Çərşənbə axşamı günü, 20 may 2025
     

Qərbi azərbaycanlıların qayıdışı Ermənistanı çaxnaşmaya salıb

Image

Azərbaycan-Ermənistan münasibətləri normallaşandan sonra Qərbi azərbaycanlıların öz yurdlarına getməsi getdikcə daha çox aktuallıq qazanır. Düzdür, ölkəmiz qəbul edir ki, qayıdış birdən-birə baş verən proses deyil. 

Ona görə də Qərbi azərbaycanlılar ilkin mərhələdə indiki Ermənistan ərazisinə getməli, orada hansısa bir müddət qalmaq hüququ əldə etməlidir. Ermənistan isə onlara təhlükəsizlik zəmanəti verməlidir. Əgər sülh müqaviləsi imzalanarsa, bu, ikitərəfli sazişdə öz əksini tapa bilər.

Yeri glmişkən qeyd edək ki, erməni politoloq Davit Karapetyan da sözügedən xüsusda maraqlı açıqlama verib. O qeyd edir ki, azərbaycanlı qaçqınların Ermənistana qayıtması məsələsi sülh müqaviləsi çərçivəsində nəzərdən keçirilir. Ekspert artıq bu məsələnin BMT səviyyəsində də müzakirə olunduğunu söyləyib. Xatırladaq ki, məsələ ilə bağlı sözügedən təşkilata müraciəti Qərbi Azərbaycan icması ünvanlayıb. Karapetyan qeyd edib ki, söhbət 100-150 min azərbaycanlının Ermənistanın cənubunda, yəni tarixi Azərbaycan ərazilərində yerləşdirilməsindən gedir. Politoloq bura Dərələyəz, Göyçə, Basarkeçər, Zəngəzur və digər bir sıra ərazilərin daxil olduğunu bildirib: "Bu durumda 100-150 min azərbaycanlı dövlət tərəfindən təmin edilməlidir, burada səsvermə və mülkiyyəti hüquqları olmalıdır. Hazırda dövlətin ərazisində mütləq çoxluq bizik, yəni çoxmillətli deyilik və azərbaycanlılar artıq ölkədə ermənilərdən sonra növbəti çoxluğu təşkil edəcək".  

Bu günlərdə Ermənistanın  "Qraparak" nəşri də belə bir iddia ilə çıxış emişdi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə Bakının əsas tələblərindən biri azərbaycanlıların öz yurdlarına – Qərbi Azərbaycana qayıtmasının təmin edilməsi, İrəvanın onların təhlükəsizliyinə zəmanət verməsidir: "Azərbaycan prezidenti İlham Əliyev bunu əsas şərtlərdən biri kimi irəli sürüb. Rəsmi mənbələrin məlumatına görə, müqavilənin imzalanmasında problemli məsələlərdən biri də budur". Nəşr yazır ki, Nikol Paşinyan hakim partiyanın üzvləri ilə son qapalı görüşündə bu barədə açıq danışıb:

"Bildirib ki, onlar bir tərəfdən beynəlxalq konvensiyaların əksinə çıxa, qaçqaınların geri qayıtmasını rədd edə bilməzlər, digər tərəfdən isə bunun Ermənistan üçün fəlakət olacağını da anlayırlar. Mümkün hər şeyi edəcəklər ki, bu baş verməsin".
 Nəşr qeyd edir ki, Azərbaycan qaçqaınların öz yurdlarına qayıtması məsələni artıq beynəlxalq gündəliyə daxil etməyə nail olub: "Artıq ABŞ, Avropa və Rusiyanın yüksək səviyyəli rəsmiləri bu haqda danışmağa başlayıb. Bildirilir ki, bu məsələ Ermənistan-Azərbaycan danışıqlarının mövzusudur. Bu ilin 15 iyulunda Brüsseldə keçirilən Əliyev-Mişel-Paşinyan görüşündə Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması məsələsi müzakirə olunub. Görüşdən 10 gün sonra Paşinyan da belə bir müzakirənin olduğunu dolayısı ilə təsdiq edib".

