Xameneyidən HƏMAS-a net mesaj – İran sizə görə İsraillə savaşmayacaq...
İrandan HƏMAS-la İsrail arasında 7 oktyabrda başlayan müharibə ilə bağlı yeni açıqlama gəlib. İran açıq aşkar İsrailə qarşı müharibəyə qoşulmayacağını bəyan edib.
Bu barədə Reuters-ə danışan üç yüksək vəzifəli Həmas və İran rəsmisi İranın ali dini lideri Xameneyi ilə HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə arasındakı danışıqların detallarını açıqlayıb.
Həmas lideri Haniyəyə siyasi və mənəvi dəstəyi davam etdirəcəklərini bildirən Xameneyi, ancaq İranın onlara görə İsrailə qarşı müharibəyə qoşulmayacağını deyib. “Sizin üçün döyüşə girməyəcəyik, ancaq siyasi və mənəvi dəstəyimizi davam etdirəcəyik” - Xamenei deyib.
Mənbələr bildirib ki, Xameneyi Haniyədən İran və Livan Hizbullahının müharibəyə qoşulması ilə bağlı çağırışları da dayandırmağı edib.
Qeyd edək ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulması, 200-dən çox, o cümlədən uşaq, qadın və qocanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
TAHİR