeyd edib ki, İrəvan respublikanı Gürcüstan, Avropa İttifaqı və Rusiya ilə birləşdirən yeganə yolu itirməklə yanaşı, həm də Ermənistanda effektiv müdafiə xəttini itirəcək. Parlamentin "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan qeyd edib ki, son vaxtlara qədər Bakı ilə danışıqların ilkin şərti kimi ondan qoşunların 2021-2022-ci illərdə işğal etdiyi ərazilərdən çıxarılmasını tələb edən hakimiyyət bu gün özü buna hazırlaşır. Hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Qaqik Melkonyan həmvətənlərini ərazilər uğrunda döyüşməməyə çağırıb. Onun sözlərinə görə, 4 kənd heç vaxt Ermənistana aid olmadığı üçün onları geri qaytarmaq lazımdır. Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan təklif edib ki, Avropa Parlamentinin qətnaməsi, digər məsələlərlə yanaşı, Ermənistanın mövcud ərazi problemlərini və respublika hökumətinin əvvəlki uğursuzluqlarını işıqlandırmaq üçün lazımdır. "Avrointeqrasiya ilə bağlı söhbətlər Ermənistan cəmiyyətinin diqqətini Qarabağın itirilməsindən və sərhədyanı ərazilərdə kəndlərin təslim edilməsindən yayındırmalıdır. Bununla belə, Qərb İrəvanla yarı yolda ona məhəbbətdən deyil, Rusiya ilə geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi görüşür", - ekspert bildirib. 

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan İrandakı diplomatlarını geri çəkir - göstəriş verildi

İran Naxçıvan aeroportunu vurdu... Yaralılar var, İran səfiri XİN-ə çağırıldı... - FOTO/VİDEO/YENİLƏNDİ

Özəl məktəblərdə “kəllə-çarx təhsil qiymətləri” araşdırılır...

SON XƏBƏRLƏR

11.03.2026 / 12:34
Mətbuat Şurasında təcrübə keçən tələbələr “Ədibin Evi”ni ziyarət ediblər - FOTO

11.03.2026 / 12:25
ABŞ Yaxın Şərqdə İran bataqlığında - ciddi təzyiqlərlə üzləşən Vaşinqton çıxılmaz vəziyyətə düşdü…

11.03.2026 / 12:08
ABŞ üçüncü təyyarə gəmisini də İranın üstünə göndərir - bu dəfə mülki şəxslər də hədəfə alınacaq…

11.03.2026 / 11:47
Azərbaycan vasitəsilə Ermənistana Rusiya taxılının növbəti partiyası göndərildi - FOTO

11.03.2026 / 11:30
Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlandı

11.03.2026 / 10:38
Hörmüzdə Britaniyanın ticarət gəmisi vuruldu

11.03.2026 / 10:16
İranda ölü sayı 1332-yə yüksəldi - Tehran daha gərgin hücumların anonsunu verdi

11.03.2026 / 08:12
ABŞ-a İran daxilindən koordinatlar ötürülür? - Sirli radio siqnalı ortaya çıxdı

11.03.2026 / 07:56
ABŞ Hörmüz boğazı yaxınlığında 16 İran mina gəmisini batırdı

11.03.2026 / 07:42
İran ABŞ qarşısında üç tələb qoydu

10.03.2026 / 23:45
Ayaqları altında Cənnət torpağı… Qəlblərində Şəhid ruhu… Analar…

10.03.2026 / 23:17
Trampın Hörmüz təhdidinə İrandan hədə dolu cavab gəldi - şübhəniz varsa, yaxınlaşın...

10.03.2026 / 22:51
SEPAH Hörmüz boğazından sərbəst keçmək üçün şərtini açıqladı

10.03.2026 / 22:30
Qətər İrana xəbərdarlıq edib

10.03.2026 / 22:04
Hindistanın İrana misilsiz xəyanətinin üstü açıldı – təlimə dəvət etdikləri İran gəmisinin koordinatlarını ABŞ və İsrailə verdilər, azı 104 iranlı əsgər öldü...

