Şənbə günü, 31 may 2025
     

Ermənistan Rusiyaya qarşı ABŞ-la sövdələşdi...

Image

Ermənistanın MDB, KTMT, Aİİ kimi birliklərdən çıxmağa hazırlaşması ilə bağlı yayılan məlumatlar artıq konkret faktların timsalında öz təsdiqini tapmaqdadır. Bu ölkə rəhbərliyi ciddi şəkildə Rusiyanın iştirak etdiyi bu qurumların tədbirlərindən uzaq qaçır. 

Artıq məlumdur ki, Ermənistan baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitinə getməyəcək. Paşinyan bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qeyd edib: "Paşinyan görüşdə iştirak edə bilməyəcəyini deyib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib".

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın KTMT tədbirlərində iştirak etməməsi mövzusuna toxunub. Qriqoryan Ermənistanın 2021-ci ilin may ayından KTMT-dən lazımi yardımı almadığını və buna görə də izahat verilmədiyini deyib. O, daha sonra qeyd edib ki, Ermənistanın belə tədbirlərdə iştirak etməməsində problem yoxdur. Bununla belə, Qriqoryan KTMT-yə üzvlüyünün heç bir şəkildə Ermənistanın inkişafına mane olmadığını vurğulayıb: "KTMT Ermənistanı tərk edir və bizim addımlarımız buna sadəcə reaksiyadır". Bu durumda yayılan məlumata əsasən, Aleksandr Lukaşenko Nikol Paşinyanın Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina etməsinə maraqlı reaksiya verib və tələsik qərarlar qəbul etməməyi tövsiyə edib. Belarus liderinin mətbuat katibi Natalya Eysmont bununla bağlı qeyd edib: "Belarus prezidenti Ermənistan baş nazirinin sammitdə iştirakdan imtina etməsinə sakit reaksiya verdi. Anlayır ki, bu, istənilən dövlət liderinin öz işidir". Eysmont  vurğulayıb ki, Ermənistanın baş naziri ilə yanaşı, digər dövlət başçılarına da dəvət ünvanlanıb: "Məsələn, Rusiya prezidentinə də bu yaxınlarda telefon danışığı zamanı dəvət ünvanlanıb. O, dəvəti qəbul edib. Öz təcrübəsinə və bəzi digər tanınmış siyasətçilərin oxşar vəziyyətlərdəki qərarlarına əsaslanaraq, Lukaşenko Ermənistan baş nazirinə tələsməməyi, tələsik qərarlar qəbul etməməyi, dezinteqrasiyaya yönəlik növbəti addımlar barədə ciddi düşünməyi təklif edib". Kreml isə erməni baş nazirin bu qərarından təəssüfləndiyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov Paşinyanın KTMT sammitində iştirakdan imtina etməsinə təəssüfləndiklərini söyləyib: "Əgər belədirsə, onda yalnız təəssüf hissi ifadə etmək olar. Belə görüşlər mövqeləri dəqiqləşdirmək üçün yaxşı səbəbdir". Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Armen Rüstəmyan Paşinyanın Qərbə güvənərək Rusiyaya qarşı demarşlarının müsbət heç nə vəd etmədiyini qeyd edib. O xatırladır ki, Avropa İttifaqının müşahidəçiləri indiyə kimi sərhəddə yaşanan hadisələrin qarşısını ala bilməyib. Rüstəmyan Ermənistan hakimiyyətinin qərarlarının ağır nəticələr verə biləcəyini qeyd edib: "Bizə daha effektiv addımlar lazımdır. Ordunun müdafiə qabiliyyətini gücləndirməli, özümüzə müttəfiqlər tapmalıyıq. Müşahidə missiyasının ərazidə mövcud olması problemin həlli üçün kifayət deyil. Əksinə, bu, İran və Rusiya ilə münasibətlərdə problem yaradır. Artıq üçüncü dəfədir ki, KTMT iclasına qatılmırıq. Bunun çox ciddi nəticələri ola bilər. Biz isə Rusiya və Qərb arasındakı münaqişəni öz ərazimizə gətiririk. Bunun Ermənistan üçün nəticəsi dağıdıcı olacaq: münaqişənin qurbanına çevrilə bilərik. Azərbaycan bu vəziyyətdən öz xeyri üçün istifadə edir, biz isə əleyhimizə çeviririk. Düşmənlərimizdən öyrənməli olduğumuz şeylər var".

