Avropa Komissiyası Ruya üçün pis "sürpriz" hazırlayır...
Avropa Komissiyası (AK) martın 21-22-də keçiriləcək Aİ sammitinə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya yardım üçün istifadəsinə dair qanunvericilik təklifi hazırlayır. TASS agentliyinin xəbərində deyilir ki, bu barədə AK rəhbərinin müavini Valdis Dombrovskis Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
"Aİ-nin martın 21-22-də keçiriləcək sammiti ərəfəsində biz daha sonra üzv ölkələr tərəfindən müzakirə ediləcək qanunvericilik təklifi hazırlayırıq. İş davam etdirilir və təklif tezliklə açıqlanacaq", - deyə o vurğulayıb.
Mətləb Salahov