Bazar ertəsi günü, 7 iyul 2025
     

Qalib gülüşü - Orxan Əliyevin xatirəsinə

Image

İkinci Qarabağ Savaşının əsgəri Orxan Ədalət oğlu Əliyev 19 dekabr 1991-ci ildə Bakının Xəzər rayonunun Şağan qəsəbəsində dünyaya göz açmışdı. Xəzərin səsi anasının laylasına qarışıb, xəzri, gilavar saçlarına sığal çəkmişdi. Əlivevlər nəslinin göz bəbəyi idi Orxan. Atası Ədalət Əliyev beş bacının tək qardaşı, iki bacısından sonra dünyaya gələn Orxan Ədalətin yeganə oğlu idi. Orxanın ilk gülüşü, ilk sözü, ilk addımı bir başqa cür əzizlənib oxşanırdı. Beləcə böyümüşdü Orxan.

Hələ məktəbliykən 2005-ci ildə həyatın ilk acısını daddı. Ata itkisi  qəlbini yaraladı.  Yaşı az olsa da anasının dayağı oldu.
 Orxan Şağan qəsəbəsindəki Birinci Qarabağ savaşının şəhidi Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbdə doqquzillik təhsildən sonra 13 nömrəli Bakı peşə liseyinə qəbul olur. Ömrünün ən gözəl illəri idi - arzularının aşıb-daşdığı, xəyallarının qanad açdığı dönəmi idi. Elə bu illərdə də ilk sevgisini tapdı. Sevib-sevildi Orxan. Liseyi bitirən kimi nişan taxdı sevdiyi Nərminə. Və vətən borcunu yerinə yetirməyə yollandı. Həqiqi hərbi xidmətini Goranboyda keçdi.

Xanımı Nərmin: Kolleci bitirən kimi nişanlandıq. Həqiqi hərbi xidmətdən sonra ailə qurduq. Həyatım idi. Həyata sevgim idi Orxan. Sevgi dolu, qayğıkeş, diqqətli idi. Çox gözəl ata idi Orxan. İki oğlumuz var: Ədalət və Hüseyn. İndi təsəllim, dayağım onlardır. Nə deyim? Hansı sözlərlə tərifləyim? Onsuz yaşamağın necə çətin olduğunu necə ifadə edim? Bilmirəm....

Hərbi xidmətini başa vurub qayıtdı ailə qurdu, ata oldu Orxan, amma ürəyi rahatlıq tapmadı. "Necə ola bilər ki, torpaqlarımız ermənilərdə qalsın?" deyə tez-tez özünə də, yaxınlarına da bu sualı verdi. Ən çox da bacısı ilə bölüşərdi.

Axı bir də şəhid bacıları var. Səsində, sözündə ağrısını hiss etdiyin, acısını duyduğun şəhid bacıları. Günel kimi: Mənim üçün həm ata, həm qardaş, həm övlad idi elə bil Orxan. Mehriban, şirindil, gülərüz. "Bacı" deyəndə yerə-göyə sığmırdım. Həm də çox vətənpərvər idi qardaşım. Torpaqlarımızın işğalı ürəyində yük idi elə bil. Tez-tez bu haqda danışardı. Gözləyirdi müharibəni. Tovuz hadisələrindən sonra hər gün hərbi komissarlığa gedirmiş ki, "bəs biz döyüşə getməyəcəyik? Bütün bu xəyanətlər cavabsız qalacaq?". Belə igid idi qardaşım. Varlığıyla möcüzəydi həyatımızda. Möcüzə də oldu.

Təmkinli səsinə arada həyacan, kövrəklik qarışır, təşəkkür etməyi də unutmur:Sağ olun ki, qardaşımı yada salırsız, şəhidləri xatırladırsız. İndi çox yerdə, Şağanda da şəhidlərimizin adına küçələr var. İstərdim ki, Orxan Əliyev küçəsi də olsun.

Bir də şəhid anaları var, Təsəlli etməyə söz tapmadığın, "oğlum ləyaqətli, qeyrətli idi, torpaqlarımızın işğalına dözə bilmirdi" deyib göz yaşını qüruru ilə ovudan şəhid anaları. "Heç bilməmişəm Tovuz hadisələrində Polad Həşimov vurulandan sonra bir-neçə dostu ilə gedib könüllü yazılıbmış. Savaşa gedəcəyini biləndə "ailən, iki oğlun var, bəlkə getməyəsən?" deyənlər oldu. Hərbi komissarlıq da evin tək oğlu, iki balası olduğu üçün aparmaq istəməyib. Özü israr edib."Bəs ordakı oğulllar?Bəs torpaqlar? Oğullarım böyüyəndə bu hadisələri öyrənəcəklər. "Ata, müharibəyə niyə getmədin?"soruşanda nə cavab verəcəm"? İndi Ədalət, Hüseyn kimi balalar atalarıyla fəxr edəcək" - bunları dedi Seyran xanım.

Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan savaşa könüllü gedən Orxan Suqovuşan, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdən keçdi. 16 oktyabrda şəhid oldu. 

"Vətən uğrunda", "Suqovuşanın azadlığına görə", "İgidliyə görə" medalları ilə təltif olunub.

Rasim Sultanov Orxanla bir sinifdə oxuyub: Orxan haqqında nə qədər danışsam, nə desəm, az olar. Uşaqlıqdan bir yerdəyik. Heç ayrılmazdıq. Etibarlı, sadiq idi. Qardaş var dost ola bilmir, dost var qardaş olur. Elə idi mənim üçün.Tovuz hadisələrindən sonra gedib könüllü yazıldıq orduya. Tez-tez hərbi komissarlığa gedirdik, maraqlanırdıq. İstənilən gün döyüşə hazır idik. Savaş başlayan kimi getdik. Orxanın mərd, qorxmaz olduğunu bilirdim, döyüşlərdə bir daha bunun şahidi oldum. Bir şəhidi erməni keçidində qoymazdı. Təkbaşına gedib götürürdü. Yaralıları atışma zonasından çıxarırdı. Elə çevik idi, cəld idi ki! Əsil hərbiçi kimi atışırdı, elə bil xüsusi hazırlıq keçmişdi. deyim? Ən gözəl xatirələrimi, uşaqlığımı, gəncliyimi itirdim elə bil. Amma biz şəhidliyi gözə almışdıq. Qələbəmizə inanırdıq. Qalib ordunun əsgəri olmaq qürurludur, torpaqların azadlığı uğruna şəhid olmaq da şərəflidir.  

Orxan və dostlarının savaşa gedərkən çəkilmiş video görüntülərini izlədim. Hamısı sevinir, hamısı gülür. Fəxrimiz general Polad Həşimovun ölümündən sonra hər gün hərbi komissarlığa gedən Orxan onları savaşa aparacaq maşının pəncərəsindən də gülə-gülə baxır, sevinclə yola salanlara əl edir. Döyüş dostları deyir "şəhid olanda da gülürdü Orxan. Üzündə elə gülüş vardı ki, şəhid olduğuna inamadıq".

Oğluna son dəfə baxmaq istəyən ananın hayqırtısı da birdən kəsilmişdi. Gülümsəmişdi ana tabutdakı oğlunun üzündəki gülüşə cavab olaraq. Gülə-gülə getdi Orxan savaşa da, o uca zirvəyə də. Orxan qələbəyə - qalib olmağa getmişdi və qalib oldu! Qaliblər gülər.

Kamalə Abiyeva




VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

06.07.2025 / 12:20
Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək...

06.07.2025 / 11:43
Polis Laçında əməliyyat keçirdi - 300-ə yaxın çətənə kolu və silah-sursat...

06.07.2025 / 10:34
Əhmədbəyli–Füzuli–Şuşa yolu layihəsi beynəlxalq mükafata layiq görüldü

05.07.2025 / 23:14
Ukrayna Voronejdə hərbi aerodromu vurdu - sursat anbarı və azı bir hərbi təyyarə məhv edildi...

05.07.2025 / 22:50
Tramp Putinə xəbərdarlıq etdi - yeni sanksiyalar daha sərt olacaq...

05.07.2025 / 22:22
" Xankəndidə Azərbaycanla həmrəyliyi bir daha nümayiş etdirdik" - Türkiyə Cumhurbaşkanı

05.07.2025 / 21:26
ABŞ səfirliyi Amerika vətəndaşlarına Azərbaycanı tərk etməyə çağırdığı barədə iddiaları təkzib etdi

05.07.2025 / 18:26
Azərbaycandakı sərmayə mühiti ECO-nun 10 illik strategiyasında mühüm rol oynaya bilər...

05.07.2025 / 17:57
Azərbaycanda 350 milyard dollar sərmayə - ECO ölkələri üçün bu nə deməkdir?...

05.07.2025 / 17:23
Qərbi azərbaycanlıların hüquqları daha bir beynəlxalq platformada əks olundu...

05.07.2025 / 16:50
Ölkədə 40 yaşdan yuxarı məktəb müəllimi qalmayacaq - prosesə baxın...

05.07.2025 / 15:18
Solo Gənclik” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910