Serbiya prezidenti Ukrayna müharibəsi ilə bağlı mümkün iki ssenarini açıqladı - Qərb 100 gün ərzində seçim edəcək...
Qərbin Ukraynada münaqişənin inkişafının iki ssenarisi var. Serbiya prezidenti Aleksandr Vuşiş belə hesab edir. İnterfax yazır ki, o, öz fikrini B92 telekanalına verdiyi müsahibədə bildirib.
«Ya Qərb Rusiya ilə əsl münaqişə yolu ilə gedəcək, ya da ABŞ və Çinin köməyi ilə sülh üçün böyük yüngüllük mənasını daşıyan hansısa atəşkəs olacaq», - Vuçiç bəyan edib.
O qeyd edib ki, Rusiya ilə Qərbin birbaşa münaqişəsindən heç kim qalib gəlməyəcək, insan itkiləri nöqteyi-nəzərindən isə nəticələr İkinci Dünya müharibəsi dövründən daha ciddi ola bilər.
Vuçiç əmindir ki, belə münaqişə Serbiyaya da təsir edəcək, buna görə ölkə vəziyyətin istənilən inkişafına hazırlaşmalıdır. Onun sözlərinə görə, 100 gün ərzində Qərbin hansı ssenarini seçəcəyi aydın olacaq.
ZÜMRÜD