KÖHNƏ VERSİYA            

Mehriban Əliyeva "Fələstin üçün tək ürək" konfransından dünyaya hansı mesajları verdi...

Image

Azər Həsrət: “Mehriban xanımın müraciətində xüsusi olaraq humanitar tərəfin vurğulanması...” 

“İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi narahatlıq doğurur. Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır”.

Bu fikirlər Birinci xanım Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində yer alıb.

“Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür. Hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsi zəruridir”, - deyən birinci xanım həlak olanların yaxınlarına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Birinci xanımın müraciətində “Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs vermişdir. Ölkəmiz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır. 2019-ci ildən etibarən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq. İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir.

Son on il ərzində ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərmişdir. Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək istərdim. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Azərbaycan tərəfindən Fələstində inşa ediləcək məktəb Fələstin xalqına dəstəyimizin növbəti təzahürü olacaqdır.

Geniş səlahiyyətlərə malik beynəlxalq təsisatların üzləşdiyi hazırkı böhran vacib məsələlərin həllini əngəlləyir. Dərin kökləri olan bu böhran başqa bir müzakirə mövzusudur. Qeyd etmək istəyirəm ki, müasir dövrdə hərbi münaqişələrin həll olunmaması böyük ölçüdə beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunmasından irəli gəlir. İkili standartlar və qərəzli yanaşma bu böhranın daha da kəskinləşməsinə şərait yaradır.

İctimai rəyin çaşdırılması və beynəlxalq hüququn manipulyasiyası üçün qərəzli media platformaları vasitəsilə yalan hekayələr yayılır. Bundan daha təhlükəlisi isə mənəvi dəyərlərdən manipulyasiya məqsədilə sui-istifadə olunması hallarıdır.

Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü nəticəsində ərazilərimiz işğal olunmuş, bir milyona yaxın soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüş, 300-dən artıq şəhər və kəndimiz darmadağın edilmiş, dini və mədəni irsimiz dağıdılmışdır. Vaxtilə işğal edilmiş torpaqlarımızda 67 məsciddən 65-i yerlə-yeksan edilmişdir.

Təəssüflə qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını özü işğaldan azad etdi və bu ilin sentyabr ayında antiterror əməliyyatı ilə Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğuna və separatizmə son qoyaraq suverenliyini tam bərpa etdi…” kimi diqqətçəkən fikirlər yer alıb. 

“...Azərbaycanın belə humanitar məsələlərə biganə olmadığını göstərmiş oldu” 

Mehriban Əliyevanın İstanbulda  "Fələstin üçün tək ürək" konfransına müraciətində dünyaya hansı mesajlar verilir?

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə “Mehriban xanımın müraciətində xüsusi olaraq humanitar tərəfin vurğulanması, eyni zamanda Azərbaycan dövlətinin Fələstinlə İsrail arasındakı münaqişənin daha məqbul şəkildə çözümünə yönəlik mövqenin vurğulanması diqqətçəkəndir. Əlavə olaraq, Mehriban xanım öz müraciətində Azərbaycanın özünün BMT də daxil olmaqla beynəlxalq platformalarda humanitar məsələləri önə çəkməsi və məsələlərin ümumiyyətlə dinc yolla həlli üçün çalışdığını qeyd edir. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan dövləti özü də terrordan, ərazi işğalından, müharibədən əziyyət çəkən dövlət kimi Fələstinin və İsrailin nə yaşdığını yaxşı başa düşür”!-deyə bildirdi. 

A.Həsrətin fikrincə, buna görə də, Azərbaycan bu əzab-əziyyətlərin çəkilməməsi üçün çalışır, səy göstərir. “Mehriban Əliyeva müraciətində o məsələni ön plana çəkir. Azərbaycanın özünün də məhz erməni işğalından çəkdiyi əziyyət, onun gətirdiyi nəticələr, o nəticələrin aradan qaldırılması üçün həyata keçirilən işlərin diqqətə çatdırılması ilə paralel aparır və eyni zamanda qeyd edir ki, BMT-nin qətnamələri uzun müddət yerinə yetirilməyib və yerinə yetirilmədiyinə görə də bu cür münaqişələr davam edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın Fələstinə humanitar yardımları, ümumiyyətlə Fələstinlə bağlı təşəbbüsləri məsələnin yenə də dinc yolla çözümünə yönəlikdir. Azərbaycanın Fələstində tikəcəyi məktəb humanitar-sosial məsələlərin həlli istiqamətində atılacaq addımlardandır. Ümumilkdə bu müraciətdə biz əsasən humanitar səsləniş, istənilən münaqişəli məsələlərin dinc yolla masa arxasında həllinə çağırış iradəsi görürük. Bütövlükdə onu da qeyd etməliyik ki, Mehriban xanım Azərbaycanın belə humanitar məsələlərə biganə olmadığını göstərmiş oldu. Onun bu müraciəti Azərbaycanın kiçik və ya böyük dövlət olmasından asılı olmayaraq qlobal və regional məsələlərə  hər zaman töhfə verməyə çalışmasının vurğulanmasıdır. Düşünürəm ki, biz bu yöndə də davam etməliyik. Müraciətdə də qeyd edildiyi kimi, Azərbaycan iki dövlətli həll yolunun tərəfdarıdır, bunun üçün də əlindən gələni edir”-deyə A.Həsrət bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031