"Qarşıdakı həftələr İrəvanla Bakı arasında sülh prosesi üçün həlledici olacaq" - ABŞ Departamenti
Qarşıdakı bir neçə həftə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün həlledici olacaq. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn deyib.
“Növbəti bir neçə həftə tərəflərin niyyətdən razılığa keçməyə hazır olub-olmadığını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, “Bəli” sözü danışıqlarda əldə edilməsi ən çətin olan sözdür”, - deyə o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı bildirib.
TAHİR