10.03.2026 / 21:43
ABŞ-ın planları - İranda yeni dövlətlər, İrandan ərazi qoparılması, daha nələr?...

10.03.2026 / 21:25
İran Xarici İşlər Nazirliyi qadın futbol komandasına: "İran sizi açıq qollarla gözləyir"

10.03.2026 / 21:19
ABŞ-la 10 fevral sazişi Azərbaycan üçün İranla müharibə öhdəliyi yaratmır...

10.03.2026 / 20:33
Tramp haradan əmindir ki, Rusiya İrana kəşfiyyat məlumatları ötürməz...

10.03.2026 / 20:12
İraq Baş naziri:" Ölkə ərazisinin qonşularımıza qarşı hərəkətlər üçün istifadəsinə icazə verilməyəcək"

10.03.2026 / 20:06
Putin Trampı İranda quru əməliyyatlardan çəkindirib...

10.03.2026 / 19:49
Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 4 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb

10.03.2026 / 19:39
Avrokomissiyada fikir ayrılığı - hədəfdə fon der Leyendir…

10.03.2026 / 19:24
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə zəng etdi

10.03.2026 / 19:12
İsrailə raket hücumu nəticəsində bir azərbaycanlı həlak oldu...

10.03.2026 / 18:53
Finlandiya Prezidenti Prezident İlham Əliyevə zəng edib

10.03.2026 / 18:16
SEPAH Trampa meydan oxudu - Hörmüz boğazından bir litr də neft keçməyəcək…

10.03.2026 / 17:57
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlandı

10.03.2026 / 17:42
İsrailin milli təhlükəsizlik naziri öldürülüb? – Keçmiş BMT müfəttişindən iddia…

10.03.2026 / 17:36
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi

10.03.2026 / 17:24
Trampdan gözlənilməz açıqlama - İranla danışa bilərik...

10.03.2026 / 17:12
Bəhreyndə Mossad agenti yaxalandı

10.03.2026 / 17:03
AŞ prezidenti Rusiya, Çin və ABŞ-ı hədəf aldı - sülhü, ticarət qaydalarını, beynəlxalq nizamı pozurlar...

10.03.2026 / 16:53
ÜST İsrailin Livanda fosforlu mərmilər istifadə etməsi ilə bağlı məlumatları araşdıracaq

10.03.2026 / 16:48
Tehran və Ankara Türkiyəyə raket atılması hadisəsini araşdırmaq üçün ekspert qrupu yaradacaqlar

10.03.2026 / 16:41
Hörmüz boğazında güclü partlayış...

10.03.2026 / 16:37
Müharibəni Tramp başladı, milyonları Putin qazanır...

10.03.2026 / 16:29
MEDİA Avropa Şurası Platformasının hesabatını yıxıb sürüdü - qərəzli və spekulyativdir...

10.03.2026 / 16:24
Misir-Azərbaycan Dostluq Cəmiyyətində 91 uşağa diplom təqdim olunub

10.03.2026 / 16:21
Rusiya ABŞ/ İsrail və İran arasında vasitəçilik təklif etdi

10.03.2026 / 16:07
Avropa Birliyi gürcü dövlət elitasına “viza müharibəsi” açdı...

10.03.2026 / 16:03
Cərimənin məcburi tutulması qaydalarında dəyişiklik edildi...

10.03.2026 / 15:30
İran İsrailə qarşı "terrora terror" mübarizəsinə keçə bilər...

10.03.2026 / 14:59
Körfəz ərəb ölkələri İrana zərbə vuracaqlar - Azərbaycanın Körfəzdəki dostları...

10.03.2026 / 14:58
Zəhra Bədəlbəyli “Avroviziya” seçimini bəyənməyib - Səbəb?

10.03.2026 / 14:55
Xorvatiya məcburi hərbi xidməti yenidən tətbiq edib

10.03.2026 / 14:48
Türkiyənin İncirlik bazasından İrana qarşı istifadə oluna bilərmi?..