Ermənistanın "Vətəndaş qərarı" partiyasının keçmiş icraçı katibi Suren Saakyan da Azərbaycanın bu məsələdə məqsədinə nail olacağını bildirib: "Ermənistanla bağlı çox pis proqnozlarım var. Qərbi Azərbaycan anlayışı, azərbaycanlıların Ermənistana qayıtması - bunlar oxşar müzakirələrdir, problem budur. Təhlükəni vaxtında hiss etməkdə böyük problemimiz var. Yəni təhlükə burnumuzun dibindədir, biz heç nə etmirik. Biz faktiki təhlükələri vaxtında hiss edib onların qarşısını ala bilmirik. Belə davam etsək, işlərimiz yaxşı ola bilməz. İstəsək də, istəməsək də küçələrə çıxmalıyıq, Ermənistanın siyasətini dəyişməliyik". Hər halda, Azərbaycan məhz sülh müstəvisində Qərbi azərbaycanlıların Ermənistandakı ata-baba yurdlarına qayıdışında maraqlı tərəfdir. Bunun sülh müqaviləsində əksini tapması isə tamamilə mümkündür. Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bir daha bildirib ki, ölkəsi Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır: "İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına tərəflər arasında etimadın olmaması mane olur, məhz bu faktor dialoqu ləngidir və tərəfləri sülh sazişi layihəsinin müddəalarını dəfələrlə müzakirə etməyə məcbur edir". Hökumət başçısı onu da əlavə edib ki, sülh sazişi layihəsinin əsas prinsipləri tərəflər arasında razılaşdırılıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan da bildirib ki, İrəvanla Bakı arasında bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Spiker qeyd edib ki, iki ölkə arasında sülh müqaviləsinin tez bir zamanda imzalanmasının mümkünlüyünü görür. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı belə bir fikir səsləndirib ki, qarşıdakı həftələr Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacaq: "Qarşıdakı bir neçə həftə tərəflərin niyyətlərdən razılığa keçməyə hazır olduqlarını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda "bəli" əldə etmək ən çətin sözdür". O, tərəflərin dəfələrlə görüşdüyünü xatırladıb: "Biz sülh sazişi üzərində işləyirik". Amma bu sülhün indi əsas məqamlarından biri məhz Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı olmalıdır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

20.05.2025 / 10:38
CNN:-“Putinin ABŞ-ın mövqeyinə ehtiyacı yoxdur”

20.05.2025 / 10:25
4 günlük Hindistan-Pakistan müharibəsi Fransanın reputasiyasını yerlə bir etdi - İndoneziya Fransa qırıcılarından rəsmən imtina etdi

20.05.2025 / 10:12
"Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli prioritet kimi qəbul edib"

20.05.2025 / 10:04
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır - Baş prokuror

20.05.2025 / 10:00
Xoşqədəmin kartından 50 avro oğurlayıblar- İtaliyada...

20.05.2025 / 09:28
Bakıda "GlobE Network"un altıncı plenar iclası başlayıb

20.05.2025 / 09:25
Naftalanda yanğın olub, ana və oğul xəstəxanaya yerləşdirilib

20.05.2025 / 09:25
"Avroviziya"da Azərbaycanın reytinqi inanılmaz dərəcədə azalıb - 400 xal hara, 7 xal hara....

20.05.2025 / 09:18
Moskva və Kiyev arasında birbaşa əlaqə yaradılıb - Peskovdan AÇIQLAMA

20.05.2025 / 09:12
Sumqayıtda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

20.05.2025 / 09:06
"Liverpul"dan antirekord...

20.05.2025 / 09:01
Daha 50 ailə Kəngərli kəndinə köçürüldü

20.05.2025 / 08:31
Ekspertlər 4-cü siniflərdə monitorinqi "artıq yük" sayırlar - "mənasızdır"...

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

19.05.2025 / 22:42
Trampla Putinin telefon danışığı iki saatdan çox davam edib

19.05.2025 / 21:43
Məhkəmədə Ermənistanda və vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videomateriallar nümayiş olunub - FOTO

19.05.2025 / 21:20
Ermənilərin “Yeni Naxçıvan” adlı yeparxiyası bu təxribatçı adı haradan götürüb?..

19.05.2025 / 21:04
Zəngəzur dəhlizi yaxın 3-4 ilə açılacaq - Ermənistan daha dərin geosiyasi dalana yuvarlanır…

19.05.2025 / 20:49
Erməni siyasilər Minskdə "çiçəklənən faşizmdən" danışdılar - İrəvanda faşist heykəlini isə...

19.05.2025 / 20:35
Bakı-İrəvan sülhü yenidən təhdid altına düşdü - İrəvandan 2027-ci il mesajları gəlir...

19.05.2025 / 20:32
Məhkəmədə Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş etdirilib

19.05.2025 / 20:21
Fövqəladə halların işçisi Masazırda 7 mərtəbəli qanunsuz tikinti aparır - Fazil Qafarlı nazir Kəmaləddin Heydərova müraciət etdi...

19.05.2025 / 20:18
İran üzərindən Naxçıvana avto və dəmiryolu məsələsi gündəmdə...

19.05.2025 / 20:06
Ermənistan Qafqazda Avropa Birliyinin sağ əli ola bilmədi - Əliyev planı pozdu...

19.05.2025 / 19:51
Ermənilər İsraildən də ərazi iddialarına başladılar - Qüdsdə erməni icmasının 1700 il yaşı var?

