"Anklavları qaytarsaq, son ümidlərimiz də məhv olacaq"- Məlik Şahnazaryan...
Qrant Məlik Şahnazaryanın dedikləri müəyyən qədər fantaziya kimi görünsə də, Ermənistanın eksklav və eksklav olmayan kəndlərimizi qaytarmaq istəmədiyini bir daha təsdiqləyir.
Şahnazaryan yazır ki, Tavuş istiqamətində sərhədlər yeganə yerdir ki, orada müharibəyə qədərki vəziyyət saxlanılır." Orada həmişə Ermənistan ordusunun ən güclü hissələri yerləşdirilib.44 günlük müharibə vaxtı Ermənistan burada 2- ci cəbhəni açaraq Azərbaycanın dağ silsiləsini asanlıqla yararaq Arsaxa dəstək ola bilərdi.Lakin Nikol xəyanətkarcasına buna getmədi "- deyə Məlik Şahnazaryan bildirib .
Şahnazaryan yazır ki, Azərbaycanın son hədəfi heç də anklavları azad etmək deyil. "Bura elə bir mövqedir ki, biz dövlətimizi onun sayəsində xilas edə və balansı təmin edə bilərik.Anklavları Azərbaycana qaytarsaq ,son ümidimizi də itirmiş olacağıq "- deyə Şahnazaryan bildirib.
Nahid Salayev