KÖHNƏ VERSİYA            

Xaricdən idarə olunan “şəbəkə təxribatları” yenidən qızışıb...

Image

Azər Həsrət: “Bizdən minlərlə kilometr uzaqda olan Qərb dövlətlərindən, hətta okeanın o tayından Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri müşahidə edilir”

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən indiyə qədər müxtəlif Qərb təşkilatları, antiazərbaycan qüvvələr ölkəmizi hədəfə alıb, hər vasitədən istifadə edirlər ki, ölkə daxilində hansısa qarışıqlıq yaratsınlar. 

Həmin təşkilatlar öz cinayət əməllərini həyata keçirmək üçün əsasən yerli media vasitələrindən, qeyri-hökumət təşkilatlarından da istifadə etməyi unutmayıblar. Xarici qüvvələrlə əlaqədə şübhəli bilinən “Abzas media”, “Toplum TV” və başqa onlar kimi media qurumlarının əməkdaşları, rəhbərləri müxtəlif ittihamlarla cinayət məsuliyyətinə cəlb ediliblər. Onlarla bağlı konkret ittihamların mövcud olduğu məlumdur. “Abzas media” işi üzrə bir neçə nəfərlə bağlı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaş Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.

Məlum olduğu kimi, martın 6-da Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. “Toplum TV”-nin əməkdaşı  Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Bundan əlavə, “Toplum TV” ilə bağlı işdə Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əhmədova qarşı da Cinayət Məcəlləsinin 206.3.2-ci  (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb. Göründüyü kimi, həbs edilənlərin hər birinə qarşı irəli sürülən ittihamlar eynidir. 

Təbii ki, Qərb təşkilatları və Qərb mediası harayın ağzını başqa istiqamətə yönəltmək üçün cəfəng iddialar irəli sürür, bunu “söz azadlığının” boğulması kimi qələmə vermək istəyir. Amma müşahidələr də, ortada olan ittihamlar da onu deməyə əsas verir ki, bu media qurumlarının bəlli Qərb təşkilatları ilə əlaqələri olub. Fikrimizcə, qarşıdakı məhkəmə proseslərində tam olaraq bu məsələyə aydınlıq gətiriləcək. 

Müxtəlif Qərb təşkilatlarının Azərbaycanda xaos yaratmaq istədiyi aydındır və bu əyani şəkildə sübut olunur.   

Bəli, uzun illər ərzində Azərbaycanda şəbəkə vasitəsilə qarışıqlıq yaratmaq istəyən məlum xarici qüvvələr olub, amma təbii ki, onların cəhdləri tamamilə uğursuzluğa düçar olub. Mübağiləsiz deyə bilərik ki, Azərbaycan güclü dövlətdir və belə metodlarla, üsullarla daxili sabitliyə xələl gətirmək cəhdləri hər zaman iflasa uğrayıb. Hər cəhddə Qərb təşkilatlarının və onların əlaltılarının əli boşa çıxıb. İfşa olunublar, amma yenə də kor tutduğunu buraxmayan kimi, bunlar da Azərbaycandan əl çəkməyiblər. Deyildiyi kimi,  müəyyən medialar, QHT-lər, fondlar vasitəsilə Azərbaycanda daxili vəziyyəti pozmaq istəyiblər, amma hər zaman oxları daşa dəyib, özləri isə biabırcasına ifşa olunublar, onlarla əlbir olanlar isə aşkarlanaraq məsuliyyətə cəlb edilib.    

Xaricdən idarə olunan "şəbəkə təxribatları" son günlər yenidən qızışıb, yenidən özlərini göstərməyə başlayıblar, amma hər cəhdləri Azərbaycan dövləti tərəfindən dəf edilir. 

“Onların bütün təxribat cəhdləri iflasa uğrayacaq, necə ki, indiyə qədər uğrayıb” 

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə “Ümumiyyətlə, müstəqillik dövründə istisnasız olaraq bütün illərdə Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq cəhdləri olub, bu gün də var. Özəlliklə də, qonşu dövlətlərdən, eyni zamanda bizdən minlərlə kilometr uzaqda olan Qərb dövlətlərindən, hətta okeanın o tayından Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri müşahidə edilir. Bu cəhdlər bir çox hallarda QHT-lər, ayrı-ayrı media qurumları, jurnalistləri, siyasi fəalları maliyələşdirmə yolu ilə həyata keçirilir. Bunu nəzərə alaraq bir neçə il əvvəl Azərbaycan dövləti gərəkli profilaktik tədbirlər gördü. Yəni xaricdən bu və ya digər şəkildə maliyyələşən şəxslərin və qurumların fəaliyyətinin şəffaflaşdırılması üçün gərəkli qanunlar qəbul edildi, qaydalar müəyyənləşdirildi. Nəticə etibarı ilə hər kəsə çağırış edildi ki, bütün qanuni fəaliyyətlər şəffaf şəkildə həyata keçirilsin. Ancaq təəssüflər olsun ki, bəlli bir kəsimə aid insanlar və onların rəhbərlik etdiyi təşkilatlar, hətta siyasi təşkilatlar bu şəffaflıq çağırışına məhəl qoymadılar. Bunlar Azərbaycan dövlətinin nəzarətindən yayınmaq üçün yeni üsullar “kəşf” etdilər. Təəssüflər olsun ki, həmin üsulların “kəşf” edilməsində, xüsusən də Qərbdən olan təşkilatlar fəallıq göstərdilər”-deyə bildirdi. 

A.Həsrətin sözlərinə görə, nəticə etibarı ilə ölkədə qanunçuluğun, insan haqlarının, media azadlığının, ifadə azadlığının uğrunda çarpışdığını iddia edən adamlar özləri qanunsuz maliyyə fəaliyyəti ilə məşğul oldular: “Bu gün də olmaqdadırlar. Təbiidir ki, belə bir durum dövləti narahat etməyə bilməzdi. Ona görə də həmin qurumlara və şəxslərə qarşı vaxtlı-vaxtında gərəkli tədbirlər görülür. Bu tədbirlər də görüləndə yenə də Qərbdə oturmuş qurumlar səs-səsə verib hay-küy salırlar ki, Azərbaycanda media azadlığı “boğuldu”, nə bilim, vətəndaş cəmiyyətinə “hücum” var, guya “siyasi məhbuslar” varmış və sair. Amma bütün bunlar bizi bu yoldan çəkindirməməlidir. Dövlət bəyan edirsə ki, hər şey şəffaf, hər şey qanun çərçivəsində olmalıdır, hüquq, qanun uğrunda mücadilə etdiyini iddia edən adamlar niyə bundan qorxmalıdır, çəkinməlidir? O baxımdan düşünürəm ki, bütövlükdə bizim cəmiyyətimiz bu kimi məsələlərdə diqqətli olmalıdır”.

A.Həsrət qeyd etdi ki, həmin Qərb təşkilatlarının bizim ölkəmizin daxilində hansısa təxribat həyata keçirmək cəhdləri yolverilməzdir və Azərbaycan dövləti buna qarşı barışmaz mövqe sərgiləyir. O qüvvələrin Azərbaycana qarşı həyata keçirdiyi bütün təxribatların, xaos yaratmaq cəhdlərinin uğursuzluğa düçar olduğunu vurğulayan siyasi şərhçi hesab edir ki, bundan sonra da onlar heç nəyə nail ola bilməyəcəklər, çünki onların qarşısında güclü Azərbaycan dövləti dayanıb: “Onların bütün təxribat cəhdləri iflasa uğrayacaq, necə ki, indiyə qədər uğrayıb”. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031