10.03.2026 / 14:46
İran 2026-cı ilin üçdə birini internet kəsintiləri ilə keçirib

10.03.2026 / 14:44
Yunus Oğuz Prezident Kitabxanasına 49 kitab hədiyyə etdi

10.03.2026 / 14:37
Serbiya və Macarıstan neft və yanacaq ixracına qadağa qoyub

10.03.2026 / 14:32
Orta Şərq kürdləri Trampın əlaltılığından niyə imtina etdilər...

10.03.2026 / 14:31
İranda 189 məktəbli qızın qətlinə dünyanın reaksiyası çox yetərsiz oldu...

10.03.2026 / 14:21
İran mediasından Netanyahu ilə bağlı şok iddia...

10.03.2026 / 14:05
Merz Trampın onun yanında İspaniyanı hədələməsinə susdu - Diaz kanslerin zənglərini blokladı…

10.03.2026 / 14:00
"Bəzi xanəndələr mahnı oxuya bilmir"

10.03.2026 / 13:53
Azərbaycandan İrana yardım aparan maşınlar sərhədi keçdi...

10.03.2026 / 13:40
Fransa BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi

10.03.2026 / 13:24
Qubada məhkum olunmuş 3 kiloqram narkotiklə tutuldu

10.03.2026 / 13:07
Ağsuda dələduzluq edən qadın saxlandı

10.03.2026 / 12:53
DİM 9 mart buraxılış imtahanı suallarının çətinliyi ilə bağlı iddialara cavab verdi...

10.03.2026 / 12:36
Deputat Vüqar Rəhimzadə Culfada seçicilərlə görüşdü - FOTO

10.03.2026 / 12:23
Sığortaolunanların uçotu yalnız FİN vasitəsilə aparılacaq

10.03.2026 / 12:20
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına edilən dəyişiklikləri təsdiqlədi

10.03.2026 / 11:17
“ŞKTC-yə bir güllə düşsə, onlar güclü dövlətlərin orduları ilə qarşılaşacaqlar" - Cavanşir Feyziyev

10.03.2026 / 11:00
Azərbaycanlılarsayağı iftarlar - 120 manatlıq süfrələrdə dindən başqa hər şey danışılır...- MÜSAHİBƏ

10.03.2026 / 10:46
Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

10.03.2026 / 10:23
Azərbaycan neftinin qiyməti 103 dolları ötdü

10.03.2026 / 09:45
Prezidentin tapşırığına əsasən İrana humanitar yardım yola salındı - FOTO

10.03.2026 / 08:33
İİKK-dən sensasion şərt: "ABŞ və İsrail səfirlərini qovun, Hörmüzdən keçmək şansı qazanın..." -

10.03.2026 / 08:20
ABŞ İranın daha bir məktəbinə raket atdı

10.03.2026 / 07:48
İranın Körfəz ölkələrinə atdığı raketlərin sayı açıqlandı

10.03.2026 / 07:46
Trampın din xadimləri ilə “magiya məclisi” - kimlərə nə mesaj verildi...

10.03.2026 / 07:36
İran İordaniyadakı alman bazasını vurdu

10.03.2026 / 07:15
İranın Müvəqqəti Rəhbərlik Şurası fəaliyyətini dayandırdı

10.03.2026 / 00:19
Putin və Tramp İran müharibəsini müzakirə etdi…

10.03.2026 / 00:08
Blinkendən İsraillə bağlı ortalığı qarışdıracaq ŞOK İDDİA - Tramp onlara təslim oldu…

09.03.2026 / 23:10
Hörmüz boğazının bağlanması Putini hərəkətə keçirdi - Avropaya təklif…

09.03.2026 / 22:52
ABŞ İrana qarşı quru əməliyyatından “çox uzaqdır” - Tramp

09.03.2026 / 21:23
Tramp Avstraliya hökumətinə çağırış etdi - İranın qadın futbolçularına sığınacaq verin…

09.03.2026 / 21:08
ABŞ Adanadakı konsulluğunu da təxliyə edir...

09.03.2026 / 20:44
Meksikalı diplomatlar və ailə üzvləri İrandan Azərbaycana təxliyə edildi

Demoqrafiya təhdidi Azərbaycanda da böyüyür...

XƏBƏR ARXİVİ