Belə bir vaxtda daha bir maraqlı məlumat yayılıb. Bəlli olub ki, Paşinyanın Rusiyaya qarşı cəsarətli addımlar atması daha çox Qərbdən, əsasən də ABŞ-dan qaynaqlanır. Bildirilir ki, Rusiya Ermənistana təzyiq göstərsə və ya embarqo tətbiq etsə, ABŞ İrəvana güclü dəstək verəcək. Məsələ ilə bağlı "kalibr" portalının yaydığı məlumata əsasən, bu barədə İrəvanla Vaşinqton arasında razılaşmalar əldə edilib. Məlumatda bildirilib ki, razılaşmalara əsasən, ABŞ Rusiyaya bu məsələlərdə güclü dəstək verəcək: "1. Ermənistanın lazımi dizel yanacağı və enerji ehtiyatları ilə təmin edilməsi. 2. "Metsamor" AES-in alternativ Rusiya nüvə yanacağı ilə təmin edilməsi (hazırda buna "Rosatom" cavabdehdir). Birləşmiş Ştatlar, həmçinin, AES-in idarə edilməsi və istismarının təmin edilməsi üçün Ermənistana bütün lazımi texniki dəstəyi göstərməyə hazırdır. 3. Rusiya Federasiyasından buğda və buğda unu idxal edən Ermənistanın müvafiq alternativ təchizatla təmin edilməsi. Qeyri-qanuni rejimin buğda yetişdirdiyi Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Ermənistan üçün ərzaq təhlükəsizliyi problemi xüsusilə kəskinləşib. 4. Lazım gələrsə, erməni internet provayderləri Amerika peyk interneti ilə təmin olunacaqlar. 5. ABŞ Ermənistanda Rusiyanın sərt sanksiya addımları nəticəsində xarici valyuta kəsiri yaranarsa, onu ödəməyə hazırdır. 6. Ermənistan Silahlı Qüvvələri lazımi hərbi texnika, uniforma və silahlarla təmin olunacaq, təhlükəsizlik orqanları, o cümlədən polis lazımi texniki dəstək alacaq. Amerika tərəfi yuxarıda qeyd olunan bütün məqamlarda erməni tərəfdaşlarına tam dəstək verəcəklərinin təminatını verir". Qeyd edilib ki, amerikalılar heç vaxt Rusiya bloklarının (KTMT, Aİİ) üzvü olan ölkəyə belə təhlükəsizlik təminatı verməyiblər: "Əgər Vaşinqton buna zəmanət verirsə, o zaman Ermənistanın bunun müqabilində hansı addımlar atacağını təxmin etmək olar. Digər məsələ isə Rusiyanın necə, nə vaxt və hansı addımlar atacağıdır… Paşinyan komandasının fəxr etdiyi bütün iqtisadi artım Rusiyadan gələn maliyyə axınları və güzəştli Rusiya xammalı üzərində qurulsa da, indiyədək Moskva Paşinyana qarşı fərdi şifahi hücumlar və Birinci Kanalda yayımlanan verilişlərdən başqa heç bir tədbir görməyib". Amma artıq vəziyyət dəyişə, Kreml açıq-saçıq xəyanətə - Ermənistanın şıltaqlığına dözməyə bilər.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

30.05.2025 / 13:06
Dəmir yolundan oğurluq edənlər saxlandı

30.05.2025 / 12:55
Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb - Müdafiə Nazirliyi...

30.05.2025 / 12:43
"Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur" - PA rəsmisi

30.05.2025 / 12:30
Azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

30.05.2025 / 12:29
"Naxçıvanda keçirilən konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq" - Əhməd İsmayılov

30.05.2025 / 12:16
Suriyadan 7 milyard dollarlıq enerji müqaviləsi

30.05.2025 / 12:08
"Naxçıvanda yerli gəlirlər artıb" - Prezidentin səlahiyyətli nümayəndəsi mühüm faktlar açıqladı

30.05.2025 / 12:03
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu

30.05.2025 / 12:00
Azərbaycanda nə qədər Türkiyə şirkəti fəaliyyət göstərir? - səfir açıqladı

30.05.2025 / 11:59
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

30.05.2025 / 11:57
“Paşinyanın açıqlaması tərəfdaşlarının belə xoşuna gəlmədi”

30.05.2025 / 11:55
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik etdi

30.05.2025 / 11:51
BMT Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayıb

30.05.2025 / 11:44
Putin Paşinyanı “verbovka” edib - İrəvanda separatçılar üçün meydan açılır...

30.05.2025 / 11:26
Bir gündə bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

30.05.2025 / 11:23
Serj Sarkisyanın 3 milyon dollar rüşvət almasıyla bağlı iş məhkəməyə göndərildi

30.05.2025 / 11:21
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

30.05.2025 / 11:18
Katalikos Paşinyanın “şkaf” sözündən bərk qəzəbləndi

30.05.2025 / 11:14
" 92 milyon iş yerləri ləğv olunacaq, 170 milyon yeni iş yeri yaranacaq" -nazir müavini

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678