Medvedev seçki qutularına boya tökənləri hədələdi - dövlətə xəyanətdir...
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyada prezident seçkiləri zamanı seçki məntəqələrində asayişi pozan insanları dövlətə xəyanət maddəsi ilə hədələyib. Bu barədə o, Telegram kanalında məlumat verib.
Dövlət xadimi xatırladıb ki, seçki qutularını zədələmək uşaq oyunu deyil.
"Bu, bu gün şəhərlərimizi atəşə tutan degenerasiyalara birbaşa yardımdır. Seçki məntəqələrində kriminal fəallar başa düşməlidirlər ki, onların əməllərinə görə onları iyirmi illik xüsusi rejim gözləyir...", - Medvedev yazıb.
O vurğulayıb ki, seçkilər zamanı asayişi pozan şəxslərin hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə (müharibə zamanı xarici dövlətə hər hansı yardımın göstərilməsi) vətənə xəyanət kimi qiymətləndirilə bilər.
Bir müddət əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova Rusiyada prezident seçkiləri zamanı seçki məntəqələrində seçki qutularını korlayan vətəndaşları əclaf adlandırmışdı.
Onun sözlərinə görə, seçki qutularına maye doldurduqdan sonra saxlanılanların çoxu bunu pul üçün etdiklərini bildirib.
ZÜMRÜD