Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti daha bir il uzadıldı
TBMM Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddətini daha bir il uzadıb. Müzakirələrin sonunda keçirilən səsvermədə təklif qəbul edilib.
TBMM-ə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən qanun layihəsində işğal altındakı torpaqlarının azad olunması uğrunda mübarizədə qazandığı uğur və bunun nəticəsində bölgədə yaranan yeni şərtlərlə bağlı Azərbaycanın Ermənistan və Rusiya ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi bildirilib.
Azərbaycanın bu il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağdakı qeyri-qanuni separatçı birləşmələrin və onlara bağlı silahlı qrupların fəaliyyətinə tamamilə son qoyulduğunun qeyd edildiyi sənəddə Azərbaycan ilə Ermənistan arasında hələlik sülh razılaşması imzalanaraq məsələnin yekun həllinə gəlinmədiyi diqqətə çatdırılıb.
TAHİR