19.05.2025 / 19:37
Tramp Rusiya ilə bağlı Konqresdən vaxt istəyib - 2 aylıq iş nəticə vermədi...

19.05.2025 / 19:24
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham etdi - Mənə əməkdaşlıq təklif etdilər...

19.05.2025 / 19:10
Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

19.05.2025 / 18:57
Roma Papasının Türkiyədə həll edəcəyi(?) vacib işlər var...

19.05.2025 / 18:43
İran-Azərbaycan hərbi təlimlərinin əsas bir hədəfi var, o da alınsa...

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:22
Zakir Həsənov İsrailin müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşdü

19.05.2025 / 18:19
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19.05.2025 / 18:16
Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

19.05.2025 / 18:02
İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"

19.05.2025 / 18:02
Kürd yaraqlılarıyla Suriya Silahlı Qüvvələri arasında şiddətli döyüşlər başladı

19.05.2025 / 17:52
Dünya analitikləri Putinin İstanbuldakı səhvinə xüsusi diqqət yetirirlər...

19.05.2025 / 17:39
Avropadakı antiazərbaycançılar Bakıya qarşı yeni demarşlar edə bilər - sammitdən narahat olanlar...

19.05.2025 / 17:25
Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

19.05.2025 / 17:12
Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

19.05.2025 / 16:57
Rusiya Finlandiya sərhədinə qoşun yığır – NATO ölkəsi narahatdır...

19.05.2025 / 16:37
Dünyanın neft "nəhəngləri" xam neftin uzunmüddətli ucuzlaşmasına hazırlaşır...

19.05.2025 / 16:33
Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

19.05.2025 / 16:18
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kq narkotik və psixotrop maddə aşkarlandı

19.05.2025 / 16:04
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

19.05.2025 / 15:29
Almaniya səfiri diplomatların Gürcüstanda məhkəmələrə təsir göstərdiyini etiraf etdi...

19.05.2025 / 15:15
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19.05.2025 / 14:41
“Rusiyanın “Yars” Qitələrarası Raketinin buraxılışı uğursuz oldu”

19.05.2025 / 14:40
Xocalı qatili Köçəryan Sülh müqaviləsini kağız parçasına bənzətdi

19.05.2025 / 14:36
Putin Avropanın gücsüzlüyünü hər gün ortaya qoyur...

19.05.2025 / 14:34
Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…

19.05.2025 / 14:20
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

19.05.2025 / 14:09
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

19.05.2025 / 13:52
Terrorçu dəstə üzvləri xaricdə yaxalanaraq ölkəyə gətirildi - VİDEO

19.05.2025 / 13:45
ISW: “Kreml müharibəni bitirməyi düşünmür”

19.05.2025 / 13:22
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirildi - FOTO

19.05.2025 / 13:10
Ещё раз о Р. Кочаряне! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.05.2025 / 12:32
“Zəngəzur dəhlizi 3-4 il ərzində...” - Türkiyənin nəqliyyat naziri

19.05.2025 / 12:05
4 Avropa lideri Trampla danışdılar - nəticə?

19.05.2025 / 12:00
Cavanşir Feyziyev: "Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib"

19.05.2025 / 11:40
Ötən il də 3:0, bu il də 3:0 - "Neftçi"dən rekord

19.05.2025 / 11:35
Azərbaycanda miras və vərəsəliklə bağlı yeni qanun təklif edilir

19.05.2025 / 11:22
Sahibə Qafarova Madridə gedib

19.05.2025 / 11:16
2 gündə 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - Polis

19.05.2025 / 11:10
Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

19.05.2025 / 11:05
Avstraliya Ukraynaya istifadə olunmuş 49 tank göndərdi

19.05.2025 / 11:03
Rusiya-Ukrayna müharibəsi yalnız bir halda bitəcək - CANLI

19.05.2025 / 10:30
Yenə "prius", yenə qəza...

19.05.2025 / 10:25
İsrail bombaladı, Qəzzada 151 nəfər öldü

19.05.2025 / 10:17
İki gündə bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19.05.2025 / 10:11
İran vətəndaşlarını saxlayan Britaniyaya etiraz etdi

19.05.2025 / 10:04
Qazaxıstanda itkin düşən təyyarə 8 saat sonra tapılıb

19.05.2025 / 09:35
"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

19.05.2025 / 09:26
İsraildə 18 yaşlı İran cəsusu yaxalandı

19.05.2025 / 09:20
ABŞ Senatı Trampın qənaət tədbirlərini dəstəklədi

19.05.2025 / 09:16
"Toyota" mopedlə toqquşub, 1 nəfər ölüb

19.05.2025 / 09:12
Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə görüşüb

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678