Respublika üzrə pensiyalar ödəniləcək - 15 mart
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən martın 15-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə Tutulub. Bu barədə baki-xeber.com-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
İradə SARIYEVA