Martın 9-da Bakıda Novruz iməciliyi keçiriləcək
Yaz mövsümünün başlanması və Novruz bayramı ərəfəsində Bakıda iməcilik keçiriləcək. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, martın 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi keçiriləcək.
"Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır", - məlumatda vurğulanıb.
Mətləb Salahov